Sponsorluq layihələrimiz

BP Azərbaycanın iri neft və qaz yataqlarının işlənilməsi və nəqli layihələrinin əməliyyatçısı kimi ölkənin potensial imkanlarının artırılması üçün üzərinə götürdüyü öhdəliklərə sadiq qalmaqdadır

Həmin öhdəliyinin bir hissəsi kimi, BP ölkədə həyata keçirilən son dərəcə önəmli təhsil və potensial imkanların artırılmasına yönəlmiş digər  təşəbbüs və proqramları dəstəkləyir.  

Sözügedən təşəbbüslərin əksəriyyəti enerji sənayesinn inkişafına dəstək, texniki ixtisas sahəsində təhsil-təlim imkanlarının genişləndirilməsi və biznes təliminin təşviq edilməsi məqsədi daşıyır. Proqramlarını yerinə yetirmək məqsədilə BP ali təhsil müəssisələri, habelə müxtəlif orta təhsil və peşə texniki məktəblərilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanın neft sənayesinin elmi əsaslarının inkişafına öz töhfəsini verməkdə və enerji sənayesində yeni nəsil yüksək ixtisaslı milli mütəxəssislərin və işçi qüvvəsinin təhsil və təlimini dəstəkləməkdə davam edir. 

Təhsil

Qafqaz Universiteti layihəsi

$2.5 milyon ABŞ dollarınından artıq sərmayə

2 yeni departament və 16 laboratoriya açıldı

BP-nin Qafqaz Universiteti ilə əməkdaşlığının məqsədi universitetin  kimya, mexanika, neft və digər mühəndis ixtisasları üzrə kurikulumunu genişləndirmək səylərini dəstəkləməkdir. Təhsilin inkişaf etdirilməsi sahəsində iri layihə olan bu layihə təlim, tərəfdaşlıq və təhsil təşəbbüslərinin maliyyləşdirilməsi yolu ilə milli neft və qaz sənayesinin ekspertləri və işçi qüvvəsini dəstəkləmək üçün BP-nin üzərinə götürdüyü təşəbbüsü dəstəkləyir. 

Bu günə qədər BP Qafqaz universitetində iki yeni departamentin – 2009-cu ildə kimya mühəndisliyi departamenti və onun nəzdində 2011-ci ildən fəaliyyət göstərməyə başlamış beş dünya miqyaslı laboratoriyanın, habelə mexanika mühəndisliyi departamentinin açılışına və daha sonra 2013-cü ildə on bir laboratoriyanın təsis edilməsinə kömək etmək məqsədilə $2.5 milyon ABŞ dollarından artıq sərmayə qoyuluşu etmişdir. 


BP-nin xüsusi mükafat proqramı

2007-ci ildən BP Azərbaycanda neft və qaz ixstisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar verir. 

2013-2014-cü ildə biz  proqramı davam etdirdik və Azərbaycanın bir sıra universitetlərində, o cümlədən 2012-ci ildə proqramda təmsil edilməmiş üç təhsil müəssisəsində də neft-qaz sahəsində ixtisaslaşan birinci və ikinci kurs tələbələri üçün mükafat proqramını təmin etdik.
Mükafatlar Bakının və Gəncənin müxtəlif universitetlərinə yüksək balla qəbul olmuş 60 nəfər birinci kurs tələbəsinə verildi. 2014-cü ildə əvvəlki il universitetə qəbul olunarkən yüksək nəticə göstərmiş 60 təqaüdçü üçün kursu bir il artırmağı təklif etdik. 

Bu mükafat tələbələrə BP tərəfindən maliyyələşdirilən və ali təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis dili vərdişlərini təkmilləşdirmək imkanı verəcək.

Azərbaycan Biznes Keys Müsabiqəsi

BP Azərbaycan Biznes Keys Müsabiqəsini 2011-ci ildən maliyyələşdirir.  

Azərbaycanın aparıcı univesritetlərinin tələbələrindən ibarət komandalar bir-biri ilə hər il keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsində yarışırlar, maliyyə və marketinqdən tutmuş mühasibat, texnologiya və menecmentə qədər sahələri əhatə edən biznes fənləri üzrə biliklərdən istifadə edərək real həyatdan götürlmüş biznes məsələlərini həll etməyə çalışırlar.  Komandalar öz cavablarını Azərbaycandakı iri bizneslərin təmsilçilərindən ibarət münsiflər heyətinə təqdim edirlər. 

2014-cü ildə müsabiqə BP və digər sponsor sənaye təşkilatlarının dəstəyi ilə  Azərbaycan Diplomatiya Akademiyasında (ADA) keçirildi. BP-nin sponsorluq töhfəsi 6 000 dollardan çox oldu, şirkətin əməkdaşları müsabiqəyə təlimçi, məşqçi və münsif kimi öz töhfələrini verdilər. 


