Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üçün boruların örtüklənməsi işləri üzrə müqavilə imzalandı

22 may 2014

Cənubi Qafqaz Boru Kəməri Şirkəti və Şahdəniz konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üçün daha bir müqavilə imzalandığını məmnuniyyətlə elan edir. Bu müqavilə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrədir.

Kəmər borularının örtüklənməsi işləri üzrə müqavilə “Bredero Shaw International BV” şirkətinə verilib. Bu müqavilənin dəyəri təxminən 70 milyon dollar təşkil edir. Bu müqavilə üzrə iş həcminə CQBKG-nin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir. “Bredero Shaw International” şirkəti boruların üstünü  üç qat polietilen materialla və içəridən isə epoksidlə örtükləyəcək. Müqavilənin icra müddəti 18 aydır və boruların ilk partiyasının Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır.

Bundan əvvəl isə ümumilikdə 13 müqavilə elan edilmişdi və bunlar da Şahdəniz Mərhələ 2 layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanmışdır.
Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı. Telefon:  994 (0) 12 599 4557;
BP-nin London ofisindəki mətbuat xidmətində Tobi Odone. Telefon: 44  (0)  20 7496 4076;
CQBK şirkətinin baş meneceri Arild Dirset. Telefon: 994 (0) 12 497 7340.