Texnologiya

Azərbaycanda neft və qaz yataqlarının işlənməsində texnologiyanın oynadığı rol

Təhlükəsiz və səmərəli hasilatı maksimuma çatdırmaq üçün Xəzərdə işləyən zaman karbohidrogen ehtiyatlarının ilk dəfə tapılması və xarakterizə olunmasından tutmuş onların optimal işlənmə planlarının hazırlanmasına qədər üzləşilən problemlərin çoxunun həll olunmasında texnologiya çox əhəmiyyətli rol oynayır. 
 
BP şirkətinin portfelində Azərbaycan texnologiyanın istifadə olunmasının əsas mərkəzində dayanır. Xəzərə BP şirkətinin Birləşmiş Krallıq və ABŞ-dakı Elmi Tədqiqat və İşlənmə mərkəzlərindən, o cümlədən BP şirkətinin digər hissələrində istifadə olunan texnologiyaların ötürülməsi yolu ilə xeyli innovasiya gətirilmişdir.
  
Bununla belə, mühəndislər Xəzər hövzəsinə məxsus çətinliklərin öhdəsindən gəlmək üçün yeni həll yolları işləyib hazırladığına görə Azərbaycanda tətbiq olunan çoxlu innovasiyalar ölkə daxilində işlənib hazırlanmış, Xəzər regionu daxilində yaradılmışdır. Məsələn, biz BP şirkətində Azərbaycanı tamamlama və laya nəzarət işləri sahəsində texnoloji təcrübənin əsas mərkəzi kimi görürük.