Skip to main content
  1. Əsas səhifə
  2. Cəmiyyət

Cəmiyyət

 

İctimaiyyətlə əlaqələrimiz

Azərbaycanda fəaliyyət göstərdiyi illər boyu  bp və tərəfdaşları Azərbaycanda böyük sosial sərmayə layihələrinin həyata keçirilməsində əzmkarlıq nümayiş etdirmişlər. Qeyd olunanlara təhsil proqramları, yerli icmalarda bacarıq və imkanların inkişaf etdirilməsi, icmalarda sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə və təlim imkanları təmin etməklə yerli müəssisələrə dəstək, mədəni irs və idmana dəstək aiddir.

Sosial sərmayələr 

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

 

2025-ci ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 0,7 milyon dollardan artıq vəsait xərcləmişlər. İlin ilk altı ayı ərzində bu layihələrə hazırda davam edən 17 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxildir.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanın 13 rayonundan olan aztəminatlı ailələrə məşğulluq imkanlarını yaxşılaşdırmağa və gəlirləri artırmağa yönəlmiş təşəbbüsün növbəti mərhələsini dəstəkləyir. Layihədə əsas diqqət bacarıqların artırılmasına, biznes təliminə və özünüməşğulluq dəstəyinə yönəlib. 2025-ci ilin birinci yarısında ümumilikdə 429 benefisiar biznes təlim proqramlarını bitirib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Sumqayıt və Naxçıvan dövlət universitetlərindən seçilmiş 80 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetindən 40 və Naxçıvan Dövlət Universitetindən 39 fənn müəllimi 160 saatlıq ingilis dili təlim proqramını uğurla tamamlayıblar.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetindən seçilmiş 70 müəllimin ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsinə start verib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 6-17 yaş aralığında olan 60-a qədər gəncin ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində ümumilikdə 59 nəfər benefisiar 96 saatlıq ingilis dili təlim proqramını uğurla tamamlayıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədli təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində Azərbaycan işarə dilini öyrətmək və öyrənmək üçün mobil tətbiqin hazırlanması nəzərdə tutulur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən olan yerli ixtisaslı işçilərin məşğulluq imkanlarını artırmaq məqsədli təşəbbüsə dəstək verir. Layihə peşəkar təhsil almaq şansı olmayan peşə işçilərinə davamlı iş karyeralarının qurulması üçün tələb olunan sertifikat imtahanlarından keçmək və rəsmi diplom əldə etmək imkanı verəcək. İndiyədək 133 nəfər benefisiar proqramı uğirıda iştirak edib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində “Avtomatlaşdırma, telekommunikasiya və kompüter elmləri” kafedrasının təhsil potensialının gücləndirilməsini hədəfləyən təşəbbüsü uğurla başa çatdırıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 13–16 yaşlı yeniyetmələrin psixi sağlamlığı və rifahını dəstəkləməyə yönəlmiş yeni layihəyə dəstək verir. Layihənin əsas məqsədi gənclərin şəxsi inkişafına və emosional dayanıqlığına töhfə vermək üçün onlarda zəruri yumşaq bacarıqların formalaşmasına dəstək olmaqdır.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) inklüziv tədris bacarıqlarının artırılmasına yönəlmiş yeni layihəyə dəstək verir. Layihə çərçivəsində Bədən Tərbiyəsi və İdman Akademiyasının təxminən 165 tələbəsi DanceAbility proqramı üzrə təlimlər keçəcək.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 2021-ci ilin sentyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Texnest” təqaüdlü təhsil proqramı çərçivəsində yerli İT mütəxəssislərinin inkişafına töhfə verən layihəni dəstəkləyir. Layihənin birinci mərhələsi uğurla başa çatıb. Hazırkı mərhələ yerli əmək bazarında İT mütəxəssislərə olan tələbatı qarşılamaq üçün aztəminatlı ailələrdən olan 289 yeni qoşulmuş iştirakçını müxtəlif İT sahələrində lazımi bacarıqlarla təmin etməyi nəzərdə tutur. İndiyədək 126 nəfər benefisiar müvafiq təlimləri proqramlarını bitirib. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 30 illik işğaldan sonra doğma yurdlarına qayıdan Qarabağdan məcburi köçkün düşmüş şəxslərin peşə bacarıqları ilə təmin olunması və gəlir əldə etmək imkanlarının artırılması məqsədi daşıyan layihəni uğurla tamamlayıb. Təşəbbüs əsasən Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri əhatə edib. Layihə çərçivəsində seçilmiş 25 qadın iştirakçı dərzilik və vizajistlik üzrə peşə təlimləri keçib və bu sahələr üzrə sertifikat əldə ediblər. Peşə təlimləri ilə yanaşı, iştirakçılar biznesin idarə olunması və inkişafı üzrə biliklər də qazanıblar.