Davamlı inkişaf təşəbbüsləri

Biz, fəaliyyət göstərdiyimiz cəmiyyətlərdə ictimaiyyətə və yerli iqtisadiyyata müsbət təsir göstərməyə, davamlı və müsbət münasibətlər qurmağa çalışırıq

Xəzər regionunda həyata keçirdiyimiz layihələrin müvəffəqiyyəti qismən fəaliyyət göstərdiyimiz ölkələrin əhalisi üçün öz iştirakımızla hiss edilə bilən töhfə və bəhrələri yarada bilmək qabiliyyətimizdən asılıdır. Buna nail olmaq üçün biz təhsil proqramları, yerli icmalarda insanların səriştə və bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətdə sosial infrastrukturdan istifadə imkanlarının təkmilləşdirilməsi, maliyyə və təlim resurslarından istifadə yollarını təmin etməklə yerli müəssisələrin dəstəklənməsi, habelə dövlət müəssisələrinə texniki dəstəyin göstərilməsi kimi irimiqyaslı inkişaf təşəbbüslərini həyata keçirməyi davam etdiririk.   

Biz tərəfdaşlarımızla olan açıq dialoq vasitəsilə cəmiyyətə göstərdiyimiz təsirin müsbət olmasına və müəssisə və cəmiyyətin davamlı inkişafı ilə nəticələnməsinə çalışırıq. 

Yerli təchizatçıların dəstəklənməsi

Xəzər regionunda davamlı təchizat sisteminin qurulmasına kömək etmək məqsədilə Azərbaycanın biznes sektorunda müəyyən istiqamətli səriştələrin inkişaf etdirilməsini dəstəkləyirik

Sahibkarlığın inkişafı və təlim proqramı

196 yerli şirkət proqramı tam bitirmişdir

Yerli şirkətlərlə dəyəri 632.76 milyon dollardan artıq müqavilələr bağlanmışdır

BP və onun tərəfdaşları ilə dəyəri 383.05 milyon dollar olan müqavilələr bağlanmışdır

Sahibkarlığın inkişafı və təlim proqramı (SİTP) 2007-ci ildə yaradılmışdır.  Bu proqram  yerli bizneslərə beynəlxalq təchizatçılar şəbəkəsinin üzvü olmaq üçün tələb edilən standartlar haqqında birbaşa biliklər əldə etmək imkanı yaradır. 

1863-dən artıq yerli kiçik və ortamiqyaslı şirkət bu proqramda iştirak etmiş və artıq onun faydasını  görmüşdür. Bunlardan 196 yerli şirkət proqramı tam bitirmiş və onlardan bir çoxu ümumi $383.05 milyon ABŞ dolları dəyərində BP ilə müqavilələr bağlamaqla xüsusi müvəffəqiyyət qazanmışdır. 

SİTP barədə daha ətraflı məlumat alın

Alıcı ilə tanış ol

“Alıcı ilə tanış ol” tədbiri məxsusi olaraq  yerli şirkətlərə öz məhsul və xidmətlərini potensial alıcılara təklif etmək, habelə iri şirkətlərlə iş birliyi yaratmaqda çətinlk çəkən kiçik və ortamiqyaslı müəssisələrə imkanlar yaratmaq məqsədilə  keçirilən bir tədbirdir. Digər tərəfdən, bu tədbir alıcılar üçün də imkanlar yaradır – burada onlar bazarın nəbzini tuta bilir və  hansı  imkanların  mövcud olması barədə öyrənirlər.

Sonuncu “Alıcı ilə tanış ol” tədbiri 2014-cü ilin iyun ayında XXI Neft və Qaz sərgisinin tərkib hissəsi kimi  keçirilmişdir. 

Daha ətraflı məlumat üçün press relizi oxuyun  

Regional Mikromaliyyələşdirmə Proqramı

Layihənin müddəti: 2006 – 2016

Bu layihənin məqsədi BTC/CQBK boru kəmərləri boyunca yerləşən kiçik və orta sahibkarların, yerli fermerlərin və müəssisələrin rəqabətədavamlılığını artırmaq məqsədilə onlara sərfəli və şəffaf mikromaliyyələşmə imkanları təmin etməkdir. Layihənin əhatə etdiyi bölgələrə Tovuz, Şəmkir, Goranboy və Yevlax rayonları daxildir. Sözügedən layihə AYİB tərəfindən idarə olunur və onun yerli tərəfdaşı olan Bank Respublika tərəfindən həyata keçirilir.

