Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi.

Azərbaycan üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinə Əlavə

BP şirkəti Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsinin operatoru kimi elan edir ki, Azərbaycanda Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi (CQBKG) üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinə Əlavənin layihə variantı hazırdır və ictimaiyyətin rəy və şərhlərinə açıqdır.

Bu ƏMSSTQ Əlavəsində potensial mənfi və müsbət təsirlər nəzərdən keçirilir və boru kəmərinin diametrinin 56 düymdən 48 düymə azaldılması (bu, nəticə etibarilə Azərbaycanda boru kəmərinin əlavə seksiyasının inşa edilməsinə zərurət yaradır) ilə bağlı ola biləcək təsirlərin azaldılması üçün görülməli tədbirlər və ekoloji və sosial problemlərin idarə olunması əhatə olunur. ƏMSSTQ Əlavəsi CQBKG üzrə ƏMSSTQ-nin son versiyasında verilmiş qiymətləndirməyə və götürülmüş öhdəliklərə əlavədir və buna görə həmin ƏMSSTQ sənədi bu Əlavə ilə birgə oxunmalıdır.

I hissə - Fəsillər.