Qum təzahürünə nəzarət və mübarizə

Qumlu laylardan karbohidrogen hasilatının maksimuma çatdırılması

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

BP şirkətinin portfelinin 60%-dən çoxu qumlu məhsuldar laylarda yerləşir. Bunlar daha çox oxşar  karbohidrogen layları olmağa meyl edir, amma qumlu məhsuldar laylarda qumun zaman keçdikcə neft və qaz ilə birlikdə hasil edilməsi riski olur.  Bu isə ümumi hasilata və qurğuların etibarlılığıına təsir göstərir. Həddindən artıq qum hasil olunan zaman quyuların dayandırılması/bağlanması sənaye üçün əksər hallarda yeganə variant olur.   

Biz BP şirkətində qum məsələsini həll etmək üçün onilliklərlə texnologiyalardan istifadə edir və onları inkişaf etdiririk. Biz qumun qarşısını almaq üçün ilk öncə mexaniki texnologiyalardan istifadə etmişik və son vaxtlar isə rəqəmsal və kimyəvi texnologiyalardan istifadə etməyə başlamışıq.  

Qumun idarə edilməsi üçün Azərbaycanda istifadə olunan texnologiyalar:  

Mexaniki: Quyunun uzunmüddətli debit göstəricilərini və etibarlılığını təmin etmək üçün bir sıra innovativ dizaynlar. AÇG-də istismar quyuları üçün standart tamamlama dizaynı Açıq Lülə Çınqıl Kipkəcidir.
Bu texnologiya 2000-ci illərin əvvəlində real bir nailiyyət idi və həmin vaxtdan ötən müddət ərzində bu texnologiyanın əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə baxmayaraq biz bunun bu gün də effektli olduğunu görürük.  
    
Rəqəmsal: süxurların dağılma mexanizmini başa düşmək üçün xüsusi proqram təminatı. Bu, nefti qum hasil etmədən hasil etmək üçün optimal istismar parametrlərini müəyyənləşdirir və quyuların tamamlanması dizaynını optimallaşdırır. Quyunun istismar qaydalarına kömək etmək üçün həm AÇG, həm də Şahdəniz yatağında istifadə olunur.    

Kimyəvi: Qumun məsamə sahəsini kimyəvi üsullarla bloklamadan və ya onların keçiricilik qabiliyyətini zəiflətmədən süxur laylarının bərkidilməsi. Təsdiq olunmuş beş müxtəlif təmizlənmənin müfəssəl laboratoriya sınağı. BP şirkətinin dənizdə ilk boş qumlu layların bərkidilməsi sınağı AÇG-də 2011-ci ildə C08 quyusunda tamamlanmışdır və həmin vaxt genişlənən qum süzgəci sıradan çıxmışdır: ~2 mbne/g civarında hasilat 4 ay ərzində əlavə olunmuşdur.