• Xəzər
  • Xəbərlər
  • Press relizlər
  • 2008.01.29-“Debet Yuniform” BP şirkəti ilə müqavilə bağlayır və Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexaniz

“Debet Yuniform” BP şirkəti ilə müqavilə bağlayır və Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexanizmi

29 yanvar

BP Azərbaycanın əsas neft və qaz işlənməsi və nəqli layihələrinin operatoru olaraq bu yaxınlarda öz tərəfdaşları adından yerli “Debet Yuniform Ltd” şirkəti ilə bir müqavilə bağlamışdır, həmin müqaviləyə əsasən, Azərbaycanda və Gürcüstanda fərdi qoruyucu vasitələr təchiz olunacaq. Müqavilənin müddəti üç ildir, lakin bu müddətin daha bir il də uzadılması mümkündür və müqavilənin dəyəri altı milyon ABŞ dollarıdır. 

İnkişafının gücləndirilməsi üçün “Debet yuniform Ltd” şirkəti 22 yanvar 2008-ci il tarixində Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexanizminin (TMMM) 15 milyon ABŞ dolları məbləğində vəsaitindən kredit almışdır. TMMM öz tərəfdaşları adından BP-nin, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Azərbaycan Mikromaliyyələşmə Bankının maliyyə vəsaitləri ilə yaradılmışdır.

Yeni müqavilə BP şirkəti və tərəfdaşlarının həm öz müqavilələrində iştirak edən yerli şirkətlərin sayının çoxaldılması, həm də yerli şirkətlərlə bağlanan müqavilələrin dəyərinin artırılması ilə öz layihələrində yerli ehtiyatlardan istifadəni maksimuma çatdırmaq səylərinə uyğundur. 

“Debet Yuniform Ltd” 1997-ci ildə yaradıldıqdan sonra özünün keyfiyyətli məhsulları və sifarişçilərə yüksək səviyyəli xidmətləri ilə nüfuz qazanmaq istiqamətində əhəmiyyətli işlər görmüşdür. Şirkət keyfiyyətli əlcəklər, dəbilqələr, kombinezonlar, ümumi geyimlər və təhlükəsizlik vəsaitləri istehsal və təchiz edir. Hazırda “Debet Yuniform Ltd” şirkətində 117 nəfər işçi çalışır. 
“Debet Yuniform Ltd” şirkətinin peşəkar inkişafı 2004-cü ildə Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) ilə BP-nin idarə etdiyi Biznes İnkişaf Mərkəzinin əməkdaşlığı şəraitində həyata keçirilmiş “Təchizatçının inkişafı” layihəsinin başlanması ilə mümkün olmuşdur. Bu layihə 2006-cı ildən yerli sahibkarlığın gücləndirilməsi məqsədilə Azərbaycanda iri neft və qaz layihələrində BP şirkəti və onun tərəfdaşlarının maliyyələşdirdiyi uzunmüddətli sosial-iqtisadi inkişaf proqramı olan Regional İnkişaf Təşəbbüsü (RDI) tərəfindən maliyyələşdirilir. “Debet Yuniform Ltd” şirkətinin uğuru sahibkarlığın inkişafı strategiyamızın müsbət nəticəsidir, bu strategiya inkişaf səylərimizin yerli iqtisadi qurumlar arasında yüksək peşəkar standart və bacarıqların əldə olunmasını təmin etmək məqsədi ilə yaradılmışdır”, – Regional İnkişaf Təşəbbüsünün Azərbaycandakı meneceri İbrahim İsmayılov deyir. 

“Biz inanırıq ki, BP şirkəti ilə bağladığımız müqavilə bizə qısa müddət ərzində çoxlu təzə iş yerləri açmaq imkanı yaradacaq. Bizim keyfiyyətin idarə olunması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sistemlərimiz ardıcıl şəkildə inkişaf edir və BP şirkəti ilə müqavilə bu prosesin daha yüksək səviyyələrə çatmasına imkan yaradacaq. Bizim şirkətimizin inkişaf etməsi üçün Biznes İnkişaf Mərkəzinin göstərdiyi kömək və dəstəyi yüksək qiymətləndirir və inanırıq ki, bu əməkdaşlıq biznesimizin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq”, – “Debet Yuniform Ltd” şirkətinin baş direktoru Əsəd Nəsrullayev deyir. 

“Biz inkişaf edən Azərbaycan iqtisadiyyatına faydalar gətirəcək yerli sahibkarlığı davamlı inkişaf etdirmək əzmindəyik, – BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder deyir. – Bu, yerli təchizatçıların beynəlxalq təcrübə sahəsində uğur qazanmaq həvəsinin və BP şirkətinin onlara bunu etməkdə dəstək vermək səylərinin birləşdirilməsinə gözəl bir misaldır.” 
“Biznes İnkişaf Mərkəzi “Debet Yuniform Ltd” şirkətinin inkişafına çox böyük diqqətlə yanaşmışdır ki, texniki və biznes qabiliyyətini inkişaf etdirməsi və neft-qaz sənayesində təchizat müqavilələrində rəqabət aparması üçün zəruri olan beynəlxalq standartlara nail olması məqsədilə şirkət zəruri vasitələrlə təmin olunsun, – Biznes İnkişaf Mərkəzinin meneceri Samir Tağıyev deyir. – Yerli şirkətlərin əldə etdikləri bilik və bacarıqların gələcəkdə də saxlanmasına əmin olmaq üçün biz öz dəstəyimizi davam etdirəcəyik.” 


Redaktorlar üçün qeydlər: 

BP şirkəti haqqında 

BP şirkəti Azərbaycanda həyata keçirilən nəhəng neft və qaz işlənməsi və nəqli layihələrinin əməliyyatçısı olaraq, öz tərəfdaşları adından qarşısına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini 2010-cu ilədək ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq üçün BP və tərəfdaşları yerli kiçik və orta müəssisələrin inkişafına yardım etmək və onların BP-nin layihələrində iştirakını dəstəkləmək məqsədilə Bakıda Biznes İnkişaf Mərkəzini açmışlar. 

BP şirkəti və tərəfdaşları həmçinin yerli biznesin inkişafının dəstəklənməsinə yönəlmiş mühüm bir təşəbbüs olan Təchizatçı Müəssisələri Maliyyələşdirmə Mexanizmini (TMMM) də maliyyələşdirirlər. TMMM, öz tərəfdaşları adından BP şirkətinin, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Azərbaycan Mikromaliyyələşmə Bankının Azərbaycanın yerli neft və qaz sənayesi təchizatçıları və xidmət müəssisələrinə daha böyük şəffaf maliyyə mənbələri əldə etmək imkanları yaratmaq. 
BP şirkəti həmçinin özünün yerli müəssisələrin inkişafına dəstəyinin bir hissəsi olaraq “Ən yaxşı biznes mükafatı”na da sponsorluq edir. Mükafatlar BP-nin əməliyyatçısı olduğu neft və qaz layihələrinə öz sahibkarlıq bacarıqları ilə dəstək verən və yerli biznes mühitində davamlı təsiri olan qabaqcıl yerli və beynəlxalq şirkətlər və iş adamları üçün nəzərdə tutulur. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57