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın kənd yerlərində o cümlədən Gəncə, Tovuz, Şəmkir, Samux, Göygöl və Goranboyda yaşayan müharibədən zərərçəkmiş insanlara dəstək məqsədli təşəbbüsü dəstəkləyir. Layihənin məqsədi 200 nəfərə qədər iştirakçıya özünüməşğulluq, psixoloji və hüquqi yardım göstərməkdir. Bu günə qədər layihə çərçivəsində 200 benefisiar fərdi hüquqi yardım alıb, 15 iştirakçıya isə öz biznes fəaliyyətini qurmaq üçün dəstək göstərilib. Layihə çərçivəsində, həmçinin 30 iştirakçı üçün sosial, fiziki və interaktiv fəaliyyətləri əhatə edən şəbəkələşmə düşərgəsi təşkil olunub.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanda  dövlət və özəl sektor qurumlarının öz strategiya və fəaliyyətlərinə Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərini inteqrasiya etmələrinə dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihənin iş həcminə mövcud təcrübələrin araşdırılmasını və uğurlu beynəlxalq modellərin öyrənilməsini əhatə edən ESG və dairəvi yanaşmalar üzrə ətraflı tədqiqatın aparılması; təşkilatlara ESG prinsiplərini öz fəaliyyətlərində tətbiq etməyə kömək edən tövsiyə sənədinin hazırlanması; yaşıl siyasət, bərpa olunan enerji, ekosistemin qorunması, ətraf mühit qanunvericiliyi və ictimai maarifləndirmə üzrə məlumatları özündə birləşdirən portalın istifadəyə verilməsi; media, sahibkarlar və dövlət qurumlarının iştirakı ilə layihənin nəticələrini və ESG inteqrasiyası təcrübələrini müzakirə etmək üçün seminar təşkil olunması daxil olub.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycan universitetlərinin, tələbələrin, sahibkarların və tədqiqatçıların, həmçinin startap icmasının qlobal və regional biznes ekosisteminə inteqrasiyasına kömək məqsədli layihəni dəstəkləyir.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) inklüziv cüdo təşəbbüsünün həyata keçirilməsinə kömək məqsədli layihəni uğurla başa çatdırıb. 15 nəfərin iştirak etdiyi bu layihənin məqsədi əlilliyi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına kömək etmək olub.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Gəncədə yerləşən 3 universitet və 2 kollecdən seçilmiş 45 tələbəyə dəstək məqsədli təşəbbüsə dəstək verir. Layihə çərçivəsində onlara tələbələrə proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq üzrə təlimlər keçiriləcək. İndiyədək 15 nəfər veb proqramlaşdırma, 15 nəfər qrafik dizayn və 15 nəfər rəqəmsal marketinq üzrə təlimlərə qoşulub.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) öyrənmə çətinlikləri olan uşaqları dəstəkləməyə yönəlmiş yeni bir təşəbbüsə başlayıb. Layihənin məqsədi bu sahədə çalışan mütəxəssislərin, tələbələrin və valideynlərin bacarıqlarını artırmaqdır. Onlar xüsusi təlimlər vasitəsilə uşaqların ünsiyyət, sosiallaşma və motor bacarıqlarının inkişafına kömək etmək üçün nəzərdə tutulmuş bir sıra bacarıqlara yiyələnəcəklər. Təşəbbüs çərçivəsində təlimlərin keçirilməsini dəstəkləmək üçün fəaliyyətlər təlimatı və inkişafın qiymətləndirmə forması hazırlanmışdır, və bu da yeni təlim materiallarının istifadəsinə imkan vermişdir.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) əqli əlilliyi olan şəxslərin inklüziv peşə təhsili vasitəsilə cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş yeni təşəbbüsə dəstək verir. Layihə peşə təhsili müəssisələri üçün xüsusi kurikkulumun hazırlanmasını və müəllimlərin bu proqram üzrə təlim almasını nəzərdə tutur. Bu təşəbbüs əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının genişləndirilməsinə və sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2025-ci ilin birinci yarısında təqribən 0,4 milyon dollar vəsait xərcləmişdir. Ümumilikdə 32 layihə olmaqla, təhsilə (19 layihə), bacarıqların yaradılmasına və sahibkarlığın inkişafına (1 layihə) və ətraf mühitin qorunmasına (5 layihə) dəstək məqsədi daşıyan təşəbbüslər olub. Həmçinin, bu müddət ərzində bp ümumilikdə 7 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.

