Texnoloji plan

BP şirkətinin Azərbaycanda aydın və əsaslandırılmış xüsusi texnoloji planı vardır və orada istismar etdiyimiz yataqlarda ən son texnologiyalarımızın sınaqdan keçirilməsi və istifadə olunması açıqlanır. Laylar, quyular və əməliyyatlar ilə bağlı 50-dən çox yeni texnologiya bu planı təşkil edir.   

Bu texnologiyalar BP şirkətinin Sahənin İşlənməsinin Planlaşdırılması Prosesinə (SİP) uyğunlaşdırılmaq üçün prioritetləşdirilir. Hər bir əhəmiyyətli yataq və ya yataqlar qrupu üçün Sahənin İşlənmə Planı (SİP) vardır və həmin planda dəyərin maksimuma çatdırılması üçün yatağın necə işlənməsi müəyyənləşdirilir. Hər bir SİP Texnologiya Planı ilə dəstəklənir. Bunlar BP şirkətinin Kəşfiyyat və Hasilat üzrə İcraçı Qrupu tərəfindən hər iki ildən bir, və bəziləri isə illik əsasda təsdiq olunur.   

Planda əksini tapmış hər bir texnologiyanın yataq miqyasında istifadəyə keçməmişdən öncə təsirini öyrənmək, onu az riskli mühitdə sınaqdan keçirmək üçün öz qrafiki vardır. Bu qrafiklər ilə bağlı işlər BP şirkətinin regiondakı texnologiya meneceri tərəfindən idarə olunan işlərdir.