BP şirkətinin “Well Advisor” texnologiyası

Təhlükəsiz, etibarlı və səmərəli quyu tikintisinə nail olmaq üçün real zaman məlumatlarından istifadə olunması

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

BP şirkətinin “Well Advisor” texnologiyası operatorlara real zaman çərçivəsində qərarların qəbul olunmasını yaxşılaşdırmağa kömək etmək üçün quyulardan əldə olunan göstəriciləri, proqnoz vasitələrini, prosesləri və təcrübəni özündə ehtiva edir. Onun intuitiv idarəetmə konsollarl qazma heyətləri və ofisdə çalışan mühəndislərə əməliyyatları real zamanda müşahidə etmək imkanı yaradır. 
   
BP şirkətinin indiyə qədər üç “Well Advisor” konsolu işlənib hazırlanmış və geniş miqyasda istifadə olunmaq üçün mühəndis-layihə işləri bölümünə təhvil verilmişdir. Qalan yeddi  konsol 2016-cı ilin sonuna qədər təhvil veriləcəkdir.  

Bizim əsas məqsədimiz Quyunun Qazılmasının Səmərəliliyini (Qoruyucu kəmərin endirilməsi, Qazma qurğusu sahəsində məhlulun idarə olunması, Qazma əməliyyatları, Kəsilmə/Sönmə, Mexaniki qazma sürətinin optimallaşdırılması konsolları) və Quyunun istismar müddətinin etibarlılığını (sementləmə, tamamlama variantları) artırmaqdır.

BP şirkətinin “Well Advisor” texnologiyası Hyuston, Aberdin, Luanda və Bakıda real zaman monitorinq mərkəzləri tərəfindən dəstəklənir.   

BP şirkətinin “Well Advisor” texnologiyası Azərbaycanda istifadə olunur və sınaqdan keçirilir:
  • Qoruyucu kəmərin endirilməsi konsolu: əvvəlcə AÇG-də sınaqdan keçirilmişdir və hazırda on qazma qurğusunda tətbiq olunur. AÇG və Şahdəniz yataqlarında Qoruyucu Kəmərin Endirilməsi konsolundan istifadə olunmaqla 170-dən çox endirmə əməliyyatı tamamlanmışdır
  • Tamamlamalar (bərkidici fırlanan moment), Qazma əməliyyatları və Kəsilmə/Sönmə əməliyyatlarının hamısı AÇG-də yataq şəraitində sınaqdan
  • Tədqiq edilməkdə olan digər konsollara real zamanda Məsamə Təzyiqi və Layın Yarılma Qradiyentinin monitorinqinə, qazma heyətlərinə potensial quyuya nəzarət məsələləri barədə məlumat verilməsinə dəstək vermək üçün Qazma qurğusu sahəsində məhlulun idarə olunması mexanizmi və sementin vurulmasının səmərəliliyini və quyu baryerinin keyfiyyətinin aydın göstəricilərini təmin edən sementləmə konsolu daxildir