BP şirkəti ilk biznes jurnalistikası kursu və BP təqaüd proqramının qaliblərini elan edir

1 iyun 2007

BP bu gün Bakıda Azərbaycanın uğurlu gələcəyi üzrə uzunmüddətli öhdəliyin tərkib hissəsi kimi iki mühüm layihənin – Biznes Jurnalistikası Kursu və BP Təqaüd Proqramının başlandığını elan edir. 

Biznes Jurnalistikası kursu Azərbaycan üçün yeni təşəbbüsdür və şirkət bunu iki başqa beynəlxalq təşkilatla - “Britiş Kaunsl” və Tomson Fondu ilə birgə həyata keçirəcək. 

“Bu layihəyə dəstək verməkdə rəhbər tutduğumuz başlıca prinsip bizə xoş gəlib-gəlməməyindən asılı olmayaraq, faktların dəqiq çatdırılmasına əsaslanan dəqiq, müstəqil və məntiqli jurnalistikaya yardım göstərməkdir.”- BP Azərbaycan Şirkətinin Prezidenti Bill Şreyder deyir. 

“Biz inanırıq ki, bu yeni proqram jurnalistikada yüksəlmək naminə və biznes jurnalistikası standartlarını təkmilləşdirmək üçün bir qrupu insana həvəs və öhdəliklərini birləşdirmək üçün əvəzsiz imkan yaradacaq və onları öz xalqı qarşısında nə edə biləcəklərini düşünməyə sövq edəcəkdir. Doğrudan da, seçim prosesi ərzində bu kurslarda iştirak etmək üçün öz namizədliyini irəli sürmüş iddiaçıların əksəriyyəti bildirdilər ki, onların istəyi beynəlxalq miqyasda etimad qazanmaq və nəşr oluna bilməkdir. Layihənin nail olmaq istədiyi də məhz budur.” 

Bu layihə BP-nin əvvəllər dəstək verdiyi digər təşəbbüslərin davamı olaraq layihələşdirilmişdir. Bu proqram keçən onillikdə BP tərəfindən sponsorluq edilən və “Britiş Kaunsl” tərəfindən Azərbaycan jurnalistlərinin böyük bir qrupu üçün həyata keçirilən uğurlu ingilis dili təlimi proqramı əsasında yaradılmışdır. 

Proqramın iştirakçısı yüksək rəqabət prosesi əsasında, medianın bütün sahələrini təmsil edən, qəzetlərdən, informasiya agentliklərindən və televiziyalardan ərizə vermiş 50 biznes jurnalisti arasından seçilimiş 12 jurnalist olacaq. Bu jurnalistlər bir ilə yaxın müddətdə ingilis dilində Tomson Fondunun ekspertləri tərəfindən biznes məlumatlarının verilməsi üzrə dərslər keçəcək və daha çox uğurlu olanlar beynəlxalq sertifikatlar alacaqlar. 

İkinci layihə BP Təqaüd Proqramıdır ki, bu, 2006-cı ilin dekabr ayında başlanıb. O vaxtdan bəri 71 ərizəçi arasından 2007-2008-ci il üzrə Böyük Britaniyanın ən nüfuzlu universitetlərində biznes, dövlət idarəçiliyi və ya təbii elmlər üzrə magistr kursları üçün səkkiz finalçı seçilmişdir. Bu proqram dövlət idarəçiliyi, bank işi, maliyyə, mühasibat və iqtisadiyyat daxil olmaqla, müxtəlif ixtisas sahələrini əhatə edir. 

BP Təqaüd Proqramı Böyük Britaniyada yüksək səriştəli və ixtisaslı azərbaycanlı gənclərin yüksək dərəcəli təhsil alması ilə Azərbaycanda iqtisadi və sosial inkişafı təşviq etdirməyi və onların Azərbaycana qayıdaraq ölkənin çiçəklənməsinə və davamlı inkişafına töhfə verməyi nəzərdə tutur. 

Azərbaycanın nəhəng neft və qaz işlənməsi və daşınması layihələrinin əməliyyatçısı olan BP belə təşəbbüslərə davamlı sərmayə qoymaqla təhsil və təlimin xüsusi diqqət mərkəzində saxlayacaq və bu cür təşəbbüslərdə ehtiyarlara sərmayə qoyulmasını davam etdirməyi planlaşdırır. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57