2006-2016-cı illər ərzində Şəmkir, Yevlax, Goranboy və Tovuz rayonlarında ümumilikdə 703,899 dollar həcmində olmaqla 127 kredit (107 nəfər kişi və 20 nəfər qadın) verilmişdir. 61 kredit kənd təsərrüfatı sahəsində, 8 kredit xidmət sektorunda və 58 kredit isə ticarət fəaliyyətlərində istifadə olunacaq.

Bacarıq və səriştənin artırılması

Biz cəmiyyətin inkişaf etdirilməsində səmərəli tədbirlər görmək məqsədilə insanların və icma qruplarının səriştə və bacarıqlarını gücləndirən fəaliyyətləri həyata keçiririk

Məktəbəqədər təhsil və qadınların sahibkarlıq fəaliyyəti

Ümumi büdcə: 226,224 dollar

280 benefisiar

Layihənin məqsədi məktəbə hazırlıq proqramlarından istifadə imkanlarını yaratmaq, rayon və kənd bağçalarında xidmətlərin keyfiyyətini artırmaq, yerli ibtidai məktəblərdə yeni milli kurrikyulumun icrasının keyfiyyətini artırmaq və yerli qadınlar üçün sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq və gəlir yerlərinin yaradılmasından ibarət idi. 
Layihə çərçivəsində yerli dövlət uşaq bağçaları və ibtidai siniflərdə işləyən 25 müəllim layihənin uşaq-yönümlü məktəbəqədər metodologiya və “addımbaaddım” təlim proqramı üzrə təlim aldı. Layihə çərçivəsində  Şəmkir rayonunun üç icmasında qadınların sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün onların bacarıq, səriştə və təcrübələrinı üzə çıxaran tədqiqat aparılmışdır. 

Dörd nəfər işsiz müəllim mərkəzdə 5-6 yaşlı uşaqlara məktəbəqədər hazırlıqla bağlı təlim keçmək üçün seçilərək layihənin heyət üzvü oldu. Layihə 2012-ci ildə başladı və 2014-cü ilin mart ayında bitdi.  

Gənclərin biznes liderliyi layihəsi

Ümumi büdcə: 200,000 dollar. BP və onun tərəfdaşlarının sərmayəsi 100,000 dollar təşkil etmişdir

Gənclərin biznes liderliyi layihəsi ikiillik layihədir. Layihənin məqsədi gənc tələbələrə gələcəkdə biznes liderləri olmaq imkanı  yaratmaqdır.  Bu, üç məqsədə  nail olmaqla həyata keçirilib. Həmin məqsədlər aşağıdakılardır: gənclərə real iş imkanları yaratmaq, sinif otağından kənarda onların biznes səriştələrini inkişaf etdirmək və karyeralarının inkişafında onlara məsləhət və istiqamət verə biləcək  insanlarla onları tanış etmək. Layihə 2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinə qədər davam etdi.

Daha ətraflı məlumat üçün press relizi oxuyun

Yerli idarəetmə və ekoloji proqram

Ümumi büdcə: 460,000 dollar. BP və onun tərəfdaşlarının qoyduğu sərmayə 200,000 dollar. USAİD-in sərmayəsi 100,000 dollar

Benefisiarlar: BTC/CQBK boyunca 9 icmada yaşayan gənclər

BP  Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsi boyunca yerləşən doqquz bələdiyyədə yerli idarəetmə, gənclərin bacarıqlarının inkişaf etdirilməsi və ətraf mühit təşəbbüslərinin  həyata keçirilməsini  dəstəkləyən bir proqram həyata keçirtdi. Program 2011-ci ilin dekabrından 2013-cü ilin aprelinə qədər davam etdi. 

Daha ətraflı məlumat üçün press relizi oxuyun

Gənclərin inkişafı üçün sahibkarliq mərkəzi

Ümumi büdcə: 99,000 dollar

600 benefisiar

BP regionlarda gənclərin inkişafı üçün “Gənclərin inkişafı üçün Sahibkarlıq mərkəzi” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində biz texniki peşə ixtisasları üzrə təqaüdlər təsis etdik. Bunun nıəticəsində 600-a yaxın tələbə qaynaq, kompyuter texnologiyası, komyuter təmiri və mühasibat sahəsində biliklər əldə etmiş, işə düzəlmək və ya öz kiçik bizneslərini qurmaq imkanı qazanmışlar.  Layihə 2012-ci ilin iyun ayında bitmişdir.  

Gənclər üçün iqtisadi imkanların inkişaf etdirilməsi

Ümumi büdcə: 500,000 dollar

10,078 benefisiar

“Gənclər üçün iqtisadi imkanların inkişaf etdirilməsi” adlı daha bir icma təşəbbüsünün məqsədi BTC və CQBK boyunca Azərbaycanın beş qərb rayonunda (Göranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa) yerləşən 30 icmada, habelə Bakının Qaradağ rayonunun üç icmasında (Ümid, Səngəçal və Sahil) yaşayan gənclərin bacarıqlarının və sahibkarlıq imkanlarının təkmilləşdirilməsindən ibarət olmuşdur. Layihə çərçivəsində 219 gənc təlim kursuna cəlb edilmişdir (qaynaqçı və kəsici, IT mühəndisi, dülgər, hava kondisionerinin təmiri və quraşdırılması ustası, motorist/elektrik, metal və plastik qapı və pəncərələrin istehsalı və s.), bunlardan 117-si tam ştatlı işə düzəlmişdir. 

İqtisadi imkanlar proqramının genişləndirilməsi

Ümumi büdcə: 326,000 dollar

50,805 benefisiar

Layihənin məqsədi boru kəmərləri boyunca yerləşən üç rayonda işləməyən  gənclərə  iş imkanlarını  tapmaqda yardım etmək  və biznesin davamlı inkişafı üçün sahibkarlara daha yaxşı imkanlar yaratmaqdan ibarətdir. Layihə 2009-cu ilin  oktyabrından 2011-ci ilin mayına qədər davam etmişdir. 
  • 8 müəssisə bizneslərini saxlamaq, inkişaf etdirmək və idarə etmək üçün potensialını inkişaf etdirmişdir
  • 25 biznes plan hazırlanmışdır, bunlardan 13-ü dəstəklənmişdir
  • 44 gənc biznes bilik və səriştələrini gücləndirmiş, bunlardan 42-si təlim kursunu müvəffəqiyyətlə bitirmişdir
  • 14 gənc JSEP qrantları vasitəsilə dəstəklənərək öz bizneslərini təsis etmişdir

Makroiqtisadi İdarəetmə və İnstitusional İslahatlar üzrə Məsləhət Xidmətləri (MİİİMX)

Ümumi büdcə: 1,000,000 dollar

MİİİMX-in məqsədi iqtisadi planlaşdırma proseslərini texniki cəhətdən sabit siyasətə əsaslanmış məsləhətlə dəstəkləmək və makroiqtisadi təhlil, siyasətin formalaşdırılması və iqtisadi idarəetmə sahəsində İqtisadi İnkişaf Nazirliyinin (İİN) bacarıq və səriştəsini gücləndirməkdən ibarətdir.
 
Layihə çərçivəsində iqtisadi siyasətin məqsəd və vəzifələrinin həyata keçirilməsi, xüsusilə də iqtisadi  inkişafa   şərait yaradan  yaxşı tarazlanmış siyasət və səmərəli nizamlayıcı çərçivə ilə dəstəklənən sabit makroiqtisadi mühitin yaradılması işində nazirliyə dəstək göstərmək daxildir. Layihə 2008-ci il avqust  2012-ci il yanvar tarixlərində  həyata  keçirilmişdir. 

Süd məhsulları istehsalçılarına icma əsaslı dəstəyin göstərilməsi

Ümumi büdcə: 332,329 dollar

17,429 benefisiar

BP və onun tərəfdaşlarının dəstəklədiyi layihələr kiçik və orta həcmli fermer təsərrüfatlarının istehsal etdikləri süd məhsullarının keyfiyyətini artırmaq məqsədilə süd məhsullarının istehsalçılarına icma əsaslı dəstək göstərmiş və BTC/CQBK kəmərləri boyunca Azərbaycanda icma əsaslı yanaşma metodundan istifadə etməklə, yerli südü mərkəzi emal müəssisələrinə aparmaq üçün südtoplama məntəqələri inkişaf etdirmişdir. 2010-cu ildə başlanan layihə 2012-ci ilin dekabr ayına kimi davam etmişdir. 

Azərbaycanda miqrasiya proseslərinin effektiv idarə edilməsinə dəstək

Layihənin müddəti: Aprel 2015 – fevral 2018

Layihənin məqsədi potensiallar yaratmaqla və texniki yardım göstərməklə miqrasiya strategiyalarının, siyasətlərinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün beynəlxalq qabaqcıl təcrübələrin tətbiqinə dəstək olmaqdır.

Layihə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və eləcə də Dövlət Sərhəd Xidməti də daxil olmaqla bir sıra digər əlaqədar dövlət orqanlarını əhatə edir. Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilir.

İnformasiya Texnologiyalarının əsaslarına dair kurs – peşə təlimi

Layihənin müddəti: Noyabr 2015 – yanvar 2016

Layihənin ümumi məqsədi potensialların yaradılması fəaliyyətlərinə dəstək olmaqla icma üzvləri üçün gəlir və məşğulluq imkanlarını artıracaq qeyri-kənd təsərrüfatı sahəsində bacarıqlar təmin etməkdir.
Qafqaz Universiteti vasitəsilə həyata keçirilən CİSCO tərəfindən sertifikatlaşdırılan İT əsaslarına dair kurs Azərbaycan dilində keçirilir və İT sahəsindəki ilkin səviyyəli işlər üçün mühüm kompüter və karyera bacarıqlarını əhatə edir. Qaradağ icmasının on beş üzvü üç aylıq kursu bitirdikdən sonra faydalı səriştələr və praktiki təcrübə qazanmış olacaq. Bu kursda noutbuk və portativ cihazlar, simsiz əlaqə, təhlükəsizlik, texniki təhlükəsizlik və ətraf mühit məsələləri kimi mövzular və effektiv ünsiyyət bacarıqları əhatə olunur. Layihənin müvəffəqiyyətli olmasından asılı olaraq, gözlənilir ki, onun əhatə dairəsi 2016-cı ildə genişlənərək layihənin təsir dairəsinə düşən digər icmaları da əhatə edəcək.

İcma üçün vərəm haqqında maarifləndirmə sessiyaları

Layihənin müddəti: Noyabr 2015 – dekabr 2015

AGTR-nin Sağlamlıq heyəti ilə birlikdə İSOS və Dövlət Ağciyər Xəstəliklər İnstitutu tərəfindən Hacıqabul, Kürdəmir və Ucar icmalarında vərəm xəstəliyi haqqında on bir maarifləndirmə sessiyası keçirilib.
Vərəm xəstəliyi, onun qarşısının alınması və müalicəsi haqqında məlumatlılığı artırmaq məqsədilə bildirişlər, habelə plakatlar və məlumat vərəqçələri vasitəsilə maarifləndirmə sessiyalarında təxminən 300 nəfər icma üzvünün iştirakı təmin edilmişdir.

Maarifləndirmə sessiyalarının ümumi məqsədi ƏMSSTQ üzrə müvafiq öhdəliyin və İcmanın 
Ehtiyaclarının Qiymətləndirilməsi prosesində müəyyənləşdirilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək idi və Azərbaycanda layihənin təsir dairəsinə düşən digər icmalarda da maarifləndirmə sessiyaları davam etdiriləcək.

Təhsil təşəbbüsləri

Bizim təhsil sahəsində iştirakımız müxtəlif sahələri əhatə edir və Azərbaycanda neft və qaz sənayesini dəstəkləmək üçün səriştə və bacarıqların inkişaf etdirilməsi məqdədini daşıyır. BP və tərəfdaşları gələcəkdə sənayemizə lazım olan səriştə və potensialın yaradılması məqsədilə kiçikyaşlıların təhsilindən tutmuş qabaqcıl universitet tədqiqatlarına qədər geniş ceşidli təhsil proqramlarının maliyyələşdirilməsinə yardım göstərir

Layihələri İdarəetmə Məktəbi (LİM)

Ümumi büdcə: 2 milyon dollardan artıq

Benefisiarlar:300 LİM məzunu

LİM həm özəl, həm də dövlət sektorunda işləyən yüksək və orta vəzifəli menecerlər üçün qlobal səviyyədə tanınan təlimatçılar tərəfindən aparılan və yeddi moduldan ibarət bir təlim kurikulumudur. 

Bu günə kimi LİM çərçivəsində qlobal səviyyədə tanınmış layihənin idarə olunması sahəsində təlim kurikulumundan istifadə edərək, özəl və dövlət sektorunun nümayəndələrini təmsil  edən təxminən 300 nəfərdəndən çox dörd uğurlu məzun qrupu buraxılmışdır. Corc Vaşinqton Universitetinin dinləyici sertifikatını almış ümumilikdə 312 məzundan 278 nəfəri  Magistr sertifikatına layiq görülüb. 
 
Bütövlükdə LİM üzrə BP və tərəfdaşlarının maliyyə sərmayəsi  $2 milyon ABŞ dollarından artıqdır. 

