Əməyin təhlükəsizliyi

Əməyin təhlükəsizliyi bizim üçün ən prioritet məsələdir və biz şirkətin təməl iş prinsiplərinə əməyin təhlükəsizliyi və əməliyyat risklərinin idarə olunması prosesini daxil etmək istiqamətində işimizi davam etdiririk.

BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri

2014

2015

Ölüm halları
0
0
Yüksək potensiallı hadisələrin tezliyi
0.00
0.01
İş gününün itirilməsi hadisələrinin tezliyi
0.09
0.08
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi
0.83
0.48
Qət edilmiş kilometrlər (milyon)
24.24
27.32
İşlənilmiş saatlar (milyon)
32.18
43.64

Sağlamlıq və fərdi təhlükəsizlik

Əməkdaşlarımıza sağlamlıq risklərini azaltmaqla, sağlam iş mühiti yaratmaqla və işçilərimizin öz məhsuldarlıqlarını artırmalarına yardım etməklə,Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda işçilərimizin sağlamlıq və rifahını davamlı surətdə təşviq etməyi qarşımıza məqsəd qoymuşuq. Həmçinin bizim məqsədimiz iş sahələrimizin yaxınlığında yerləşən və ya işlərimizin təsirinə məruz qala biləcək icmaların sağlamlığını qorumaq üçün müvafiq tədbirlər görməkdir.
BP-nin əməliyyatların idarə edilməsi sisteminin tələblərinə əsasən əməliyyatlar həyata keçirilərkən məqsəd əməkdaşlarımızın, podratçılarımızın, ziyarətçilərin və əməliyyat sahələrimizin yaxınlığında yaşaya və ya işləyə biləcək yerli icma üzvlərinin sağlamlığına ziyan vurulmasına yol verməməkdir. Peşə risklərinin, o cümlədən səs-küy, kimyəvi maddələr, erqonomika, yüklərin əl ilə daşınması, qida gigiyenası, yoluxucu xəstəliklər, yorğunluq, iş tapşırığına uyğunluq, stress və sağlamlıqla bağlı digər problemlərin təsirinin azaldılması üzərində işləyirik. 

Sağlamlıq proqramlarımızda iş yerində insanlara təsir göstərən, təhlükəli şəraitin yaxud maddələrin mövcudluğundan tutmuş qrip pandemiyası və ya digər yoluxucu xəstəliklərin yayılması ehtimalı kimi qlobal narahatlıq doğuran məsələlərədək dəyişən müxtəlif amillər nəzərdən keçirilir.

İl ərzində biz regional sağlamlıq tədbirləri üzrə qrafikimizə uyğun olaraq sağlam həyat tərzini təşviq edən kampaniyalar və sağlamlığa həsr olunmuş fəaliyyətlər həyata keçirməyə davam etdik. Bu kampaniyalara siqaretin tərgidilməsinə həsr edilmiş seminarlar, hər il keçirdiyimiz “Ürək Günü” və mövsümi qrip əleyhinə vaksinasiya kampaniyası daxil idi.

Nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi

Biz  AGT regionunda sürücülərin təhlükəsizliyi, təlimi, qiymətləndirilməsi üzrə aydın tələblər müəyyənləşdirən nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunmasının təkmilləşdirilməsi planının icrasını davam etdirdik.

Rəhbərlik və təhlükəsizlik mədəniyyəti

Rəhbərlik təhlükəsiz, məsul və etibarlı əməliyyatlara imkan yaradan mədəniyyət və hərəkətləri inkişaf etdirmək və təmin etmək üçün tədbirlər görür. Əməyin təhlükəsizliyi BP şirkətinin beş əsas dəyərlərindən biridir. Digərləri isə Cəsarət, Hörmət, Kamillik və Vahid Komandadır. Bizim riayət etməli olduğumuz əsas qaydalar Davranış Kodeksində əksini tapmışdır. AGT regionunda biz elə bir mədəniyyət yaradırıq ki, orada hər bir kəs öz təhlükəsizliyi və ətrafındakıların təhlükəsizliyinə görə özünü cavabdeh hiss edir. Biz texniki təhlükəsizlik mədəniyyətini Azərbaycan-Gürcüstan-Türkiyə regionunda davamlı mədəniyyətə çevirmək məqsədi daşıyan işləri davam etdiririk.  

