BP Qobustan Qoruğuna yardım göstərir

7 noyabr 2007

BP bu gün Bakıda Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (QDTBQ) ilə QDTBQ-nin seçilmiş əməkdaşlarının təcrübə keçməsini təmin etməklə, BP tərəfindən idarə olunan Xəzər Enerji Mərkəzinin (XEM) qonaqları arasında QDTBQ-ni təşviq etməklə və QDTBQ-yə məktəbli ekskursiyaları təşkil etmək vasitəsilə QDTBQ-yə dəstək verilməsi haqqında anlaşma memorandumu imzaladı. 

Sazişin bir hissəsi kimi, BP QDTBQ-nin dörd əməkdaşının XEM-də pulsuz təlim keçməsini və QDTBQ-yə qrup səfərlərinin təşkil olunmasına köməklik göstərəcəkdir. Təcrübə keçilməsi eyni zamanda iki nəfər QDTBQ əməkdaşı üçün hər biri təxminən iki ay davam edəcək iki tədris kursundan ibarət olacaqdır. Birinci iki həftə ərzində təcrübəçilər XEM-də keçirilən təqdimatları müşahidə edəcək və XEM təqdimatçılarından məsləhətlər alacaqdır. İki həftədən sonra təcrübəçilər XEM təqdimatçılarına qoşularaq onlara gündəlik səfərlərin təşkilində kömək edəcəklər. 

BP və QDTBQ təcrübəçiləri eləcə də, QDTBQ-yə səfər etmiş məktəbli qrupları üçün QDTMQ-nin başlıca məram və məqsədlərini əks etdirən məlumat kitabçaları işləyib hazırlayacaqlar. Həmin kitabçalarda əksini tapan məlumat QDTBQ tərəfindən aparılan tədqiqatlara əsaslanacaq və BTC/CQBK-nın sponsorluğu ilə QDTBQ tərəfindən nəşr olunan kitabların bir hissəsini təşkil edəcəkdir. 

Təcrübənin keçirildiyi müddətdə BP məktəbli qruplarını QDTBQ-yə və geriyə, təcrübəçiləri isə XEM-ə və geriyə aparmaq üçün avtobuslar verəcəkdir. Məktəblilərin QDTBQ-yə XEM tərəfindən təşkil olunan səfərləri ilə əlaqədar QDTBQ-nin bilet pulunu BP ödəyəcək. 

Xəzər Enerji Mərkəzi BP və onun Azərbaycandakı əsas neft və qaz layihələrindəki tərəfdaşları tərəfindən Azərbaycanda həyata keçirilən neft və qaz yataqlarının işlənməsi layihələri barəsində məlumatın tədris prosesi vasitəsi ilə məktəblilərə və yerli əhaliyə çatdırılması məqsədi ilə təsis edilmişdir. XEM barədə daha ətraflı məlumatı www.cec.az saytından ala bilərsiniz. 
QDTBQ Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında Qobustan Qoruğunun qorunması və onun barəsində məlumatın yayılması işi ilə məşğul olan bir təsisatdır. Qobustan Qoruğu haqqında daha ətraflı məlumatı http://qobustan.iatp.az saytından almaq olar. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57