AÇG, BTC və CQBK Kürdəmirdə müasir təcili tibbi yardım məntəqəsi açırlar

25 yanvar 2007

BP Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından bu gün Kürdəmirdə yeni bir təcili tibbi yardım məntəqəsi açmışdır. Bu məntəqə BP-nin tibbi xidmət təminatçısının və xüsusi təlim almış yerli tibb işçiləri heyətinin birgə resurslarından istifadə edilməklə Kürdəmir Mərkəzi Xəstəxanasının bir hissəsi kimi idarə olunacaq. 

AÇG-nin tərəfdaşları: BP (operator – 34.1%), Şevron (10.3%), ARDNŞ (10%), İNPEKS (10.,0%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6.8%), Devon (5.6%), İtoçu (3.9%), və Hess (2.7%) şirkətləridir. 

BTC Ko.-nun səhmdarları: BP (30.1%); AzBTC (25.00%); Şevron (8.90%); Statoyl (8.71%); TPAO (6.53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3.40%); İNPEKS (2.50%), KonokoFillips (2.50%) və Hess (2.36%) şirkətləridir. 

CQBK Ko-nun maliyyə səhmdarları: BP (texniki operator – 25.5%), Statoyl (kommersiya operatoru - 25.5%), ARDNŞ (10%), LUKoyl (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir. 

Bu layihə BP-nin işlətdiyi boru kəmərlərinə yaxın ərazilərdə xəstəxanadan əvvəl və xəstəxana daxilində təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi məqsədilə layihələşdirilmiş iri bir təşəbbüs olan Regional Təcili Tibbi Yardım Proqramının (RTTYP) tərkib hissəsidir. Bunlar elə ərazilərdir ki, orada əvvəllər beynəlxalq standartlara əsaslanan təcili tibbi yardım xidməti olmamışdır. RTTYP Azərbaycanın BTC/CQBK boyunca yerləşən Kürdəmir, Yevlax və Şəmkir kimi üç iri rayonunu əhatə edir. Oxşar bir məntəqə keçən ilin sonunda Yevlax rayonunda fəaliyyətə başlamışdır, Şəmkir rayonunda isə yaxın gələcəkdə istifadəyə veriləcəyi planlaşdırılıb. Bu yeni obyektlər yalnız BP-nin idarə etdiyi layiuhələrin işçi heyətinə deyil, həm də yerli icmaları tibbi xidmətlə təmin etmək üçün layihələşdirilib. 
RTTYP-nin həyata keçirdiyi iş bu üç rayonda mövcud olan təcili tibbi yardım idarələrinin yeniləşdirilməsini, tibbi avadanlıqların təmin olunmasını və yerli tibb işçilərinə hərtərəfli təlim keçilməsini əhatə edir. RTTYP-nin AÇG, BTC və CQBK tərəfdaşları adından icraçısı Beynəlxalq Tibb Korpusu (BTK) təşkilatıdır. 

RTTYP-nin ümumi dəyəri 600.000 ABŞ dollarıdır ki, bu sərmayənin 450.000 dollarını AÇG, BTC və CQBK tərəfdaşları qoyub, qalan 150.000 dollar vəsaiti isə icraçı tərəfdaş olan BTK təşkilatı verib. Bu ümumi xərcdən əlavə, BP və tərəfdaşları bu üç obyektin idarə olunmasının xərclərini ödəmək üçün 300.000 dollardan çox (növbəti üç il müddətində hər il 100.000 dollardan artıq) vəsait xərcləyəcəklər. 

RTTYP UDAİD, Hess, Şevran və BTC / CQBK layihələrinin maliyyələşdirdikləri və Beynəlxalq Tibb Korpusu tərəfindən icra olunan Təcili Tibbi Yardımın İnkişafı Təşəbbüsü (TTYİT) adlanan çox geniş əhatəli və böyük bir regional təşəbbüslə əməkdaşlıqda həyata keçirilir. Bu, RTTYP-yə daha çoxsahəli və rentabelli olmağa, eləcə də BP-nin idarə etdiyi layihələrin birbaşa təsirinə məruz qalan icmalara nisbətən daha çox icmaları əhatə etməyə imkan yaradır. 

BP-nin qurudakı əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavnşir deyir: “BP və bizim tərəfdaşlarımız bu mühüm sağlamlıq təşəbbüsünə sponsorluq etdiklərinə görə çox məmnundurlar. Bu, heç şübhəsiz, bizim qurudakı neft və qaz əməliyyatlarımıza cəlb olunmuş işçi heyətinə hər hansı fövqəladə vəziyyətdə daha təcili tibbi yardım təmin etməklə fayda gətirəcək. Lakin daha mühümü budur ki, bu yeni və çağdaş obyektlər bizim boru kəmərlərimiz boyunca yerləşən icmalara yüksək keyfiyyətli təcili tibbi yardım xidməti almaq imkanı təmin edəcək. Özlərinin çox mürəkkəb tibbi avadanlıqları və təcli yardım maşınları ilə bu yeni tibb məntəqələri indən belə “lazım olan anda” tibbi yardıma ehtiyacı olanlara xidmət göstərəcək”. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57