2008-ci il Neft-qaz ixtisaslı məzunlar üçün təqaüd proqramı

13 noyabr

BP özünün Azərbaycanda əsas neft və qaz müqavilələrindəki tərəfdaşları adından bu gün Bakıda Azərbaycan Neft-qaz ixtisaslı Məzunlar üçün Təqaüd Proqramını elan etdi. Bu proqram 2009-2011-ci təhsil ilində beş nəfərədək ixtisaslı Azərbaycan vətəndaşı üçün Türkiyədə Orta Doğu Texniki Unversitetində (ODTU)) geologiya, geofizika, neft mühəndisliyi və neftçıxarma texnologiyası üzrə magistr təhsili almağa imkan verəcəkdir. 

Bu proqrama 2001-ci ildən bəri öz tərəfdaşları adından BP şirkəti rəhbərlik edir və proqramın bir hissəsi kimi neft və qaz sahəsində magistr təhsili almaq üçün nüfuzlu beynəlxalq universitetlərə bu günədək 32 nəfər azərbaycanlı göndərilmişdir. 

Məzunların təqaüd proqramı üçün seçki prosesi bir neçə mərhələdən ibarətdir və oraya namizədlərin münasibliyini müəyyən etmək üçün ərizələrin nəzərdən keçirilməsi, ingilis dili üzrə ilkin sınaq və finalçıların yekun siyahısının hazırlanması daxildir. Finalçılar daha sonra TOEFEL (Xarici dil kimi ingilis dili sınağı) və MYİ (məzunlar üçün yazılı imtahan) üzrə imtahan verirlər və bundan sonra BP təmsilçiləri ilə fərdi müsahibədən keçirlər. 

BP-nin İnsan Qaynaqları üzrə vitse-prezidenti Syu Adam Hill deyir: “Məzunlar üçün bu illik təqaüd proqramının məqsədi istedadlı gənc azərbaycanlıların xaricdə magistr təhsili almasına imkan yaratmaqla Azərbaycanda iqtisadi və sosial inkişafı irəlilətməkdir. Bu, onlara Azərbaycana qayıtdıqdan sonra öz ölkəsiinin çiçəklənməsinə və davamlı inkişafına xidmət göstərmək üçün gözəl bir imkan yaradır.”


Redaktorlar üçün qeyd: 

Bu təşəbbüsün və buna bənzər layihələrin hərəkətverici qüvvəsi Azərbaycanın davamlı inkişafı ilə əlaqədar BP və onun tərəfdaşlarının öz üzərlərinə götürdükləri öhdəlikdir. BP və onun tərəfdaşları eləcə də Regional İnkişaf Təşəbbüsü, İctimai Sərmayə Proqramları və təhsilə sponsorluq vasitəsilə ölkəyə öz iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməyə kömək etmək məqsədi ilə qeyri-neft sektorunu fəallaşdırmaq və Azərbaycanın hər yerində sahibkarlığın inkişafına dəstək vermək üçün bir sıra təşəbbüslər işləyib hazırlamaq üzərində çalışırlar. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57