2009-cu il Neft-qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı

14 iyul

BP özünün Azərbaycanda əsas neft və qaz müqavilələrindəki tərəfdaşları adından bu yaxınlarda Bakıda 2009 Azərbaycan Neft-qaz ixtisaslı Tələbələr üçün Təqaüd Proqramını elan etmişdir. Bu proqram ixtisaslı Azərbaycan vətəndaşları üçün Türkiyədəki Midl İst Teknikal, İstanbul Teknikal və Bosfor universitetlərində neft-qaz, mexanika, geologiya, dağ-mədən işləri, mülki tikinti, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə dörd il bakalavr təhsili almağa imkan verəcəkdir. 

Bu proqrama 2003-cü ildən bəri öz tərəfdaşları adından BP şirkəti rəhbərlik edir və bu proqramın bir hissəsi kimi neft və qaz sahəsində bakalavr təhsili almaq üçün nüfuzlu beynəlxalq universitetlərə indiyədək təxminən 50 nəfər azərbaycanlı göndərilmişdir. 

Proqram adları yuxarıda qeyd edilmiş Türkiyə universitetlərinin birinə artıq qəbul edilmiş Azərbaycan vətəndaşlarının üzünə açıqdır. Sənədlərin verilməsi və seçmə prosesi barədə daha ətraflı məlumatla www.bp.com/caspian/careers veb-səhifəsində tanış olmaq olar. 

Redaktorlar üçün qeydlər: Bu təşəbbüsün və buna oxşar layihələrin hərəkətverici qüvvəsi BP və tərəfdaşlarının Azərbaycanın davamlı iqtisadi inkişafı üzrə üzərinə götürdüyü öhdəlikdir. BP və onun tərəfdaşları, Regional İnkişaf Təşəbbüsü, İcma İnkişafı Təşəbbüsləri və təhsilə sponsorluq vasitəsilə ölkəyə öz iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməyə kömək etmək məqsədi ilə qeyri-neft sektorunu fəallaşdırmaq və Azərbaycanın hər yerində sahibkarlığın inkişafına və bilik və bacarıqların artırılmasına dəstək vermək üçün bir sıra təşəbbüslər işləyib hazırlamaq üzərində çalışırlar. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57