İtmiş şəxsin cəsədi tapıldı və şəxsiyyəti təsdiqləndi

11 noyabr

Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılmışdır. 

Cəsəd sahilə gətirilmiş və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Cəsədin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan KCA Deutag tərəfindən təsdiq olunmuşdur.

Bütün əlavə sualların mavafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş   olunur.