Sahibkarlığın inkişafı proqramı

Sahibkarlığın inkişafı və təlim proqramı (SİTP) BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə 2007-ci ilin iyun ayından həyata keçirilməyə başlamışdır. 2016-cı ildə  proqram Sahibkarlığın inkişafı proqramı (SİP) adı ilə yenidən fəaliyyətə başladı.

SİP-in məqsədi Azərbaycanda və daha geniş olan Xəzər regionunda neft-qaz və digər sektorlara mal və xidmətlər təchiz etmək üçün yerli şirkətlərin öz potensial və bacarıqlarını inkişaf etdirməsinə yardım etməkdir.

Bu proqram potensial və bacarıqlarda olan çatışmazlıqların təhlili, xüsusi fərdi inkişaf planlarının hazırlanması və həyata keçirilməsi, o cümlədən xüsusi təlim imkanları vasitəsilə yerli şirkətlərin beynəlxalq standartlara çatması üçün imkanlar təklif edir.

SİP-Ə NECƏ QOŞULMAQ OLAR?

Sizin müəssisəniz yalnız aşağıdakı şərtlərə cavab verdiyi halda SİTP-də iştirak edə bilər: 


  • Müəssisə hal-hazırda mövcuddur və Azərbaycanda biznes əməliyyatlarını həyata keçirir
  • Özəl müəssisədir
  • SİP-də iştirakını təsdiqləyən sənədi imzalamağa razı olmalıdır

Bu şərtlərə uyğun gələn şirkətin fəaliyyəti qiymətləndiriləcək. Şirkət gələcəkdəki inkişafı ilə bağlı öhdəçilik nümayiş etdirməlidir, bu isə öz növbəsində gələcək inkişaf planı üçün investisiyaların qoyulması istəyini nümayiş etdirmiş olacaqdır. Proqramda  iştirak  odənişsizdir. 

Əlavə məlumat və proqramda iştirak üçün office@ekvita.com və edp@ekvita.com ünvanına müraciət edin.

Telefon: +994 12 596 01 09; +994 12 480 47 89 

 

ALICI ILƏ TANIŞ OL

"Alıcı ilə tanış ol" yerli şirkətlərin potensiallarının artırılması, bizneslərinin inkişaf etdirilməsi və potensial sifarişçiləri ilə münasibətlərinin qurulması yolu ilə BP-nin əməliyyatçısı olduğu layihələrdə iştiraklarının artırılması sahəsində BP və onun tərəfdaşlarının öhdəliyinin bir hissəsidir. 

Bu tədbir zamanı yerli şirkətlər neft-qaz sənayesinin təchizatı sistemində aparıcı mövqe tutan beynəlxalq və yerli şirkətlərlə tanış olmaq imkanı əldə edirlər. 

Son illərdə keçirilən tədbirlərdə neft-qaz sektorunda birbaşa və vasitəli xidmətlər göstərən qazma, istehsalat, mühəndis-layihələndirmə, tikinti, əməliyyatlara dəstək, texniki istismar, izolyasiya, yoxlama, avtomatlaşdırma xidmətlətləri, maddi-texniki təchizat, tullantıların idarə edilməsi, İnformasiya Texnologiyaları, qida, biznes xidmətləri və digər kateqoriyaları təmsil edən yetmişə yaxın şirkət tədbirdə iştirak edir. Bu şirkətlər BP və onun tərəfdaşlarının həyata keçirdiyi milyonlarla dollar dəyərində olan Sahibkarlığın inkişafı proqramında iştirak edən şirkətlərdir.