BP və ARDNŞ Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü sazişi imzaladılar

7 oktyabr 2010

BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildirirlər ki, onlar bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında yeni bir hasilatın pay bölgüsü sazişi (HPBS) imzayıblar. 

BP və ARDNŞ Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü sazişi imzaladılar Saziş Bakıda səfərdə olan BP qrupunun yeni prezidenti Robert Dadlinin iştirakı ilə, bu gün ARDNŞ-nin binasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir tərəfindən imzalanmışdır. 

İmzalanma mərasimində çıxış edən cənab Dadli demişdir:”Bu gün Azərbaycan və BP üçün çox əlamətdar bir gündür, çünki bu gün bizim yeni bir dəniz blokunun geoloji-kəşfiyyatı və işlənməsində ikitərəfli əməkdaşlığımızın təməli qoyulur. ARDNŞ və digər tərəfdaşlarımızla birlikdə BP-nin Azərbaycanın dünya səviyyəli neft və qaz hasilatçısı kimi özünü bir daha təsdiq etməsində rolu olub və mən inanıram ki, qalan böyük potensial gələn onilliklər ərzində də bu əməkdaşlığın davamlı olacağını təmin edəcək. 

Biz BP-də çox ümidvarıq ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni-yeni kəşflərə gətirib çıxaracaq.” 

Bundan öncə Şəfəq-Asiman dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri“ adlı sənəd razılaşdırılmış və imzalanmışdı. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP Eksploreyşn (Azərbaycan) Limitid şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57;

ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyev müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 521 01 29.