BP Azərbaycan şirkəti muzeylərə sərbəst giriş kampaniyasına sponsorluq etmişdir

2013-cü ilin dekabr ayında BP şirkəti Azərbaycanda Azərbaycan Milli Tarix Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində qış bayramları ərzində geniş ictimaiyyət üçün muzeyə 10 gün sərbəst giriş kampaniyasını həyata keçirmişdir.  

Sözügedən kampaniyanın uğuru bu təşəbbüsün davam etdirilməsi üçün  stimul oldu  və 2014-cü ildə dövlət bayramları ərzində bu təşəbbüsə qoşulmuş daha çox muzey ilə əlavə 3 kampaniya keçirildi.   

2014-cü ilin dekabr  – 2015-ci ilin yanvar ayları arasında keçirilmiş sonuncu 10 günlük kampaniyada Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, tarixi Qız Qalası abidəsi, Azərbaycan Xalça Muzeyi və Şirvanşahlar Saray Kompleksi  iştirak etmiş və 33, 742  nəfər   muzeyləri  ziyarət etmişdir.     

Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar şöbəsinin müdiri Əminə Məlikovanın sözlərinə görə bu, Bakı şəhərinin sosial və mədəni həyatına böyük töhfədir. “Keçmişdə insanlar şikayət edərdilər ki, həftə sonları və istirahət günlərində görməyə heç bir iş yoxdur. Amma indi mən bütün həftəsonunu planlaşdıran və BP şirkəti tərəfindən dəstək verilən hər bir ayrıca muzeyə baş çəkən ailələri görürəm. Bizim muzeydə  heç vaxt bu qədər  ziyarətçi  olmamışdı,” Əminə Məlikova dedi. 

BP  Azərbaycan şirkətinin sponsorluğu  ilə  keçirilən  dörd kampaniya ərzində bütün muzeylər tərəfindən ümumilikdə təxminən 79,000 ziyarətçi qeydə alınmışdır.  

Bu tədbirin əhəmiyyətini vurğulayan Davamlı  İnkişaf Təşəbbüsləri üzrə  menecer Givami Rəhimli dedi: “Biz indi rayonlardan olan insanların faydalanmasına imkan yaratmaq üçün bu təşəbbüsü digər şəhərlərdə də  həyata keçirməyi planlaşdırırıq.   Böyük uğur qazanan bu  təşəbbüs BP şirkətinin Azərbaycanda daha bir əhəmiyyətli sponsorluq təşəbbüslərindən biridir”.