 

Bu layihələrdən bəziləri aşağıdakılardır:

  • startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmasına və çapına dəstək. Layihənin 15-dən çox yerli universitetdə 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın dahi şairi Məhəmməd Füzuliyə həsr olunmuş kitab-albomun hazırlanmasını və nəşrini nəzərdə tutan təşəbbüsə dəstək verir.
  • iqtisadiyyat və makroiqtisadiyyat ixtisası üzrə təhsil alan yerli universitet tələbələri, eləcə də iqtisadiyyat, iqtisadi nəzəriyyələr, maliyyə və politologiya fənnləri üzrə müəllimlər üçün Paul De Qrauvenin “Bazarın sərhədləri” dərsliyinin tərcümə olunmasına və nəşrinə dəstək.
  • XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanın neft və qaz sənayesinin inkişafını əks etdirən kitabın hazırlanmasına və nəşrinə dəstək.
  • Azərbaycan Texniki Universitetində rəqəmsal kitabxananın yaradılmasına dəstək.
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin üç kafedrasının: mühəndis sistemlərinin və qurğularının, texnoloji maşın və qurğuların tikintisi, meliorasiya və su təsərrüfatının laboratoriya infrastrukturunun genişləndirilməsinə dəstək.
  • Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi ixtisası üzrə magistratura proqramının yaradılmasına dəstək. Layihə çərçivəsində kimya mühəndisliyi laboratoriyasının təkmilləşdirilməsi, yeni kurikulumun hazırlanması, universitet müəllimlərinin biliyi, eləcə də tədris bacarıqlarının artırılması nəzərdə tutulur.
  • Azərbaycan Dövlət Aqrar Universitetində nəşr mərkəzinin yaradılması və istixana təsərrüfatının bərpasına dəstək.
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji üzrə ikili magistratura proqramının yaradılmasına dəstək.
  • İstedadlı Azərbaycan gənclərinin aparıcı beynəlxalq universitetlərə qəbulu üçün hazırlıq təlimlərinə maliyyə dəstəyi. Layihənin ilk iki mərhələsində 36 gənc dünya üzrə tanınmış universitetlərə qəbul olmuşdur. Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar.
  • Azərbaycanın kənd bölgələrində yaşayan müəllimləri psixi sağlamlıq problemlərinin ilkin əlamətləri olan şagirdləri müəyyən etmək, onlara yardım etmək və ilkin dəstək göstərmək üçün bacarıqlarını artırmağa yönəlmiş yeni təşəbbüsə dəstək. Layihədən 80-dək müəllim faydalanacaq. İndiyədək 33 müəllim zəruri təlimləri uğurla başa vurub, və davamlı əməkdaşlıq və həmkarlar arasında təcrübə mübadiləsini təmin etmək üçün müəllim dəstək şəbəkəsi yaradılıb.
  • Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin bərpasına dəstək. Bu layihə icma üzvlərinin məişət istehlakını və torpaqların suvarılması ehtiyaclarını ödəməyə yardım edəcək.
  • Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasına dəstək. Yeni sistem sel sularını toplamaq və təmizləmək üçün layihələndiriləcək və həmin suyu torpaqların suvarılması üçün yararlı hala gətirəcək. 
  • Qusar rayonunun Avaran kəndində yeni su təchizatı sisteminin yaradılmasına dəstək. Yeni sistem sel sularının toplanması və təmizlənməsi üçün layihələndiriləcək. Həmin suyun torpaqların suvarılmasında və məişətdə istifadəsi üçün yararlı hala gətirilməsi nəzərdə tutulur.
  • Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında 25-ə qədər içməli su, suvarma və kanalizasiya sistemlərinin yaradılmasına dəstək. Layihə çərçivəsində indiyədək Kürdəmirdə iki, Samuxda beş, Yevlaxda üç və Goranboyda iki olmaqla - ümumilikdə 10 su sistemi yaradılıb.
  • yerli ağac növlərinin əkilməsi və onlara qulluq göstərilməsi ilə Azərbaycanın Zəngilan rayonunda biomüxtəlifliyin bərpasına dəstək.