Daha ətraflı məlumat almaq üçün press relizi oxuyun

Neft və qaz təqaüdü proqramı

Büdcə 2010-cu ildən 700 000 dollar təşkil etmişdir

Benefisiarlar: 240-dan artıq məzun və tələbəyə dəstək göstərilmişdir

BP və tərəfdaşları 2002-ci ildən bəri neft və qaz  təqaüdlərini maliyyələşdirir. Proqram Azərbaycanlı tələbələrə Türkiyədə və Azərbaycanda mühəndislik və geologiya elmləri sahəsində tələbə və məzun təhsilini davam etdirməyə imkan verir.  

Daha ətraflı məlumat üçün təqaüd proqramı səhifəsinə daxil olun

Xəzər Enerji Mərkəzi

2005-ci ildə açılmış Xəzər Enerji Mərkəzində (XEM) computer qrafikası vasitəsilə Xəzərin neft-qaz tarixi barədə məlumat verilir, regionun neft-qaz sənayesinin gələcəyi, habelə BP-nin idarə etdiyi neft-qaz layihələrinin social-iqtisadi mənfəətləri nümayiş olunur. Açıldığı gündən XEM-də 45 000-dən artıq ziyarətçi olub. Məktəb və universitet tələbələri mərkəzi sıx-sıx ziyarət edən qonaqlar idi.  Müəllimlərin təkmilləşdirilməsi institutunda təhsillərini davam etdirən müəllimlər sərgi eksponatları ilə tanış olmaq üçün mərkəzə gəlir və tələbələrinin mərkəzə gəlməsini məktəb kurikulumuna daxil edirdilər.   

BP mərkəzdə  günəş, külək və biokütlə enerjisi layihələrini vurğulayan  yeni alternativ enerji sərgilərini hazırlamaq üçün ABŞ-ın Hyuston Təbiət Elmləri Muzeyi ilə əməkdaşlıq edib. 

PCs4KIDs – Məktəbəqədər və ibtidai təhsilə dəstək

Bu layihənin başlıca məqsədi ibtidai sinif və məktəbəqədər yaşlı uşaqlar üçün dərs zamanı əyləncəli kompüter proqramlarından istifadə etməklə fəal dinləmə və yaradıcı düşüncə qabiliyyətlərini inkişaf etdirmək üçün imkan yaratmaqdır.  Bu layihə Hollandiyada qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatı olan PCs4KIDs tərəfindən həyata keçirilir. PCs4KIDs təşkilatının missiyası ayrı-ayrı şəxslər, şirkətlər və təşkilatlardan işlənmiş kompüterləri toplamaq və son nəticədə uşaq bağçaları, uşaq evləri, sığınacaqlar və məcburu köçkünlərin yaşadığı qəsəbələrdə aztəminatlı ailələrin uşaqları üçün həmin kompüterlərdə filmlər, proqramlar və oyunlar da  daxil olmaqla   xüsusi əməliyyat  sistemləri quraşdırmaqdır.   

Bu günə qədər BP şirkəti tərəfindən istifadədən çıxarılmış 200 stolüstü kompüter toplanmış və PCs4KIDs tərəfindən işlənib hazırlanmış təhsil proqramları ilə  təmin edilmişdir. PCs4KIDs təşkilatının könüllüləri BP şirkətinin boru kəmərinin təsirinə məruz qalan icmalarda yerləşən məktəbəqədər və ibtidai təhsil müəssisələrinə paylanmalı 200 kompüter dəstinin quraşdırılmasını tamamlamışlar. 2015-ci ilin birinci yarısında BP şirkəti Qaradağ, Hacıqabul və Kürdəmir rayonlarının boru kəmərinin təsirinə məruz qalan icmalarında yerləşən səkkiz bağçaya 91 kompüter dəsti paylamışdır. Gözlənilir ki, Qaradağ, Hacıqabul və Kürdəmirdə bu bağçalara gedən 500 uşaq bu layihədən bəhrələnəcək.    