BP-nin kitabxanaya dəstək təşəbbüsü

BP-nin əməkdaşları tərəfindən maliyyələşdirilən ümumi xərclər $54,500 ABŞ dolları təşkil etmişdir

Benefisiarlar: 4000 məktəbli

BP-nin kitabxana təşəbbüsünə 2010-cu ilin ortalarında start verildi. Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz Boru Kəməri (BTC/CQBK) boyunca yerləşən 6 pilot məktəb seçildi. BP əməkdaşlarının keçirdikləri yeni il lotereyasından əldə olunmuş vəsait hesabına maliyyələşdirilən layihəni 6 kitabxanada yenidənqurma və təmir işləri aparmaqla, "Sağlam həyat" ictimai birliyi hayata keçirdi. Bunlar Hacıqabul, Samux, Yevlax, Göranboy rayonlarında, habelə Kürdəmir rayonunda yerləşən 2 məktəb kitabxanasıdır. 

Layihənin məqsədi müasir tələblərə cavab verən nümunəvi kitabxana yaratmaqdan və ümumilikdə təhsilin inkişafını dəstəkləməkdən ibarətdir. 

4 il ərzində BP əməkdaşları tərəfindən ödənilən ümumi məbləğ təxminən $54,500 ABŞ dolları təşkil etmiş, layihənin benefisiarları isə kitablardan istifadə etmək imkanları əldə etmiş bir neçə min yerli məktəbli və müəllimdən ibarət oldu. 

Peşəkar Neft Cəmiyyətləri Mərkəzi

Ümumi büdcə: $102,066 ABŞ Dolları

Benefisiarlar: Neft-qaz sənayesi; Yer elmləri ilə bağlı ixtisaslar üzrə təhsil alan tələbələr

Azərbaycanda gənc neft-qaz mühəndislərinin və elmi cəmiyyətlərin inkişaf etdirilməsi məqsədi daşıyan Peşəkar Neft Cəmiyyətləri Mərkəzinə yardım edirik. 

2013-cü ildə bu layihə tələbələrin geoloji və geofiziki işlər, eləcə də quyu mühəndisliyi sahəsində biliklərinin artırılması fəaliyyətlərini, habelə neft mühəndisliyinə həsr olunmuş dəyirmi masa və seminarı əhatə etdi. 

BP-nin tələbələr üçün geologiya üzrə yay təcrübəsi kursu

Ümumi büdcə: hər il təxminən $9,000 ABŞ dolları

Benefisiarlar: hər il 20-26 tələbə

Yay səhra təcrübəsi proqramı on ildən artıqdır ki, davam edir. Hər il geoloji və geofiziki işlər, eləcə də quyu mühəndisliyi ixtisası üzrə təhsil alan 20-26 tələbə sinif məşğələləri və ya çöl şəraitində təcrübə keçməklə 2-3 həftə davam edən yay səhra təcrübəsində iştirak etmək üçün seçilir. 

Yay təcrübə kursu barədə daha ətraflı məlumat alın

“Geo Pack” layihəsi

Ümumi büdcə: $239,812 ABŞ dolları

Azərbaycanda daha çox məktəblinin gələcəkdə öz karyerasında geologiya, kimya, fizika və əlaqədar ixtisaslardan birini seçmələri üçün onlarda bu fənlərə aşağı siniflərdən maraq oyatmaq məqsədi daşıyan “Geo Pack” layihəsini dəstəkləyirdik. 2011-ci ildə bu layihə üzrə gənc geoloqların pilot klubu yaradıldı, sonrakı il isə Sumqayıtda daha bir klub açıldı. Beş novator müəllimin rəhbərlik etdiyi bu klubların birlikdə 60-a yaxın üzvü var idi.  

Layihə həmçinin 6-9-cu sinif müəllimlərinin istifadəsi üçün yerşünaslıq fənni üzrə yeni kurikumlar hazırlayıb. 

Layihə 2013-cü ildə bitdi. 

Bacarıq və səriştələrin inkişaf etdirilməsi

Biznes jurnalistikası layihəsi

Ümumi büdcə: $350,000 ABŞ dolları

Benefisiarlar: 12 yerli jurnalist

Neçə illər ərzində BP-nin maliyyələşdirdiyi dil bacarıqlarının təkmilləşdirilməsi təlim proqramının uğurlu keçməsini əsas tutaraq, BP jurnalistlərin peşəkar vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişafına yönəldilmiş, xüsusilə tərtib edilmiş beynəlxalq səviyyəli Biznes Jurnalistikası üzrə təlim proqramı təşəbbüsünə start verdi. Layihənin məqsədi hərtərəfli təlim proqramı vasitəsilə milli medianın peşəkar vərdiş və bacarıqlarını gücləndirməkdən və jurnalistikanın ən son nailiyyətləri ilə tanış olmaq məqsədilə jurnalistlər üçün imkanlar yaratmaqdan ibarət idi.