  • müasir Azərbaycan ədəbiyyatını təmsil edən gənc yazıçıların əsərlərinin nəşrinə dəstək.
  • müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun hazırlanması və nəşri, eləcə də vebsaytın yaradılması vasitəsilə Azərbaycanın zəngin mədəni irsinin təbliğinə yönəlmiş təşəbbüsə dəstək.
  • UNEC-in Kompozit Materiallar Elmi Mərkəzinin elmi-tədqiqat potensialının gücləndirilməsinə dəstək. Layihə enerji transformatorları və avtomobil elektronikası sahələrində sənaye tətbiqi üçün kompozit materialların dizaynı, sintezi və inkişafını əhatə edir.
  • Açıq elm, süni intellekt və təmiz enerjiyə keçid mövzularında Azərbaycan dilində yeni dərsliklərin hazırlanmasına dəstək.
  • “Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) haqqında 100 ən maraqlı fakt” adlı kitabın hazırlanmasına dəstək.
  • Neft Mühəndisləri Cəmiyyətinin (SPE) "Təkmilləşdirilmiş Neftçıxarma" (EOR) mövzusunda seminarına sponsorluq. Tədbir EOR sahəsində həm innovativ, həm də mövcud strategiyaların müzakirəsi üçün mütəxəssisləri bir araya gətirib. Tədbirdə bu sahədə yenilikçi və ənənəvi strategiyalar, nanotexnologiya, süni intellekt və hibrid neftçıxarma kimi qabaqcıl texnologiyalar, eləcə də qazvurma, kimyəvi və termal metodların dayanıqlı enerji ilə inteqrasiyası sahəsində əldə edilən nailiyyətlər müzakirə olunub.
  • “IADC Drilling Caspian 2025” sərgi və konfransına sponsorluq. Hər il keçirilən bu tədbirin məqsədi qazma sahəsində mövcud problemləri müzakirə etmək və ən qabaqcıl təcrübələri bölüşmək üçün sənaye liderlərini və qazma mütəxəssislərini bir araya gətirməkdir.
  • “EY İlin İş Adamı” biznes müsabiqəsinə sponsorluq. Tədbirin əsas məqsədi sahibkarlıq fəaliyyətini təşviq etmək və uğurlu iş adamlarının nailiyyətlərini tanımaqdır. 
  • 2017-ci ildən etibarən “AmCham” və bp-nin birgə təşəbbüsü ilə keçirilən "Azərbaycanda Etika və Komplayens" mövzusunda beşinci “AmCham” konfransına dəstək.
  • Gənclər arasında mövcud biznes potensialı haqqında məlumatlılığı artırmaqla ölkənin gələcək biznes liderlərinin yetişdirilməsinə yönəlmiş “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”-ə sponsorluq.
  • Milli Olimpiya və Paralimpiya Komitələri ilə 13 illik tərəfdaşlığın 2028-ci ilin sonuna qədər uzadılması. Bu tərəfdaşlıq çərçivəsində bp ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək.
  • “Autizm: Tədqiqatdan Təcrübəyə” Beynəlxalq Autizm konfransına sponsorluq. Tədbir yerli və xarici mütəxəssisləri bir araya gətirərək autizmli gənclərin təhsilə çıxışını, əmək bazarına qoşulmasını və cəmiyyətə inteqrasiyasını dəstəkləmək üçün ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparmaq imkanı yaradıb.
  • “Azərbaycan Dövlət Pedaqoji Universiteti” tərəfindən təşkil olunan “Pedaqoji Universitetin Gələcək təhsil liderləri” müsabiqəsinə sponsorluq. Bu təşəbbüsün məqsədi liderlik potensialı olan istedadlı tələbələri müəyyənləşdirmək və onların peşəkar inkişafına dəstək göstərmək idi.
  • Bakı Enerji Həftəsi kimi tanınan 30-cu Xəzər Neft və Qaz Sərgisinə və Bakı Enerji Forumuna sponsorluq.
  • Azərbaycan İqtisad Universitetinin təşkilatçılığı ilə Bakıda keçirilmiş İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların 7-ci Beynəlxalq Elmi Konfransına sponsorluq. Konfransın əsas mövzusu “Dairəvi İqtisadiyyat və Dayanıqlı Ekosistem” idi.
  • ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təşkil edilən 19-cu Bakı Yay Enerji Məktəbinə sponsorluq.

