Kənd təsərrüfatı sektorunu gücləndirmək üçün Xatınlı icmasının yeni bir imkanı

14 iyul

BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Tovuz rayonundakı Xatınlı icmasının iqtisadi inkişafına dəstək vermək məqsədi ilə qrant verilməsini məmnuniyyətlə elan edir. 

BP və tərəfdaşlarının İcma İnkişafı Təşəbbüslərinin bir hissəsi kimi, bu layihənin məqsədi Xatınlı icmasının öz iqtisadi inkişafını kənd təsərrüfatında məhsuldarlığı gücləndirmək vasitəsilə yaxşılaşdırmaq səylərinə dəstək verməkdir. 

Layihə bu məqsədə dəstək verilməli əsas sahələr kimi müəyyənləşdirilmiş yüksək keyfiyyətli yem hasilatı üçün istifadə olunan yeni dənli bitkilərin bir çox növlərinin tətbiq edilməsi; keyfiyyətli yem emal edən obyektin layihələşdirilməsi və tikintisi; heyvandarlıqda süni mayalanma proqramının həyata keçirilməsi; bioloji qaz texnologiyasının gətirilməsi və tətbiq edilməsi; yeni aqrotexniki texnologiyalar və metodlarla bağlı icma bacarıqlarının yaradılması; məhsul, mal-qara, anbar və informasiyanın idarə edilməsinin təkmilləşdirilməsi vasitəsilə bazar subsektorunda dəyər zəncirinin yaxşılaşdırılması; əlavə iqtisadi imkanların təmin olunması üçün soyuducu anbar obyektinin layihələşdirilməsi və inşası; layihənin yem emalı obyektini, soyuducu saxlama anbarını və süni mayalanma xidmətlərini səmərəli şəkildə idarə etmək üçün bir məhdud məsuliyyətli şirkətin təsis edilməsi kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi vasitəsilə çatmağı nəzərdə tutur. 

Bu layihə 1996-cı ildə təsis edilmiş yerli qeyri-hökumət təşkilatı - Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən həyata keçiriləcəkdir. BTC və CQBK boru kəmərləri boyunca yerləşən icmalar üçün nəzərdə tutulmuş İcma İnkişafı Təşəbbüsü üzrə növbəti dəvətlə bağlı keçirilən rəqabətli seçmə prosesi əsasında bu layihəni yerinə yetirmək üçün GABA seçilmişdir. 
Qrantın ümumi məbləği 226 000 ABŞ dollarıdır. Bundan əlavə, GABA layihəyə kömək məqsədi ilə təxminən 6000 ABŞ dolları verəcəkdir və layihə üçün əlavə 24 500 ABŞ dolları toplamaq məqsədi ilə icma üzvlərini səfərbər etməyi öhdəsinə götürür. 

Layihənin həyata keçirilməsi müddəti 2009-cu ilin iyun və 2010-cu ilin dekabr ayları arasındakı on səkkiz aydır. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57