Layihə 2007-ci ildə başladı. Qabaqcıl jurnalistlərdən ibarət qrup üçün 2013-cü ilin noyabrında təşkil olunmuş son təlim sosial media barədə olub.

Mədəni irs

H.Z. Tağıyev haqqında kitab-albomun çap edilməsi

Ümumi büdcə: $102,000 ABŞ dolları

Azərbaycanın tarixini və mədəniyyətini yerli və beynəlxalq səviyyədə təşviq etmək məqsədilə BP Azərbaycanlı xeyriyyəçi və neftçi, Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş bir kitabın hazırlanmasını maliyyələşdirmişdir. 

Azərbaycan və İngilis dillərində olan bu kitab xeyriyyəçilik ideyalarını və milli sərvətlərdən təhsil və mədəniyyəti  dəstəkləmək, mədəni irsi və ənənələri qoruyub saxlamaq məqsədilə  istifadə etmək ideyalarını aşılayır.

"Təbrizin sehrli nağılları"

Azərbaycan mədəni irsinin təbliğ olunması öhdəliyinin bir hissəsi kimi Mədəniyyət və Turizm Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC ilə birlikdə Azərbaycanın Orta əsrlər miniatür rəssamlığına həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabının nəşrinə sponsorluq etdik.

Sarılar- Qarabağ atının izi ilə

BP-nin maliyyə dəstəyi ilə ərsəyə gələn "Sarılar- Qarabağ atının izi ilə" sənədli film vətəni  Azərbaycanın   Garabağ bölgəsi olan nadir cins atların  daha geniş  miqyasda tanınmasına  BP şirkətinin töhfəsidir.

Filmin əsas xəttini bir səfər təşkil edir ki, həmin səfər 2012-ci ildə Uindzor Qəsrində Kraliçanın  Yubileyində gözəl bir Azərbaycan rəqsi ifa edən“Qızılı Oğlan”adlı məğrur bir Qarabağ atından başlayır.
Bir çox ölkələrdən keçən bu axtarış onunla bitir ki, Uindzorda yaşayan həmin Garabağ atının nəslinin davamçıları indi Qarabağdan çıxarılaraq qaçqındır. Səfərin sonucu olan  “II Qızılı Oğlan”ın 1950-ci illərdən bəri həmin atla eyni qandan olan 5-ci nəslin nümayəndəsi kimi öz vətəni Azərbaycanda sağ-salamat və məğrur yaşadığı aşkarlanır. 
  
Film Azərbaycanfilm və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının  birgə istehsalıdır.

İdman

İdmançılara dəstək

Biz Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin tərəfdaşlarıyıq. Biz ölkənin milli yığmalarına və seçilmiş idmançılarına 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları zamanı dəstək göstərəcəyik. 

London 2012 oyunları

Ümumi büdcə: $643,000 ABŞ dolları

Saziş 2012-ci ilin yanvar ayında imzalandı. BP Azərbaycan şirkəti 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək vermək üçün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzaladı. Bu əməkdaşlıq çərçivəsində BP və MPK həm ölkə daxilində, həm də Böyük Britaniyada bir sıra tədbirlər həyata keçirtdilər.  

Sazişin müddətinə 2013-cü ildə yenidən baxıldı və bu müddət 2016-cı ilin sonuna qədər uzadıldı.  

Azərbaycanda Paralimpiya hərəkatına dəstək

Ümumi büdcə:$258,400 ABŞ dolları

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlıq çərçivəsində BP şirkəti Azərbaycanda keçirilən Uşaqların Paralimpiya Festivalına dəstək verir. Festivalın məqsədi milli Paralimpiya Hərəkatının inkişafını dəstəkləmək və Paralimpiya dəyərləri olan ilham, cəsarət, bərabərlik və əzmkarlığı yaymaqdır. 

Tədbir Birləşmiş Millətlər Təşkilatının 2013-cü il 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunub.
Festival MPK tərəfindən Azərbaycanın müxtəlif regionlarını əhatə edən Paralimpiya yarışları və oyunları kimi planlaşdırılıb. 

Layihə dördillik layihə olmaqla, 2012-ci ilin sonunda başlamışdır.  


Bakı 2015 Avropa Oyunları

2014-cü ildə BP Bakı 2015 Avropa oyunlarının rəsmi Neft və Qaz tərəfdaşı oldu.  

Bakı 2015 qitə üçün həyəcan dolu və innovativ yeni çoxsaylı idman növlərini əhatə edən və 12 - 28 iyun 2015-ci il tarixləri arasında baş tutmuş Avropa Oyunlarıdır.

Bakı 2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirdi.   

Bundan başqa, layihə çərçivəsində BP peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən innovativ “Bakı 2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır.