BTC/CQBK boru kəmərləri boyunca yaşayan icmalar üçün yeni imkanlar

3 noyabr

BP şirkəti özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından BTC/CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar və Ağdaş icmalarında iqtisadi imkanları və bacarıqların inkişaf etdirilməsini gücləndirmək üçün yeni qrant ayırmışdır. 

Bu layihə əsasən BP və onun tərəfdaşlarının əvvəlki İcma İnkişafı Təşəbbüsləri (İİT) çərçivəsində yaradılmış sahibkar müəssisələri üçün nəzərdə tutulmuşdur. Bunlara içməli suyun təmizlənməsi kimi uğurlu müəssisələr, eləcə də öz karyerası üçün sahibkarlığı seçmiş gənclərlə iş daxildir. 

Layihənin məqsədi boru kəməri boyunca yerləşən bu üç rayonda davamlı biznes inkişafını təmin etmək üçün sahibkarlara daha yaxşı mühit yaratmaq və işsiz gənclərə iş imkanları tapmaqda dəstək verməkdir. Bu məqsədə çatmaq üçün layihə üç əsas vəzifəyə diqqət verəcək: 
•BP və onun tərəfdaşlarının əvvəlki İİT layihələri əsasında yaradılmış səkkiz müəssisənin davamlılığına və inkişafına, həmçinin icmalar və dövlət proqramları ilə inteqrasiyasına imkan yaratmaq
•Gənclər üçün usta yanında şagirdlik proqramını genişləndirmək və bu yolla gənclərdə bazar təlabatına uyğun bacarıqların inkişafı, onlar üçün məşğulluq və gəlir yaradan imkanların gücləndirməsi və müəssisələrin ixtisaslı işçilər tapmaq ehtiyaclarının ödənilməsinə dəstək vermək
•layihənin əhatə etdiyi sahibkarlar və müəssisələr üçün kredit və icarə imkanlarını yaxşılaşdırmaqla onlara öz bizneslərini təşviq etməkdə dəstək vermək
Layihənin həyata keçirilməsində BP və tərəfdaşları və icmaların özlərindən başqa daha üç tərəfin – yerli tərəfdaşların, müvafiq hökumət orqanlarının və kredit/icarə institutlarının iştirakını nəzərdə tutan əməkdaşlıq mexanizmindən istifadə ediləcək və bu zaman diqqət əsasən yerli icra strukturları və müvafiq dövlət proqramları ilə əməkdaşlıq üzərində cəmlənəcəkdir. 

Bu layihə 1997-ci ildə yaradılmış yerli qeyri-hökumət təşkilatı olan Ümid Humanitar və İctimai Dəstək Mərkəzi (HİDM) tərəfindən həyata keçiriləcəkdir. Layihəni həyata keçirmək üçün Ümid təşkilatı BP və onun tərəfdaşlarının BTC və CQBK boru kəmərləri boyunca İcma İnkişafı Təşəbbüsü çərçivəsində elan olunmuş konsepsiya sənədlərinin qiymətləndirilməsi nəticəsində seçilmişdir. 

BP və tərəfdaşlarının bu layihə üçün ayırdığı vəsait $326,155 təşkil edir. Bundan əlavə icmalar özləri də layihəyə $43,760 həcmində vəsait yönəldəcək. 

Layihənin həyata keçirilməsi müddəti 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək olmaqla 18 aydır. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57