BP Azərbaycanda yeni bir təqaüd proqramına başlayır

11 noyabr

BP Azərbaycanın uğurlu gələcəyi üçün uzunmüddətli öhdəliyinin bir hissəsi olaraq bu gün Bakıda 2008-ci il üzrə “Tələbələr üçün təqaüd proqramı”nın başlandığını elan etmişdir.

BP-nin ilk dəfə 2007-ci ildə başladığı “Tələbələr üçün təqaüd proqramı” şirkətin Azərbaycan üzrə xüsusi bir təşəbbüsüdür. Bu təşəbbüs Azərbaycanda neft-qaz ixtisasları üzrə təhsil almağa marağı olan tələbələri nəzərdə tutur. 

“Tələbələr üçün təqaüd proqramı” Azərbaycan Dövlət Neft Akademiyasında neft mühəndisliyi və geologiya ixtisaslarına yiyələnən 50-dək tələbəyə sponsorluq etmək məqsədi ilə təsis olunub. Proqram hazırda həm neft mühəndisliyi, həm də geoloji kəşfiyyat ixtisasları üzrə ali məktəbə daxil olmuş birinci kurs tələbələrinin hamısı üçün açıq olacaq. 2009-ci il yanvarın 10-dək ilk təqaüdçülər seçiləcək və proqramda iştirak edəcəklər. 

BP-nin Azərbaycan Strateji İş İcrası Bölümünün insan qaynaqları üzrə vitse-prezidenti Syü Adlam-Hill deyir: “Bu proqram tələbələri neft və qaz ixtisasları üzrə karyera axrarmağa həvəsləndirir. Tələbələrin seçimi yüksək rəqabətə əsaslanan qəbul imtahanı nəticələrinə, dərslərdə əldə edilmiş akademik nailiyyətlərə, eləcə də fərdi bacarıqlara əsaslanmaqla aparılır. Biz məmun idik ki, keçən il qızlar, qaçqın və məcburi köçkünlər də daxil olmaqla uğur qazanmış çoxlu tələbələrimiz var idi”. 


Redaktorlar üçün qeyd: 

Azərbaycanın iri neft-qaz işlənmələri və ixracı layihələrinin operatoru olaraq BP təhsilə xüsusi diqqət yetirir və bu cür təşəbbüslərə dəstək verməkdə davam etməyi planlaşdırır.

BP şirkəti indiyədək Azərbaycanda bir sıra təhsil proqramlarına sponsorluq etmişdir: 
  • İstedadlı Azərbaycan gənclərinə xarici və yerli təhsil ocaqlarında təhsil almaq imkanı yaratmaqla bu ölkənin iqtisadi və sosial inkişafına dəstək vermək üçün BP öz tərəfdaşları adından həmçinin neçə illər boyu “Azərbaycanda neft və qaz ixtisasları üzrə təqaüd proqramı” adlı illik təqaüd proqramını həyata keçirmişdir. Hazırda bu proqram çərçivəsində ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Azərbaycan universitetlərində təxminən 100 tələbə təhsil alır.
  • BP öz tərəfdaşları adından həmçinin “Yaşıl paket” layihəsinə sponsorluq edir – bu, məktəbdə çalışan müəıllimlərin və 1-ci sinifdən 11-ci sinfədək məktəb şagirdlərinin ətraf mühit barədə biliklərinin genişləndirilməsi məqsədilə tərtib olunmuş bir multimedia, interaktiv tədris vasitəsidir. Bu birgə təşəbbüs uşaqların ətraf mühit barədə maarifləndirilməsinə və ümumiyyətlə Azərbaycanda təhsilə misilsiz sərmayə qoyuluşudur.
  • BP bu ilin əvvələrində Azərbaycanda daha keyfiyyətli elmi biliklərin əldə edilməsi imkanlarını artırmaqla elmin təşviq edilməsinə yardım etmək üçün yeni bir təhsil təşəbbüsünə başlamışdır. “Britiş Kaunsl” tərəfindən həyata keçirilən bu layihə üç əsas dəqiq fənn üzərində cəmləşdirilmişdir: kimya, fizika və biologiya. Bu layihə fəal öyrətmə və öyrənmə üsullarından istifadəyə stimul yaradan müəllimlərin sınaqdan keçirilmiş təlimləndirilməsi modelini təqdim edəcək. Bu, həmçinin adı çəkilən üç fənn üzrə yeni tədris planının həyata keçirilməsinə əhəmiyyətli dərəcədə kömək göstərəcək.
  • BP öz tərəfdaşları adından Xəzər Enerji Mərkəzini (XEM) idarə edir – bura uşaqların ölkənin təbii ehtiyatları və həmin ehtiyatlardan gündəlik həyatımızda necə istifadə olunması barədə maariflənməsinə kömək məqsədilə əsasən orta məktəb şagirdlərinin istifadə etməsi üçün maarifləndirici ocaq kimi layihələşdirilmişdir. 2008-ci ildə buraya 8.478 qonaq, o cümlədən 5.855 uşaq baş çəkmişdir.
  • Biznes jurnalistikası kurslarını BP ilə iki digər beynəlxalq təşkilat – “Britiş Kaunsl” və “Tomson Fondu” birgə həyata keçirirlər. Bu kurs böyük sayda Azərbaycan jurnalistləri üçün son on il müddətində BP-nin sponsorluq etdiyi və “Britiş Kaunsl” təşkilatının apardığı uğurlu ingilis dili kurslarına əsaslanır. Bu yeni proqram öz həvəsi və jurnalistika sahəsində karyera yüksəlişi öhdəliyi ilə bir araya gələn insanlar üçün əvəzsiz bir imkan yaradır və onları düşünməyə vadar edir ki, biznes jurnalistikasının standartlarının təkmilləşdirilməsi üçün öz xalqı üçün nə edə bilərlər.
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57