BP Fənlərin İnteraktiv Tədrisi Layihəsinin həyata keçirilməsinə başlayır

24 aprel

BP bu gün Bakıda fənlərin daha kefiyyətli tədrisinə imkanları artırmaq vasitəsilə Azərbaycanda elmin inkişafına kömək etmək üçün yeni tədris layihəsinin birinci mərhələsinin həyata keçirilməsinə başladı. 

Bütövlükdə bu layihə üç əsas fənn - kimya, fizika və biologiya fənləri üzərində cəmlənmişdir. Layihənin məqsədi fəal öyrətmə və öyrənmə üsullarından istifadəyə stimul yaradan müəllimlərin sınaqdan keçirilmiş təlimləndirilməsi modelini təqdim etməkdir. O, eləcə də, nəzərdə tutulan üç fənn üçün yeni kurrikulumun tətbiq edilməsinə xeyli kömək edəcəkdir. 

Layihənin həyata keçirilməsinə Azərbaycan Təhsil Nazirliyi, Böyük Britaniyanın Milli Elmi Tədris Mərkəzi və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu da daxil olmaqla yerli və beynəlxalq tərəfdaşlardan ibarət konsorsiumla əməkdaşlıqda BP-nin Azərbaycandakı təhsil təşəbbüslərində uzun müddət onunla uğurla tərəfdaşlıq edən Britiş Kaunsil rəhbərlik edəcəkdir. 

Təlimatçı müəllimlərin və müəllimlərin əsas qrupu üçün bacarıq və vərdişlərin yaradılmasına yönəlmiş bu ilin pilot layihəsinin həyata keçirilməsinə BP təxminən $240,000 məbləğində vəsait xərcləyəcəkdir. Bu layihə 56 pedoqoq, o cümlədən Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutundan 23 təlimatçı müəllim, 13 universistet müəllimi, Bakı, Sumqayıt, Salyan, Lənkəran və Gəncənin beş pilot məktəbinin 15 nəfər fənn müəllimi və bu beş pilot rayonun beş məktəb direktoru və təhsil rəsmiləri üçün nəzərdə tutulur. 
BP-nin Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Seymur Xəlilov deyir: “BP bu layihəni fənlərin tədris edilməsi sahəsində bilik və bacarıqların gücləndirilməsi üçün ölkəyə kömək etmək və bu sahədə potensial liderləri təlimləndirmək məqsədi ilə seçmişdir. Ümid edirik ki, daha uzun müddət üçün bu layihə ölkənin hər yerində hər bir fənn müəlliminə çatmaq və onları məktəblərdə keçirilən bütün fənlərə asanlıqla tətbiq edilə bilən interaktiv təlim bacarıqlarının bütöv bir kompleksi ilə təchiz etməklə ümummilli təsirə malik olacaqdır. İnanırıq ki, bu təşəbbüs bu uzun müddətli məqsədə çatmaq üçün mümkün olan ən yaxşı tərzdə tərtib edilmişdir. 


Redaktorlar üçün qeydlər: 
  • 2008-ci ilin yanvar ayında BP bir sıra layihələr vasitəsilə akademik bilik və bacarıqların yaradılması üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bakıda Anlaşma Memorandumu imzaladı. Bu layihələrin məqsədi geoloq və geofiziklərin gələcək nəslinə ölkə daxilində öz bilik və bacarıqlarını inkişaf etdirməyə və Azərbaycanın dünya səviyyəli sənaye imkanlarını davamlı olaraq gücləndirməyə dəstək verməkdir.
  • BP eləcə də Azərbaycanda iqtisadi və sosial inkişafı gücləndirmək məqsədi ilə öz tərəfdaşları adından bir neçə il ərzində gənc və istedadlı Azərbaycan vətəndaşlarının xarici və milli təhsil müəssisələrində təhsil almasına imkan yaradan Azərbaycan Neft və Qaz Təqaüd Proqramı adlı illik təqaüd proqramı həyata keçirmişdir. Hazırda bu proqram əsasında təxminən 104 tələbə ABŞ, İngiltərə, Türkiyə, Rusiya və Azərbaycanda təhsil alır.
  • BP öz tərəfdaşları adından Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birgə Yaşıl Paket layihəsinə - müxtəlif kütləvi informasiya vasitələrindən istifadə edilməklə orta məktəb müəllimlərinin və 1-11-ci sinif şagirdlərinin ətraf mühitə dair biliklərini artırmaq məqsədi daşıyan interaktiv təhsil metodu layihəsinə də sponsorluq edir. Bu birgə təşəbbüs uşaqların ətraf mühitlə bağlı məlumatlılığını artırmağa və bütünlüklə Azərbaycanda təhsilə qoyulan misilsiz bir sərmayədir.
  • BP öz tərəfdaşları adından eləcə də ölkənin təbii ehtiyatları və onlardan gündəlik həyatda necə istifadə etmək barədə uşaqları öyrətməyə kömək etmək məqsədi ilə orta məktəblərin istifadəsi üçün bir tədris vasitəsi kimi nəzərdə tutulan Xəzər Enerji Mərkəzini (XEM) işlədir. 2007-ci ildə XEM-ə 8478 qonaq, o cümlədən 5855 uşaq baş çəkmişdir.
  • Bundan başqa, BP 2007-2008-ci il üçün proqrama əsasən yeddi nəfər istedadlı Azərbaycan vətəndaşına magistr dərəcəsi almaq üçün ən yaxşı İngiltərə universitetlərində təhsil almaq imkanı yaratmışdır. Bu proqrama bir sıra sahələr, o cümlədən idarəetmə, bank içi, maliyyə, mühasibat və iqtisadiyyat sahələri daxildir.
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57