Azərbaycan öz makroiqtisadi idarəetmə və institusional islahatlarını genişləndirir

9 sentyabr

Azərbaycandakı tərəfdaşları adından çıxış edən BP şirkəti və İqtisadi İnkişaf Nazirliyi (İİN) arasında Makroiqtisadi idarəetmə və institusional islahatlarla bağlı məsləhət proqramının həyata keçirilməsi üçün Anlaşma memorandumu (AM) imzalandı.

Bu layihənin məqsədi yüksək iqtisadi inkişafın idarə edilməsi, makroiqtisadi sabitliyə nail olunması və səmərəli struktur islahatlarının həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinə yardım göstərməkdir. Bu yardım əsasən iqtisadi sahədə dəyərli məsləhətlərin verilməsi və iqtisadi siyəsətin doğru istiqamətdə aparılması üçün texniki baxımdan səlist təhlillərin eidlməsi yolu ilə həyata keçiriləcəkdir. Ümumiyyətlə, layihə İqtisadi İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına və Azərbaycanda davamlı iqtisadi inkişafa yönəlmiş prosesləri planlaşdırmaq, həyata keçirmək və nəzarət altında saxlamaq qabiliyyətinin artırılmasına dəstək vermək üçün nəzərdə tutulmuşdur. 

BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder deyir: “Makroiqtisadi təhlil, institusional islahatların planlaşdırılması və siyasətin formalaşdırılması sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi işinə öz töhfəmizi verməklə İqtisadi İnkişaf Nazirliyinə dəstək vermək imkanından məmnunluq duyuruq. Bu layihə həm də struktur islahatların planlaşdırılması və həyata keçirilməsi proseslərinə aparıcı beynəlxalq məsləhət xidmətləri vasitəsilə əsaslı tövsiyələrin verilməsini və köməklik göstərilməsini təmin edəcəkdir. Layihə bütövlüdə Nazirliklə sıx əməkdaşlıq şəraitində tərtib olunmuşdur və biz çox inanırıq ki, bu layihə uğurla həyata keçirildikdən sonra Azərbaycan xalqına fayda verəcəkdir.” 
“Biz bu mərhələdə Azərbaycanın iqtisadi inkişafının planlaşdırılması üçün bir sıra mühüm sahələri əhatə edən belə bir layihəni alqışlayırıq. Bu sahələrə iqtisadi təhlillərin aparılması, əsas iqtisadi göstəricilərin qiymətləndirilməsi, uzunmüddətli makroiqtisadi proqnozların hazırlanması, struktur islahatların gücləndirilməsinə dair məsləhətlərin verilməsi üçün İqtisadi İnkişaf Nazirliyi daxilində institusional inkişaf, analitik və planlaşdırma bacarıqlarının yaradılması, illik büdcə sənədləri ilə təqdim olunan konsepsiya sənədinin hazırlanması sahəsində Nazirliyin əməkdaşlarının səriştə və qabiliyyətlərinin artırılması, makroiqtisadi vəziyyətə nəzarət etmək üçün statistik göstəricilərin təhlilinin gücləndirilməsi və struktur islahatların iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi daxildir. Bütün bunlar Azərbaycanın yaxın gələcəkdə dinamik inkişafını təmin edən prioritet fəaliyyət istiqamətləridir”, İqtisadi İnkişaf Naziri H. Babayev deyir. 

Layihənin müddəti iki ildir.


Redaktorlar üçün qeydlər: 

BP şirkəti Azərbaycanda həyata keçirilən mühüm neft və qaz işlənməsi və nəqli layihələrinin əməliyyatçısı olaraq, öz tərəfdaşları adından qarşısına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini mütəmadi olaraq artırmaq kimi böyük bir məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq üçün BP şirkəti və onun tərəfdaşları yerli şirkətlərə dəstək vermək və onları BP layihələrində iştirak etməyə təşviq etməq məqsədi ilə Bakıda Biznes İnkişaf Mərkəzi açmışdır. 2007-ci ildə BP öz tərəfdaşları adından bilavasitə yerli Azərbaycan kiçik və orta müəssisələri (KOM-lər) vasitəsilə 111 milyon dollar xərcləmişdir ki, bu da, 2006-cı ildəkinə nisbətən əhəmiyyətli artım deməkdir. Bu təşəbbüslərin arxasında dayanan aparıcı qüvvə BP şirkətinin və tərəfdaşlarının Azərbaycanın davamlı iqtisadi inkişafı üçün götürdüyü öhdəlikdir. 
  • Bu öhdəliyin tərkib hissələri kimi BP və onun tərəfdaşları: Sahibkarlığın İnkişafı və Təlim Proqramını (SİTP) maliyyələşdirir. Bu proqram BP şirkətinin və tərəfdaşlarının Azərbaycanda bağladığı müqavilələr çərçivəsində yerli ehtiyatlardan istifadənin artırılması və bununla da, yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına kömək göstərilməsi məqsədi ilə həyata keçirilən çox milyon dollarlıq dəyərə malik bir təşəbbüsdür;
  • Azərbaycanda yerli sahibkarlığın inkişafına dəstək vermək üçün irəli sürümüş nadir bir təşəbbüs olan Təchizatçı Müəssisələri Maliyyələşdirmə Qurumunu (TMQ) maliyyələşdirir. TMQ öz tərəfdaşları adından BP, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Azərbaycan Mikro-Maliyyələşdirmə Bankı (AMMB) tərəfindən təsis edilmiş birgə kredit qurumudur. Dəyəri 15 milyon ABŞ dolları olan bu layihənin məqsədi Azərbaycanın yerli neft və qaz sənayesi təchizatçıları və xidmət müəssisələrinə maliyyə vəsaitlərindən istifadə üçün daha geniş imkanlar yaratmaqdır
  • Yerli biznesin inkişafını və əla iş icrasını təşviq etmək məqsədi ilə yerli müəssisələr üçün “Ən yaxşı biznes mükafatlarına”na sponsorluq edir. Bu mükafatlar BP-nin əməliyyatçısı olduğu neft və qaz layihələrinin uğur qazanmasına öz sahibkarlıq bacarıqları ilə töhfə verən və yerli biznes mühitinə davamlı təsir göstərən qabaqcıl yerli və beynəlxalq şirkətlər və işgüzar şəxslərə verilir;
  • Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıqda KOM-lar və mükro-müəssisələr də daxil olmaqla yerli şirkətlərinə kommersiya maliyyə vəsaitlərindən şəffaf və səmərəli istifadə imkanı yaratmaqla Azərbaycanda özəl sektorun inkişafına dəstək verir;
  • Dünya Bank Qrupunun üzvü olan BMK və İsveçrə Dövlət İqtisadi İşlər Katibliyi ilə birlikdə Azərbaycanda Biznesə Şərait Mühiti layihəsini maliyyələşdirir. Bu beşillik proqramın məqsədi Azərbaycan Hökumətinin biznes mühitini yaxşılaşdırmaq və davamlı və çoxsahəli iqtisadi artımı yaxşılaşdırmaq sahəsində göstərdiyi səylərə dəstək verməkdir.
Eyni zamanda, BP şirkəti Regional İnkişaf Təşəbbüsünə, İctimai və Ətraf mühitə Sərmayə Proqramlarına, Mədəni İrs Proqramlarına, təhsilə və bacarıqların yaradılması layihələrinə sponsorluq etməklə Azərbaycanın hər yerində qeyri-neft sektorunu təşviq etmək və sahibkarlığın inkişafına dəstək vermək üçün bir sıra başqa təşəbbüslərə də rəhbərlik edir. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57