Qurğular və bütövlük

Əməliyyat riskinin azaldılması və dəyərin maksimuma çatdırılması üçün yeni texnologiyanın işlənib hazırlanması və qiymətləndirilməsi

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Biz dünyanın ən mürəkkəb şəraiti olan hissələrinin bir neçəsində işləyirik və biz platformalarımız, qurğular və boru kəmərlərimizin gündə 24 saat ərzində üzləşdiyi çətinliklərə dözə biləcəyinə əmin olmalıyıq. 
 
Bizim qurğular və bütövlük üzrə qrupumuz əsas diqqətini riskləri xarakterizə edən, azaldan və idarə edən kəşfiyyat və hasilat biznesimiz üçün texnoloji proseslərin tətbiq olunması üzərində cəmləşdirir. Bunlar dəniz rayzerlərində külək və dalğaların təsiri altında özünü büruza verən çatları proqnozlaşdırmaq, vaxtında texniki xidmət proqramlarının işlənib hazırlanmasından ötrü fırlanan avadanlıqlarımızın vəziyyətinin monitorinqini aparmaq və qeyri-intruziv müayinə üçün modelləşdirilə bilər ki, biz boru kəmərinin bütövlüyünü (hermetikliyini) və ya korroziyanın qarşısını almaq və ya hidratları remediasiya etmək üçün yeni kimyəvi maddələri yoxlaya bilək.  
Azərbaycanda istifadə olunan qurğular və bütövlük texnologiyaları:
  • Yüksək dərəcədə etibarlı kimyəvi maddə vurma sistemləri – İstismar göstəricilərini izləmək üçün Kimyəvi maddələrin idarə olunması bölümü (BP şirkətinin CIC proqram təminatı dəstinin bir hissəsi) tərəfindən dəstəklənən kimyəvi maddələrin effektli, etibarlı tətbiqi. AÇG yatağında istifadə olunur.
  • Istismardan çıxarılmış avadanlıq (EOOS) – Monitorinq vasitəsi, qoruyucu mexanizmlərin/ Təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən elementlərin xüsusən də texniki xidmət ərzində bütövlüyünə əsaslanan riski müəyyənləşdirir. Biz EOOS-u Mərkəzi Azəridə sınaqdan keçirmiş və orada hermetikliyin itməsi ilə bağlı riski Təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən 400-dən çox element ilə bağlı olaraq analiz etmişik.
  • Avtonom rejimdə işləyən sualtı aparatla yoxlama – Səngəçal boru kəmərinin sahilə yanaşan hissələrinin yoxlanması və Şahdəniz Alfa platforması və ixrac boru kəmərlərinin vaxtaşırı yoxlanması.
  • Birbaşa Elektroisinmə - Şahdəniz üçün hidratların inkişafını azaltmaqdan ötrü bir vasitə kimi planlaşdırılıb.