Bakı 2015 Avropa Oyunları və BP şirkəti Oyunlar Akademiyasını təqdim edir

16 dekabr 2014

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Bu gün Bakı 2015 Avropa Oyunları və BP şirkəti Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yaradılmış Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramını ictimaiyyətə təqdim edib.

BP şirkəti Azərbaycanda peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən və innovativ təlim proqramı olan Bakı 2015 Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Bu təşəbbüs Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərini yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli şəkildə keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında onlara kömək edəcək səriştələrini inkişaf etdirmək məqsədi daşıyır.

Ümumilikdə Azərbaycan və Avropadan olan 188 yüksək potensiallı universitet məzunu 2014-cü ilin iyul ayında Məzun Təkmilləşdirmə Proqramına cəlb olunub. Proqram ərzində altı təlim modulu keçiləcək və təlimdə 162 Azərbaycanlı və 26 beynəlxalq məzun ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək mühüm səriştə və biliklərə yiyələnəcəklər.

Sonra iştirakçılara imkan yaradılacaq ki, öyrəndiklərini Oyunların planlaşdırılması mərhələsində əməli təcrübədə tətbiq etsinlər və məşqlərdə əməliyyatlarla bağlı vəzifələri yerinə yetirsinlər. Digər mötəbər idman tədbirlərində də təcrübə qazanmaq imkanı olacaq. Bütün iştirakçıların işdə səriştələrə yiyələnməsi prosesini davam etdirmək üçün təcrübəli beynəlxalq heyət üzvləri, o cümlədən müxtəlif ixtisas sahələrində təcrübəyə malik ekspertlər onları təlimatlandıracaq.
Bu gün Bakıda keçirilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Mən əminəm ki, Oyunlar Akademiyasındakı iştirakçıların artıq başa vurduğu təlim modulları son dərəcəə faydalı olub. İştirakçılar qarşıdan gələn böyük tədbirə hazırlıq zamanı səriştə və biliklərə yiyələndikcə, BP bu birillik proqram ərzində gələcək təlimlərə də öz dəstəyini davam etdirəcək.

Mən həmçinin əminəm ki, Oyunlar Akademiyası Azərbaycan və Avropa ölkələrindən olan 188 məzunun əksəriyyətinə uzunmüddətli karyera üçün yol açacaq. Onlara burada yiyələndikləri səriştələrdən istifadə etməklə qarşılarına çıxa biləcək çətinliklərin öhdəsindən gələ biləcəkləri və iri layihələri həyata keçirə biləcəkləri sahələri seçməyə kömək edəcək.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimov dedi: “Gələn il ilk Avropa Oyunlarına ev sahibliyi etməyimiz Azərbaycanın idman tarixində ən şanlı səhifə kimi yadda qalacaq və biz bu tarixi hadisəyə hazırlıq üçün BP ilə birgə işləməkdən məmnunuq.

Avropa Oyunlarının Məzun Təkmilləşdirmə Proqramının yaradılması Bakı 2015 Avropa Oyunlarının heyətinə iddialı və istedadlı gəncləri cəlb edib.

Proqram gözlədiyimizdən də yüksək səviyyədə olub və onun həyata keçirilməsi üçün ilk andan etibarən BP-dən aldığımız dəstək proqramın uğurlu olması baxımından həm həlledici, həm də vacib əhəmiyyət kəsb edib.”

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57