İcmalar üçün peşə təlimi

Ümumi büdcə: 642 000 dollar

2014-cü ilin sentyabr ayında BP öz tərəfdaşları adından yerli işçi qüvvəsinin təlim keçməsinə yardım etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə saziş imzaladı. Bu saziş çərçivəsində biz öz tərəfdaşlarımızla birlikdə Qaradağ rayonunun Səngəçal terminalına qonşu yaşayış məntəqələrindən seçilmiş 79 nəfər gəncə peşə təlimi keçirik. İxtisaslı texnik kimi yetişmələri üçün onlara təlim  SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində verilir. 2015-ci ilin noyabr ayında BP Azərbaycan şirkəti SOCAR ilə birlikdə Qobustan Regional Təlim Mərkəzində peşə təlimini keçən  məzunlar  üçün buraxiliş tədbiri keçirdi. Layihənin ümumi büdcəsi 624 000 dollardan artıqdır. 


Ətraf mühitlə bağlı təşəbbüslər

Xəzər Ekoloji Məlumat Mərkəzi (XEMM)

Ümumi büdcə: 150,000 dollar

Benefisiarlar: Xəzəryanı ölkələr

Xəzər Ekoloji Proqramı çərçivəsində tərtib edilmiş BP və tərəfdaşlarının ekoloji layihəsi onlayn rejimdə işləyən ətraf mühit haqqında məlumatlar bazasını – internet əsaslı Xəzər Ekoloji Məlumat Mərkəzinin yaradılmasını (XEMM) nəzərdə tuturdu.  İnternet səhifəsi hal-hazırda www.kaspinfo.net ünvanında yerləşir və Xəzərin ekoloji vəziyyəti ilə bağlı mərkəzi məlumat bazası və regionda davamlı inkişaf və ekoloji fəaliyyətlə bağlı məlumatların ictimaiyyətə çatdırılması  vasitəsi kimi istifadə edilir.  

Mədəni irs

Mədəni irs proqramı

Ümumi büdcə: 1 milyon dollardan artıq

Benefisiarlar: Qobustan Dövlət Tarixi-Mədəni Qoruğu, Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstanın Milli Muzeyi

BP və onun BTC və CQBK  layihələrindəki  tərəfdaşları Azərbaycan-Gürcüstan-Türkiyə boru kəməri dəhlizi boyunca Mədəni irs proqramının həyata keçirilməsini dəstəkləmişdir.  Proqramın  icraçısı ABŞ-da yerləşən Smitsoniya  Institutudur. Proqram iki hissədən ibarət idi: ictimaiyyətin məlumatlandırılması və potensialın artırılması. 
Proqramın ictimaiyyətin məlumatlandırılması hissəsi aşağıdakı hissələrdən ibarət idi:

  • Mədəni irs proqramı və BTC/CQBK boyunca hər üç ölkədə (Azərbaycan, Gürcüstan və Türkiyədə) tapılmış qədim mədəni irs nümunələri haqqında kitabın nəşri
  • Səngəçal terminalında yerləşən Xəzər Enerji Mərkəzində boru kəmərləri marşrutu boyunca tapılmış fakt və qədim mədəni irs nümunələrinin müvəqqəti nümayişi
  • İctimaiyyətin məlumatlandırılması vasitəsi kimi BTC/CQBK boyunca mədəni irs haqqında internet səhifəsinin yaradılması. http://www.agt.si.edu/
  • BTC/CQBK dəhlizi boyunca aşkar edilmiş tapıntıların təfsirinə dair mövzularda beynəlxalq konfransların təşkil edilməsi
  • Texniki hesabatlar və təhlillərin aparılması vasitəsilə BTC/CQBK üzrə mədəni irs proqramının yekun mərhələsinin tamamlanması
Proqramın səriştə və bacarıqların artırılması hissəsi Qobustan Dövlət Tarixi-Mədəni Qoruğu, Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstanın Milli Muzeyinin işçi heyətləri üçün təşkil edilmiş bir sıra tədbirlər, o cümlədən təcrübə, təlim, seminar və mühazirələrin keçirilməsi vasitəsilə həyata keçirilmişdir. 

İnfrastruktur

Sosial İnfrastrukturun İnkişafı

Layihənin müddəti: Noyabr 2015 - yanvar 2016

2015-ci ildə aparılmış İcmanın Ehtiyaclarının Qiymətləndirilməsi prosesində müəyyənləşdirilmiş ehtiyaclara uyğun olaraq Goranboyda Layihənin təsir dairəsinə düşən seçilmiş icmalarda yerli infrastrukturun yaxşılaşdırılmasına dəstək olmaq məqsədilə üç sosial infrastruktur layihəsi həyata keçirilib. Bu layihələrə Qazanbulaq kəndində su sisteminin bərpası, İrəvanlı kəndində orta məktəbin ətrafındakı infrastrukturun yaxşılaşdırılması və Borsunlu kəndində keçidin inşası daxildir.