BP-nin sponsorluq etdiyi kitablar
BP Şərqin ilk demokratik respublikasının qurucularına həsr edilmiş kitabı təqdim edir
Bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb. Kitabın müəllifi məşhur tarixçi alim Nəsiman Yaqubludur.