İnsan amili

İnsan amili həm peşə, həm də prosesin təhlükəsizliyi ilə bağlı qəzalara rəvac verən əhəmiyyətli vasitə ola bilər. İnsan amilinin təhlükəsiz, etibarlı və davamlı əməliyyatlara necə təsir göstərməsini başa düşmək üçün BP AGT regionu insanın etibarlılıq dərəcəsini yaxşılaşdıran və hadisələrin sayını azaldan layihələr işləyib hazırlayır və həyata keçirir. Bu layihələr hər bir kəsə müsbət təsir göstərir, texniki təhlükəsizliyi yaxşılaşdırır və AGT Regionu heyətinin təhlükəsiz işləməsinə dəstək vermək üçün əməyin təhlükəsizliyi ilə bağlı müdaxilələrin həyata keçirilməsinə imkan yaradır.  

Əməyin təhlükəsizliyi üzrə təlim və məlumatlılıq

Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə təlim strategiyamıza uyğun olaraq, biz dənizdə qəza zamanı alternativ evakuasiya vasitəsi kimi tam qapalı motorlu xilasetmə kapsulundan (TQMXK) istifadə edilməsi ilə bağlı Azərbaycanda yerləşən neft və qaz platformalarımızdakı heyət üçün yerli təlim hazırlamaq qərarına gəldik. Bu məqsədlə biz iki TQMXK və kapsulları platformadan suya endirməyə və sudan qaldırmağa imkan verən şlyupbalkaları satın aldıq. Biz, həmçinin təlim zamanı TQMXK-ların quraşdırılmasını nəzərdə tutduğumuz təlim sahələrini və təlimi keçəcək təchizatçını müəyyənləşdirdik.

Əməliyyatların təhlükəsizliyi

BP əməliyyatlar üzrə göstərişləri gücləndirmək, riskin idarə olunması proseslərini yaxşılaşdırmaq və BP-nin işçi heyəti və müvafiq xidmət təchizatçıları üçün bacarıqlar üzrə ümumi standartlar hazırlamaq məqsədilə qalan tövsiyələrlə bağlı işləri əsasən planlaşdırılmış qrafikə uyğun olaraq davam etdirir.

2014-cü ilin sonunadək Blay hesabatındakı tövsiyələrdən 25-i yerinə yetirilib.

Audit və yoxlama prosesi

BP qrupunun təlimatlarına əsasən BP AGT biznes bölmələrimizdə ƏİES-in icrasının daxili yoxlanması və ƏTƏR üzrə təminat proqramlarını tətbiq etmək üçün proseslər işləyib hazırlayır. Bu fəaliyyətlər BP AGT əməliyyatlarının bütün sahələrini əhatə etmək və həm regional rəhbərlik, həm də BP qrupunun rəhbərliyinə əməliyyatların müvafiq qanunvericilik, qrup standartları və yerli prosedurlara uyğun aparıldığına dair məlumat vermək və təsəvvür yaratmaq, eləcə də fasiləsiz təkmilləşdirmə prosesi üçün müvafiq olan sahələri müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Tərəfdaşlar və podratçılarla işimiz

Bizim etibarlı və məsuliyyətli operator kimi fəaliyyət göstərə bilməyimiz qismən podratçılarımızın bacarıqlarından və icra göstəricilərindən asılıdır.

Hədəfimiz podratçılardan gözlədiyimiz aydın və ardıcıl icra göstəricilərini müəyyənləşdirməkdir. Bizim apstrim (kəşfiyyat və hasilat) fəaliyyət seqmentimizdə standart müqavilələrimizə, məsələn, sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit üzrə tələblər daxildir.

Bəzi hallarda, iş sahəsindəki risklərin idarə olunması üçün bizim və podratçılarımızın təhlükəsizliyin idarə olunması sistemlərinin necə birgə fəaliyyət göstərəcəyini müəyyənləşdirmək üçün əlaqələndirici sənədlərə ehtiyac olur. Biz strateji təchizatçılarımızla birlikdə avadanlıqlarımız üçün ardıcıl və standartlaşdırılmış qlobal texniki spesifikasiyaların hazırlanması istiqamətində, ilkin olaraq yeni layihələri diqqətdə saxlayan işlər aparırıq.