BP-nin yeni vitse prezidenti – Zaur Paşayev

BP-nin hazırda Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse prezidenti təyin olunur. Bu yeni vəzifədə Zaur BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların  təhlükəsiz, etibarlı və  səmərəli icrasına cavabdeh olacaq. 

Bu vəzifədə Zaur BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.
BP-də çalışdığı 18  il ərzində Zaur dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanmışdır. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

Zaur Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə Zaur ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda  BP-nin Əməliyyatlar Akademiyasını bitirib. 

2001-ci ildə Zaur Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.

Evlidir, üç övladı var