• Xəzər
  • Texnologiya
  • Azərbaycanın problemlərinin həll olunması üçün təklif edilən texnologiyalar

Xəzərin Azərbaycan sektorundakı geoloji problemlərinin həll olunması üçün təklif edilən texnologiyalar

Əsrin Müqaviləsi imzalandıqdan sonra nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) yatağında layları və Azərbaycanda birinci işlənməni necə yerinə yetirməyi başa düşməyə başlamağımız üçün gəmi ilə dartılan hörüklə ilk 2Ö və 3Ö seysmik tədqiqatlardan başlayaraq bizim texnologiyalar və təcrübəmiz tətbiq olunmuşdur.  

Xəzər hövzəsinə məxsus çətinliklərin öhdəsindən gəlmək üçün texnologiyaların son imkanlarından istifadə etməyə cəhd göstərilmişdir. 

Azərbaycanın texniki çətinlikləri

BP şirkətinin təklif olunan texnologiyaları

Tektonik aktiv hövzədə geoloji baxımdan gənc çöküntü zonaları daxilində yumşaq, böyük fərqli təzyiqlər altında zəif sementlənmiş çöküntülər yaranmasına səbəb olmuşdur.  
  • Təkmilləşdirilmiş quyu tamamlama sxemi
  • Quyuda qum, su və qazın idarə olunması (Mexaniki və Kimyəvi)
  • Konsentrik elastik borularla qum tıxacının yuyulması
  • Paylanan səs dalğalarının akustik sensoru
Xəzər dənizinin qapalı olması qazma avadanlıqlarının iş üçün mövcudluğu və yararlılığına təsir göstərir. Bu, hər il laya müdaxilələrin sayını məhdudlaşdırır, qısası qazılan hər bir quyu neft verməli və maksimum məhsuldarlığı təmin etməlidir.    
  • BP şirkətinin “Well Advisor” texnologiyası – Qoruyucu kəmərin quyuya endirilməsi konsolu, Sementləmə konsolu
  • Avtoştuserin quyuların işə salınmasında tətbiqi
  • Hasilat rəqslərinə nəzarət qurğusu
  • Paylanan temperatur sensoru
  • Bright WaterTM - layın neft vermə əmsalının artırılması üsulu
AÇG yatağı nəhəng, uzunluğuna görə Böyük Londona bərabər bir yataqdır, amma bu yataq yalnız altı platformadan işlənməkdədir.
  • Uzaq məsafələrə qazılan quyuların qazılması
  • Quyuların quma nəzarət olunmaqla yuxarı horizontlara qaytarılmasıı
Dəniz dibinin palçıq vulkanları, sərt maili sahələr kimi mürəkkəb topoqrafiyası
  • Dənizdibi seysmik tədqiqat
  • Dalğa formasının tam inversiyası
  • Son fərqlərin modelləşdirilməsi
Şahdəniz qazma əməliyyatları məsamə təzyiqi və layın hidravlik yarılma qradiyenti arasında kiçik fərq və laylarda yüksək təzyiq və hasilat altında aparılır. Şəfəq-Asiman yatağında əməliyyatlar Şahdəniz 2 –nin təcrübəsi asasında aparılacaq.  
  • Qazılan quyu ətrafı süxurların bərkidilməsi
  • BP şirkətinin “Well Advisor” texnologiyası
  • Son elementlər modeli
  • İdarə olunan təzyiq altında qazma
  • Quyuağzı avadanlığın yorğunluğunun idarə olunması