BP və ARDNŞ görüləcək işləri müəyyənləşdirdilər

24 oktyabr 2012

Biz AÇG hasilatı ilə bağlı məsələlərin həll edilməsində israrlıyıq və bunu mümkün qədər tez etmək üçün BP-nin bütün dünya üzrə ən yaxşı resurslarını buraya gətirəcəyik.

Ötən həftə Londonda keçirilmiş görüşlərin davamı olaraq BP rəhbərliyinin hasilat, işlənmə, strategiya və inteqrasiya bölümlərini təmsil edən bir qrup yüksək vəzifəli şəxslər Bakıya 3-günlük işgüzar səfər etdilər. Səfərdə məqsəd Azəri-Çıraq-Günəşli (AÇG) hasilatı ilə bağlı məsələlərin müzakirəsini davam etdirmək, həmçinin BP-nin region üzrə gələcək planlarını nəzərdən keçirmək idi. 
Səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüş, həmçinin BP-nin regional rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər keçirildi. 

BP-nin işlənmələr üzrə icraçı vitse-prezidenti Bernard Luni demişdir: “Keçirilmiş görüşlərin hər biri əhəmiyyətli idi və qarşıda duran vəzifələrimizi əks etdirən işlərin müəyyənləşdirilməsinə kömək etdi. Mən ARDNŞ-nin rəhbərliyinə göstərdikləri əməkdaşlığa və AÇG hasilatı ilə bağlı məsələlərin Azərbaycan xalqının və bizim tərəfdaşların mənafeyi üçün çözülməsində bizimlə birlikdə işləmək niyyətlərinə görə təşəkkür edirəm. Təbii, onlar da istəyirlər ki, bizim işlərimiz uğurlu olsun və biz birlikdə Azərbaycanda dünya səviyyəli biznesimizə davam etmək üçün düzgün tədbirlər həyata keçirməkdə uğurlu olacağıq.” 

“Qazma əməliyyatlarımız da daxil olmaqla iş icramızı bundan sonra da intensivləşdirmək və əsas diqqəti işlərin təhlükəsiz şəkildə aparılmasına yönəltməklə hasilatı maksimallaşdırmaq üçün prioritetlərimiz və həyata keçirəcəyimiz tədbirlər bizə aydındır. Biz AÇG hasilatı ilə bağlı məsələlərin həll edilməsində israrlıyıq və bunu mümkün qədər tez etmək üçün BP-nin bütün dünya üzrə ən yaxşı resurslarını buraya gətirəcəyik”, BP-nin hasilat üzrə icraçı vitse- prezidenti Bob Frayar deyir. 

“Onu da vurğulamaq istərdim ki, AÇG üzrə tərəfdaşlığımız ötən 18 il ərzində çox uğurlu olub. İndi isə qarşımızda bir çözüləsi məsələ durur və biz ARDNŞ, Azərbaycan hökuməti və tərəfdaşlarımızla birlikdə işləyərək onu mümkün qədər tez yoluna qoymaqda israrlıyıq.” 

Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.:  994 (0) 12 599 4557