Əlavə məlumat üçün bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 5895

bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanın 13 rayonundan olan aztəminatlı ailələrə yeni bacarıq və səriştələr əldə etməyə, məşğulluq imkanlarını yaxşılaşdırmağa və gəlirləri artırmağa yönəlmiş layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində 395 benefisiar Beynəlxalq Əmək Təşkilatının “Biznesinə Başla və Təkmilləşdir” modullarına əsaslanan təlim proqramını başa vurub.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Yevlax və Ağdaş rayonlarının icmaları da daxil olmaqla kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Bu təşəbbüs üç mərhələli inkişaf proqramına əsaslanmışdı. Birinci mərhələ aztəminatlı ailələrdən olan biznes bacarıqlı gəncləri seçmək və onları gələcək biznes fəaliyyətlərinə hazırlamaq məqsədi daşıyıb. Lazımi təlimləri bitirdikdən sonra iştirakçılar proqramın 2-ci mərhələsində öz kiçik bizneslərinə başlamaq üçün lazım olan avadanlıq və alətlərlə təmin olunublar. 3-cü mərhələdə isə iştirakçılara layihənin təqdim etdiyi bilik, bacarıq və avadanlıqlardan səmərəli istifadə etməyə kömək etmək məqsədilə mentorluq dəstəyi verilib. Layihə çərçivəsində ümumilikdə 65 benefisiar biznes təlimi alıb və öz bizneslərini başlamaq üçün lazım olan avadanlıq və cihazlarla təmin olunublar.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) üç Gəncə universitetindən seçilmiş 60 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsini uğurla başa çatdırıb.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Sumqayıt və Naxçıvan dövlət universitetlərindən seçilmiş 80 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsinə dəstək verir. Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetinin 40 fənn müəllimi ingilis dili səviyyəsini müəyyən etmək üçün yoxlamadan keçib. Nəticələrə əsasən müəllimlər qruplara bölünərək təlimlərə başlayıb. İndiyədək iştirakçılar 160 saatlıq ingilis dili təlim proqramının 80 saatını uğurla tamamlayıblar. Layihə çərçivəsində eynilə Naxçıvan Dövlət Universitetinin 39 fənn müəllimi də yoxlamadan keçib, və daha sonra onlar müvafiq təlim qruplarına təyin olunaraq ingilis dili dərslərinə başlayıblar.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 6-17 yaş aralığında olan 60-a qədər gəncin ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsinə dəstək verir.
 
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) eşitmə və danışıq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədli təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində işarə dilini öyrətmək və öyrənmək üçün mobil tətbiqin hazırlanması nəzərdə tutulur.
 
