Neft vermə əmsalının artırılması

Karbohidrogenlərin hasilatının yaxşılaşdırılması üçün az xərcli, effektli texnologiyaların işlənib hazırlanması və istifadə olunması

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Neft vermə əmsalının artırılması texnologiyası

“Biz yəqin ki, qlobal miqyasda məlum karbohidrogen resurslarının hasilatının intensivləşdirilməsi üçün potensialın yeni kəşflər ilə bağlı potensialı (arktika və ya ultra dərinsulu yerlərdəki kimi) ötüb keçdiyi bir nöqtəyə çatmışıq.”

BP Qrupunun Texnologiya bölümünün rəhbəri Devid Eytonun bu fikri qəti şəkildə NVƏ (layın neft vermə əmsalının artırılması) texnologiyasını həyata keçirilmək gözləntiləri ilə diqqət mərkəzinə yerləşdirir. BP şirkəti NVƏ texnologiyası ilə hər hansı digər  beynəlxalq  neft şirkəti (BNŞ) ilə müqayisədə daha çox neft  - dünyanın ümumi neft hasilatının 10%-dən çox neft hasil edir.   

Bir yataqdan nə qədər neftin çıxarıla bilməsi (onun vermə əmsalından) bir-birinə vurulan dörd həddən asılıdır. Artmaq üçün ən çox potensialı olan hədlər aşağıdakılardır:    

Məsamə miqyaslı sıxışdırılma (neftin su və ya qazla sıxışdırılması); və   

Əhatə etmə (vurucu quyudan vurulan məhlul necə effektli yayılır və vurucu və istismar quyuları arasında olan süxurlarda olan nefti nə qədər effektli sıxışdırır.)  
Beləliklə, bunlar BP şirkətinin NVƏ texnologiyasının  inkişafı üçün əsas diqqətin cəmləşdiyi sahələrdir.   

Bizim NVƏ texnologiyalarımız iki növə bölünür - Designer Water® NVƏ və Designer Gas®

Designer Water® NVƏ texnologiyaları AÇG-də öz potensialına görə öyrənilir:   
  • Bright Water™: Layda dərin nöqtələrə qədər yayılaraq termal qaydada aktivləşən kimyəvi maddə yüksək keçirici zonalarda axını azaldır və laya vurulan suyu layın zəif keçirici sahələrinə yönəldir. Bright Water™ pilot proqramı AÇG-də 11 vurucu quyu ilə başlanmışdır. Onun təsirinin qiymətləndirilməsi davam edir
  • LoSal® NVƏ: Laya qatqısız adi su vurma ilə müqayisədə hasilatı əhəmiyyətli dərəcədə artıra bilən yeni az duzlu su vurma texnologiyası. AÇG üçün tədqiq olunmaqdadır