Muzeylərə sərbəst giriş kampaniyası

BP şirkətinin sponsorluğu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarix Muzeyinə sərbəst giriş kampaniyası keçirilir.

BP şirkəti, İncəsənət Muzeyi və Tarix Muzeyi ilə birlikdə məktəbliləri, tələbələri və bütün Bakı sakinlərini və qonaqları Novruz tətillərində  açıq qapı günlərindən faydalanmağa dəvət edir.  

Açıq qapı günləri İncəsənət Muzeyində 20-29 mart, Tarix Muzeyində isə 23-27 mart tarixlərində keçirilir.
Əlavə məlumat üçün BP şirkətinin mətbuat xidmətinə müraciət edə bilərsiniz. Telefon: (012) 599 4557.