Qabaqcıl üsullarla seysmik təsvirin çəkilişi

Karbohidrogen resurslarının yerini müəyyənləşdirmək və onları işləmək üçün fərqli seysmik çəkiliş texnologiyalarının yenilənməsi və istifadə olunması

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Xəzərin potesialıın açılışı - qabaqcıl seysmik üsullar

Seysmik çəkiliş texnologiyaları AÇG və Şahdəniz yataqlarının işlənməsinə imkan yaradılmasına ən çox təsir göstərmişdir. BP şirkətinin Xəzərə gətirdiyi davamlı və artan innovasiyalar olmadan onun nəhəng yataqlarının işlənməsi kor-koranə işə bənzəyərdi.     

Seysmik çəkiliş bizə dənizin altını və karbohidrogen resurslarını ehtiva edən örtülü süxurları görmək imkanı yaradır. Bu, karbohidrogenlərin yerinin müəyyənləşdirilməsi və onların xarakterizə olunmasına kömək edir və neftin, suyun və qazın layın daxilində 4Ö hərəkət etməsi ilə (bu halda 4-cü ölçü zamandır) layın necə dəyişməsinin monitorinqinin aparılmasına kömək göstərir.  

Seysmik texnologiyalar Dəniz Dibi Seysmik və ya  ISS® texnologiyaları kimi tədqiqat texnologiyalarına və Dalğa Formasının Tam İnversiyası və Son Fərqin Modelləşdirilməsi kimi emal texnologiyalarına bölünür. Hamı layın əldə olunan təsvirinin keyfiyyətini mümkün qədər effektli və xərclər baxımından sərfəli şəkildə yaxşılaşdırmağa çalışır.   


Azərbaycanda istifadə olunan seysmik texnologiyalar:
  • Dənizdibi seysmik çəkiliş – ÇALSL: seysmik çəkiliş göstəricilərini qeyd etmək üçün 132 km uzunluqda yarımstasionar dənizdibi kabel; layların daxilində su, qaz və neftin hərəkətini müşahidə etmək üçün istifadə olunur
  • Dalğa formasının tam inversiyası: Bütöv 3Ö göstərici dəstlərinin inversiyası yolu ilə yüksək dəqiqlikli sürət modelinin yaradılması
  • Sürətin müfəssəl modelləşdirilməsi: Kiçik dərinlik təhlükələrinin qiymətləndirilməsi və məhlul keçidlərinin sayı və yerlərinin müəyyənləşdirilməsinə kömək edən interpretasiya vasitəsi