BP və tərəfdaşları “Ən yaxşı biznes” mükafatını elan edir

25 may 2006

BP öz tərəfdaşları adından bu gün Bakıda yerli biznesin inkişfına göstərdiyi dəstəyin bir hissəsi olaraq yerli sahibkarlar üçün “Ən yaxşı biznes” mükafatının qaliblərini elan etmişdir. 
Bu mükafatların verilməsinin məqsədi BP-nin əməliyyatçısı olduğu neft və qaz layihələrinin uğur qazanmasına töhfə verən qabaqcıl yerli və beynəlxalq şirkətləri, bizneslə məşğul olan sahibkarları qiymətləndirməkdir. Mükafatlar həmçinin Azərbaycanın biznes mühitinə davamlı təsir göstərən şirkət və sahibkarların qiymətləndirilməsi üçün müəyyənləşdirilib. 

Bu təşəbbüs BP və tərəfdaşları tərəfindən həyata keçirilən layihələrdə iştirak edən yerli işçi heyətin sayını maksimuma çatdırmaq səylərinə uyğundur. Buna isə layihələrdə iştirak edən şirkətlərin sayını, həm də ölkə daxilində verilmiş müqavilələrin dəyərinin artırmaq vasitəsilə nail olunur. 

BP Azərbaycanın iri neft və qaz yataqlarının işlənməsi və nəqletmə layihələrinin operatoru olaraq öz qarşısına Azərbaycana məxsus şirkətlər vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq məqsədi qoymuşdur. BP-nin məqsədi 2010-cu ilə qədər kiçik və orta müəssisələr, eləcə də yerli birgə müəssisələr vasitəsilə hər il əlavə 250 milyon dollar xərcləmək, bununla yerli şirkətlər vasitəsilə hər il sərf olunan vəsaitin məbləğini 500 milyon dollardan cox bir məbləğə çatdırmaqdır. 

Bu məqsədə çatmaq üçün BP və tərəfdaşları Azərbaycanın bütün ərazilərində iqtisadiyyatın çoxşaxəli inkişafına kömək etmək üçün bir sıra planlar hazırlayır, eləcə də qeyri-neft sektoru və sahibkarlığın inkişafını dəstəkləmək yönümündə işləyirlər. İnanırıq ki, digər təşəbbüslərlə birlikdə bu, yerli biznesə yardım edən yenilikçi və şəffaf təcrübələr yaradacaq. 

İlk “Ən yaxşı biznes” mükafatları bu gün dörd kateqoriya üzrə aşağıdakı müəssisələrə və fərdlərə verilmişdir: 
  • Sumqayıttikintiquraşdırma -2 şirkəti sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə (SƏTƏM) iş icrasında əldə etdiyi böyük nailiyyətlərə görə SƏTƏM üzrə ən yaxşı iş icrası mükafatına layiq görülmüşdür;
  • Ceyhun İmanav biznes üzrə iş icrasında yenilikçi yanaşmasına görə İlin gənc sahibkarı mükafatını almışdır;
  • Dalğıc şirkəti biznes sahəsində qazandığı böyök uğura və sahibkarlığın hərtərəfli inkişafına verdiyi misilsiz töhfəyə görə İlin şirkəti elan edilmişdir;
  • Riqblast şirkəti ən yaxşı işə götürən elan edilmişdir. Bu mükafat azərbaycanlı işçi heyətinin təcrübə və bacarıqlarının inkişaf etdirilməsi öhdəliyini uğurla yerinə yetirən yerli və ya beynəlxalq şirkətə verilir.
BP-nin Kommersiya Məsələləri üzrə Vitse Presidenti Fill Houm Park İnn Bakı otelində mükafatların təqdim olunması mərasimində demişdir: “Azərbaycanın iri neft və qaz yataqlarının işlənməsi layihələrinin yerinə yetirilməsində yerli podratçılarla işləyərək, Azərbaycana yeni sərmayələr, iş yerləri, texnologiya, standartlar və bacarıqlar gətirməklə biz Xəzərdə özümüzəməxsus fərqli mövcudluğumuzu yaratmışıq. 

Biz elə yeni mühüm gəlir axınları yaratmışıq ki, onlardan məqsədyönlü istifadə olunsa, bu ölkədə yaşayan insanların həyatına çox böyük və müsbət təsir göstərə bilər. Keçən il bildirmişdik ki, yerli şirkətlər vasitəsilə xərclənən vəsaitlərin məbləğini 2010-cu ilə qədər ikiqat artıracağıq. Bu, Azərbaycan iqtisadiyyatına hər il əlavə 250 milyon dollar yatırtmaq, həmçinin iqtisadi artımın həyat əhəmiyyətli mühərrikləri olan kiçik və orta müəssisələrin inkişafını daha da stimullaşdırmaq deməkdir. 
Bunu deməkdən məmnunam ki, biz bu öhdəliyin yerinə yetirilməsini uğurla davam etdiririk və eyni zamanda yerli sahibkarlığın inkişafına önəm verməklə kiçik və orta müəssisələrin inkişafı ilə bağlı öhdəliyə əvvəlkindən daha çox üstünlük veririk. Yerli şirkətlər vasitəsilə hazırda xərclənən vəsaitlərin həcmini 2010-cu ilə qədər ikiqat artırmaq planımızla bərabər, BP-nin əsas tədarük və təchizat məsələlərini Biznes İnkişaf Mərkəzi vasitəsi ilə yerinə yetirməklə, Azərbaycanda sahibkarlığın inkişafına əhəmiyyətli töhfələr verən yerli və beynəlxalq şirkətlərin əməyinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət veririk”. 

BP və tərəfdaşlarının yerli kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün 2002-ci ilin mayında təsis etdikləri Biznes İnkişaf Mərkəzi Azərbaycanın aparıcı şirkətlərinin, xarici sərmayəçilərin və podratçıların, ticarət assosiasiyalarının və digər qrupların yerli müəssisələri dəstəkləmək və onları BP-nin müqavilələrində iştirak etməyə ruhlandırmaq üçün bir ocaq kimi fəaliyyətini davam etdirəcək. 

“Biznes İnkişaf Mərkəzinin təsis olunmasından bəri biz Azərbaycanda uzunmüddətli iqtisadi sabitliyi gücləndirərək bu ölkənin iqtisadiyyatının sağlam inkişafına çox böyük töhfə vermişik. Tərəfdaşlarımızla birlikdə həyata keçirdiyimiz layihələr vasitəsilə öhdəlik götürmüşük ki, güclü və rəqabətə davamlı bazar inkişafını dəstəkləməkdə davam etmək üçün və bu ölkəni biznes aparmaqdan ötrü ən gözəl yerlərdən birinə çevirmək üçün əlimizdən gələni edək”, - cənab Fill Houm demişdir. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57