Müstəqil monitorinq

Fəaliyyətlərimizin müstəqil qiymətləndirilməsi nəticəsində əldə olunan əsas məlumatlar və tövsiyələr ilə tanış olun

Azərbaycan Sosial Təhlil Komissiyası

Azərbaycan Sosial Təhlil Komissiyası (ASТK) BP şirkətinin Azərbaycandakı fəaliyyətlərində şəffaflığı, dialoqu və ictimaiyyətin iştirakını stimullaşdırmaq məqsədilə göstərdiyi səylərin davamı kimi təsis olunmuş bir məsləhət qrupudur.

Komissiya şirkətə mövcud meylləri, çətinlikləri, eləcə də üz-üzə gəldiyi uzunmüddətli məsələləri müəyyənləşdirməyə kömək etmək üçün 2007-ci ilin əvvəlində yaradılmışdır. Komissiya diqqəti BP-nin öz tərəfdaşları adından həyata keçirdiyi sosial sahədəki iş icrasına yönəltməklə BP Azərbaycan rəhbərliyi üçün müstəqil məsləhət orqanı kimi xidmət göstərmişdir.

Xəzər regionunun inkişafı üzrə məsləhət şurası

2013-cü ildə müstəqil bir qurum kimi təsis olunan Xəzər regionunun inkişafı üzrə məsləhət şurasının məqsədi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və  Azərbaycan, Gürcüstan və Türkiyədə BP-n  bununla  bağlı fəaliyyətinin  iqtisadi, ətraf mühit və  ictimai  təsirləri ilə  bağlı BP-yə məsləhətlər  verməkdir.

“Xəzər layihələri” kimi tanınan  bu fəaliyyətlərə  Xəzər  dənizində  neft və qaz yataqlarının  işlənməsi və  təbii qazın  Cənubi  Qafqaz boru kəməri  vasitəsilə  Türkiyəyə və  digər bazarlara  çatdırılması daxildir.  

Şura işini 2006-cı ilin sonunda bitirdi. Onun hesabatları və BP-n cavabları icitmaiyyət üçün açıqdır. 

Yerli QHT-lər tərəfindən monitorinq