D230 bloku

BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir

Görüş 5 mart 2019-cu il tarixində saat 10:00-12:00-dək “HOLIDAY INN” mehmanxanasının (ünvan: Bakı, Kövkəb Səfərəliyeva küçəsi 5), “Bakı 2” iclas zalında keçiriləcək.

Həmin sənədin nüsxələri və müvafiq rəy formaları 1 fevral 2019-cu il tarixindən ictimaiyyətin tanış olması və istifadəsi üçün aşağıdakı ünvanlarda da y

  • BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
  • M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
  • Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5; Qoqol küçəsi 2 
  • Libraff kitab mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Bundan əlavə, sənədin tam layihə versiyası və qısa xülasəsi burada yerləşdirilib:

BP həmçinin ictimaiyyətin nümayəndələrini sənədin layihə versiyası ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər həm görüş zamanı, həm də www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya esiafeedback@bp.com elektron ünvanına məktub göndərməklə təqdim oluna bilər.

Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:

e-poçt: esiafeedback@bp.com; telefon: (012) 4046919 və ya (055) 2259013