1. Home
  2. Hüquqi bildiriş

Hüquqi bildiriş

Hüquqi müddəalar

Digər şəkildə müəyyən edilmiş hallar istisna olmaqla, hazırkı saytda BP şirkətinə edilən istinadlar "BP Caspian Sea Exploration ltd." şirkətini, həmçinin onun törəmə və ortaq şirkətlərini bildirir. 

 

Sizə münasibətdə əsuliyyətimiz 

 

Bu veb-saytda təqdim edilmiş informasiya müfəssəl xarakter daşımır. Göstərdiyimiz səylərə baxmayaraq həmin informasiya dəqiq, yenilənmiş olmaya bilər və ya hər hansı konkret bir hala şamil edilməyə bilər. Biz bu veb-saytdakı hər hansı qeyri-dəqiqliklərə və ya xətalara görə (faktların qəsdən təhrif edilməsi halları istisna olmaqla) üzərimizə heç bir məsulyyət götürmürük və bu veb-saytda yerləşdirilmiş informasiya əsasında qəbul etdiyiniz qərarlar ilə bağlı müstəsna cavabdehlik öz üzərinizə düşür.

 

Nə BP, nə də onun törəmə şirkətlərindən heç biri bu veb-saytdan və ya orada yerləşdirilmiş istənilən informasiyanın əldə edilməsi və ya istifadə edilməsindən meydana çıxan hər hansı birbaşa, dolayı, xüsusi, nəticə etibarilə irəli gələn və ya digər ziyan və ya zərərlərə görə öz üzərinə məsuliyyət götürmür. Əlbəttə biz, qaldırılan istənilən məsələdən meydana çıxan nəticələri sizinlə müzakirə etməyə hazırıq. Bunun üçün bizimlə caspianinfo@bp.com ünvanı vasitəsilə əlaqə saxlamağınız lazımdır.

 

Bu veb-saytda öz əksini tapmış Şəxsi məlumatların qorunmasına dair bəyanata uyğun qaydada nəzərə alınacaq şəxsi informasiya ilə bağlı hallar istisna olmaqla, bizə informasiya təqdim edərkən siz razılığınızı bildirirsiniz ki, biz həmin informasiya üzərində qeyri məhdud hüquqlara malik oluruq və həmin informasiyanı tərəfimizdən müəyyən edilən istənilən tərzdə istifadə edə bilərik. Bu cür informasiya qeyri-məxfi hesab edilir.

 

Bu sayt ilə bağlı müəlliflik hüququ

 

Digər şəkildə qeyd edilmiş hallar istisna olmaqla, bu veb-saytın məzmununa və ya bu veb-saytdan istənilən yükləmələrə münasibətdə müəlliflik hüququ BP şirkətinə məxsusdur. Bütün hüquqlar qorunur BP Xəzər Mərkəzi, Neftçilər prospekti, 153 Bakı, Azərbaycan AZ1010

 

Siz, müəlliflik hüququna dair qüvvədə olan bütün qanunlara riayət edilməsi ilə bağlı cavabdehlik daşıyırsınız. Biz sizə bu veb-saytı oxuduğunuz müddət ərzində vaxtaşırı zəruri olduğu hallarda onun sürətini çıxarmağa icazə veririk; həmçinin, saytı özəl istifadə üçün məqsədəuyğun hesab edilə bilən qədər çap edə bilərsiniz. Bütün digər məqsədlər üçün istifadə qəti qadağandır. Bizim rəsmi icazə olmadan siz bu saytı çərçivəyə ala və ya ana səhifədən başqa heç bir səhifəyə link şəklində əlaqələndirə bilməzsiniz.

 

Hiperlinklərdən istifadə

 

Nə biz, nə də törəmə şirkətlərimizdəmn heç biri istənilən digər veb-saytın, o cümlədən bizim veb-sayta keçmək üçün vasitə kimi istifadə etmiş ola bildiyiniz və ya bizim veb-səhifəmizdən keçə bildiyiniz istənilən veb-saytın məzmununa görə cavabdehlik daşımırıq. Biz bu qəbildən olan saytlar və ya linklər ilə əlaqədar üzərimizə heç bir məsuliyyət götürmürük.

 

Üçüncü tərəf veb-saytlarına hiperlinklər təmin etdiyimiz hallarda bunu ona görə edirik ki, biz həmin veb-saytlarda öz veb-saytımızda yerləşdirilmiş materiala müvafiq olan materialın yerləşdiriliyinə və ya yerləşdirilmiş ola biləcəyinə inanırıq. Bu cür hiperlinklər əlaqələndirilmiş üçüncü tərəf veb-səhifələrinin və ya onların məzmununun BP və ya onun törəmə şirkətləri tərəfindən nəzərdən keçirilmiş olduğunu və ya təsdiq edildiyini bildirmir - əslində bəzi hallarda hiperlink sizi bizim veb-saytda ifadə olunan və ya digər şəkildə BP və onun törəmə şirkətlərinin tərəfdar olduğu fikirlər ilə ziddiyyət təşkil edən fikirlərin əks olunduğu üçüncü tərəf veb-saytı ilə əlaqələndirə bilər.

 

Bu veb-sayt hansı qanunvericiliklə tənzimlənir?

 

Bu veb-saytın tərəfinizdən istifadə olunması və bu veb-saytdan məlumatların yüklənməsi, həmçinin sözügedən şərt və müddəaların tətbiq edilməsi Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir. Dövlət bu veb-səhifənin tərəfinizdən istifadə edilməsindən irəli gələn bütün mübahisələrə münasibətdə qeyri-müstəsna yurisdiksiyaya malikdir.

 

Əgər hər hansı səlahiyyətli orqan bu şərt və müddəaların hər hansı birinin və ya hər hansı hissəsinin etibarsız, qeyri-qanuni və ya hər hansı şəkildə icrası təmin edilə bilməyən olduğunu müəyyən edərsə, həmin müddəa qalan müddəalardan ayrılır, qalan müddəalar isə qanunla icazə verilən tam şəkildə etibarlı və icrası təmin edilə bilən olaraq qalır.