Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salınıb

İyulun 2-si Şahdəniz 2 platformalarının birinci üst tikililəri Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etdiyi rəsmi mərasimlə Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə iyunun 1də yola salınıb.

YBTT platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmışdır.
Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.

Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir və bu obyektin uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60MVt olan dörd əsas elektrik generatorundan, 10 birbaşa elektriklə isitmə modullarından və bir sıra sualtı hasilat avadanlığından ibarətdir.

Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilmişdi və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.