Azərbaycanın virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş sənədli film

25 oktyabr 2016 ci il  tarixində BP Azərbaycan şirkəti bu gün virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim etdi. BP-nin “Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir.

Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və  musiqi sətətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.

Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...