Abşeron Yarımadasının Dayazsulu Hissəsi. 3Ö Seysmik Tədqiqat
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatoru kimi BP şirkəti elan edir ki, layihə üzrə iş öhdəliyinin bir hissəsi olaraq Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanmışdır və tanış olmaq, həmçinin rəy və təkilfləri bildirmək məqsədilə həmin sənəd ictimaiyyətə təqdim olunur.
Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər təsvir olunur. ƏMSSTQ sənədi və ona əlavə olunmuş qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Bu sənədlərin nüsxələri 15 yanvar tarixindən etibarən ictimaiyyətin tanış olması üçün Bakı şəhərində aşağıdakı ünvanlarda yerləşdiriləcək:
- M.F. Axundov adına Mərkəzi Dövlət Kitabxanası, Xaqani küçəsi, |
- Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası, Hüseyn Cavid prospekti, 31.
- Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küçəsi, 100.
- Respublika Ekoloji Maarifləndirmə və Təhsil Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Nizami parkı 45-47.
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti, 20.
- BP Azərbaycanın Xəzər Mərkəzindəki ofisi, Port Baku, Neftçilər prospekti 153.
Sənədlərin nüsxələri həmçinin göstərilən tarixdən etibarən aşağıdakı Bakı -ətrafı ərazilərdə də yerləşdiriləcək:
- Bibiheybet qəsəbəsi, 50 saylı orta məktəb, Məktəbli küçəsi, 20.
- Hövsan qəsəbəsi, Mədəniyyət evi, Məktəbli küçəsi, 35
- Türkan qəsəbəsi, Mədəniyyət evi, Xanlar küçəsi, 1.
- Zirə qəsəbəsi, Mədəniyyət evi, Cəlal Əliyev küçəsi.
BP sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəy və təkliflər verməyə dəvət edir. Bunun üçün sizdən www.bp.com/xezer veb-saytımıza daxil olmaq və ya esiafeedback@bp.com elektron-poçt ünvanına məktub göndərmək və yaxud sənədlərlə birgə təqdim olunan rəy formasını doldurmaqla öz təkliflərinizi bildirmək xahiş olunur. Doldurulmuş formaların elektron nüsxələrini esiafeedback@bp.com ünvanına, kağız nüsxələrini isə aşağıdakı ünvana göndərə bilərsiniz: AZ 1010, Bakı, Neftçilər prospekti 153, BP-nin Xəzər Mərkəzi ofisi, Əlaqələr və Xarici İşlər şöbəsi Rəy və təkliflərinizi 2016-cı ilin fevral ayının sonuna qədər təqdim etməyiniz xahiş olunur. Əsaslı təkliflər diqqətlə nəzərdən keçiriləcək və mümkün olduğu qədər nəzərə alınacaq. Əlavə məlumat üçün BP Azərbaycan şirkətində Səadət Qafarovaya müraciət edə bilərsiniz. Telefon (+994 12) 599 4329
- Abşeron Yarımadasının Dayazsulu Hissəsi 3Ö Seysmik Tədqiqat (pdf 146.8 KB)
- Təşəkkürnamə (pdf 120.7 KB)
- Mündəricat (pdf 391.5 KB)
- Ölçü vahidləri və ixtisarlar (pdf 280.4 KB)
- Qeyri-Texniki Xülasə (pdf 644.1 KB)
- Giriş (pdf 620 KB)
- Siyasi, normativ-hüquqi və inzibati baza (pdf 653.6 KB)
- Təsirin Qiymətləndirilməsi Metodologiyası (pdf 465.5 KB)
- Layihənin təsviri (pdf 1.7 MB)
- Ətraf MühitinTəsviri (pdf 4.3 MB)
- Sosial-iqtisadi sahənin təsviri (pdf 3.2 MB)
- Məsləhətləşmə və ictimaiyyətə açıqlama (pdf 417.9 KB)
- Ətraf mühitə təsirin qiymətləndirilməsi, azaldılması və idarə olunması (pdf 1.3 MB)
- Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi, Azaldılması və İdarə Olunması (pdf 670.8 KB)
- Kumulyativ, transsərhəd təsirlər və qəza/təsadüfi hadisələr (pdf 2.7 MB)
- Ekoloji və Sosial-İqtisadi İdarəetmə (pdf 756.1 KB)
- Qalıq təsirlər və nəticə (pdf 362.1 KB)
- Əlavə 5D, Arxeologiyanın və mədəni irsin tədqiqinin nəticələri (pdf 1.5 MB)
- Əlavə 5B. Quşlar haqqında hesabat (pdf 1.8 MB)
- Əlavə 5C. Ekoloji tədqiqat (pdf 9.7 MB)
- Əlavə 5D. Arxeologiyanın və mədəni irsin tədqiqinin nəticələri (pdf 2 MB)
- Əlavə 8A. AYDH 3Ö seysmik tədqiqatı – sualtı səsin tədqiq olunması (pdf 2.6 MB)
- Əlavə 10A. AYDH 3Ö seysmik tədqiqatı zamanı dizel dağılması ilə bağlı modelləşdirmənin qiymətləndirilməsi (pdf 3.2 MB)