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Gələcəyin bacarıqları” adlı təhsil layihəsinin növbəti mərhələsini uğurla tamamlayıb. Bu təşəbbüs Azərbaycanın startap mühitini gücləndirmək və innovasiya ekosistemini genişləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində seçilmiş 10 komanda üçün altı aylıq inkubasiya proqramı təşkil olunub, burada Türkiyənin Bilishim Vadisi startap mentorluq şirkətinin ekspertləri tərəfindən təlimlər, mentorluq və ilkin investisiya hazırlığı həyata keçirilib. Bundan əlavə, səkkiz iştirakçı komandanın layihələri TV proqramı və müxtəlif platformalar vasitəsilə potensial investorlara təqdim edilib..
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edən layihəni uğurla başa çatdırıb. Layihə autizm və terapevtik idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan 180 mütəxəssis üçün xüsusi təlimlərin keçilməsini nəzərdə tutmuşdu.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) yerli universitetlərin təhsil potensialını artırmaq və tələbələrə davamlı biznesin qurulmasında dəstək olmaq üçün rəqəmsal innovativ sahibkarlıq üzrə onlayn təhsil platforması yaratmaq məqsədi daşıyan layihəni uğurıa başa çatdırıb. Layihə çərçivəsində təlim materialları hazırlanıb və xüsusi rəqəmsal platforma qurulub.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Learning Management System” texnologiyasından istifadə etməklə peşəkar inklüziv təhsil proqramlarının inteqrasiyasını və genişləndirilməsini hədəfləyən layihəni uğurla bitirib. Layihə çərçivəsində CHED (Uşaqların Sağlamlığı, Təhsili və Sosial İnkişafı) və “Məktəbim” təhsil proqramlarının təlimi onlayn modelə uyğunlaşdırılıb və yeni qurulmuş veb-platforma yerləşdirilib.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən olan 60 yerli ixtisaslı işçinin məşğulluq imkanlarını artırmaq məqsədi daşıyan yeni təşəbbüsə dəstək verir. Layihə peşəkar təhsil almaq şansı olmayan peşə işçilərinə davamlı iş karyeralarının qurulması üçün tələb olunan sertifikat imtahanlarından keçmək və rəsmi diplom əldə etmək imkanı verəcək. İndiyədək 55 nəfər benefisiar proqramda iştirak edib.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) kənd məktəblərini innovativ günəş istilik sistemi və istilik nasosu ilə təchiz edən təşəbbüsü uğurla başa çatdırıb. 
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində “Avtomatlaşdırma, telekommunikasiya və kompüter elmləri” kafedrasının təhsil potensialının gücləndirilməsini hədəfləyən təşəbbüsü dəstəkləyir. 
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) orta məktəblərdə sahibkarlığın tədrisinə dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində 34 müəllim sahibkarlığın tədrisi üzrə öz pedaqoji bacarıqlarını təkmilləşdirib. Bundan əlavə, həmin müəllimlər ölkə üzrə 600-ə yaxın STEAM müəlliminə təlim keçib və onları məktəblərdə sahibkarlığın əsaslarını öyrətmək üçün zəruri biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonundakı 150 STEAM məktəbində 8000-ə yaxın şagirdə sessiyalar və digər təlim fəaliyyətləri keçiblər.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 2021-ci ilin sentyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Texnest” təqaüdlü təhsil proqramı çərçivəsində yerli İT mütəxəssislərinin inkişafına töhfə verən layihəni dəstəkləyir. Layihənin birinci mərhələsi uğurla başa çatıb. Hazırkı mərhələ yerli əmək bazarında İT mütəxəssislərinin tələbatını ödəmək üçün aztəminatlı ailələrdən olan 289 yeni iştirakçını müxtəlif İT sahələrində lazımi bacarıqlarla təmin etməyi nəzərdə tutur. İndiyədək 60 nəfər benefisiar lazımi təlimləri bitirib.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmiş layihəni uğurla başa çatdırıb. Layihə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəbi əhatə edib. Layihə çərçivəsində mütəxəssislərlə birgə hazırlanmış xüsusi təlim proqramı vasitəsilə 280 məktəb müəllimi inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirib.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutmuşdu. Layihəyə aqroturizmlə məşğul olan 7 xidmət təchizatçısının işçi heyəti üçün - ümumilikdə 27 nəfərə, təlim keçmək və mentorluq dəstəyi göstərmək, həmçinin həmin müəssisələri avadanlıq və alətlərlə təchiz etmək daxil idi, həmçinin, ehtiyac olduğu halda bu müəssisələrin obyektlərinin təmirinə də dəstək vermək də nəzərdə tutulmuşdu. Əlavə olaraq aqroturizmi təşviq etmək məqsədilə Tovuzda forum və sərgi təşkil olunmuşdur.
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Kürdəmir rayonunda yaşayan aztəminatlı ailələrdən olan 25 benefisiar üçün məşğulluq və gəlir əldə etmək imkanlarının artırılmasına töhfə verən layihəni dəstəkləyir. Layihə iştirakçıları dərzilik və vizajistlik üzrə peşə təlimləri alacaqlar.
 
bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Mingəçevir Dövlət Universitetində İKT kibertəhlükəsizliyi laboratoriyasının yaradılmasını hədəfləyən layihəni başa çatdırıb. Təşəbbüs kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri və kiber/informasiya təhlükəsizliyində ixtisaslaşan ildə 850-dən çox tələbənin faydalanması üçün mühəndislik fakültəsində tədris və təlimin keyfiyyətini artırmaq məqsədi daşıyıb. 
 
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Tovuz və Ağstafa rayonlarında müharibədə zərər çəkmiş insanlara davamlı gəlir mənbələrinin qurulmasına dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə iştirakçılarına psixo-sosial və hüquqi yardım göstərilib, həmçinin şəbəkələşmə (sosial inteqrasiya) və istirahət düşərgəsi təşkil edilib. Ümumilikdə bu layihədən 600-a yaxın insan yararlanıb. 25 nəfər müharibədə zərər çəkmiş insan isə Qaxda təşkil olunan şəbəkələşmə düşərgəsində iştirak edib.
 
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün nəzərdə tutulmuş mühüm bir təlim proqramını uğurla başa çatdırıb. Proqramın əsas məqsədi ibtidai təhsil üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsi olub. Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. Proqram DanceAbility® adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan və əlilliyi olan və ya xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin edən təşəbbüsü uğurla başa çatdırıb. Layihə çərçivəsində əsas diqqət 5-9-cu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəlmişdir. Yeni hazırlanmış materiallar onlayn tətbiq vasitəsilə ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün müxtəlif vasitələri özündə birləşdirir.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) 500-ə qədər gəncin məşğulluq imkanlarını artırmaq məqsədilə onlara maliyyə savadlılığı, sahibkarlıq və karyera inkişafı sahələrində təlimlərin keçirilməsini nəzərdə tutan təşəbbüsə dəstək verir. 
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın kənd yerlərində yaşayan müharibədən zərərçəkmiş insanlara dəstək məqsədli daha bir təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində 200 nəfərə qədər iştirakçıya özünüməşğulluq, psixoloji və hüquqi yardım dəstəyi göstəriləcək. Bu günə qədər layihə çərçivəsində 144 benefisiar fərdi hüquqi yardım alıb.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə meyarlarının inteqrasiyasını gücləndirməyə yönəlmiş bir layihəni dəstəkləyir və bununla davamlı inkişafa və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə töhfə verir. Layihənin iş həcminə özəl və dövlət sektorundakı təşkilatların korporativ strategiyalarına və əməliyyatlarına dairəvi iqtisadiyyat yanaşmasının  daxil edilməsinə dair araşdırmaların aparılması və kampaniyaların həyata keçirilməsi daxildir. Layihənin araşdırma mərhələsi 2024-cü ildə başa çatıb.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycan universitetlərinin, tələbələrin, sahibkarların və tədqiqatçıların, həmçinin startap icmasının qlobal və regional biznes ekosisteminə inteqrasiyasına kömək məqsədli layihəni dəstəkləyir. 
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın dahi şairi Məhəmməd Füzuliyə həsr olunmuş kitab-albomun hazırlanmasını və nəşrini nəzərdə tutan təşəbbüsə dəstək verir.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) inklüziv cüdo təşəbbüsünün həyata keçirilməsinə kömək məqsədli layihəyə dəstək verir. Layihə əlilliyi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına kömək etməyi hədəfləyir.
bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Gəncədə yerləşən 3 universitet və 2 kollecdən seçilmiş tələbələri dəstəkləmək üçün yeni bir təşəbbüsə başlayıb. Layihə çərçivəsində onlara veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq üzrə təlimlər keçiriləcək. Bu layihədən 15 nəfərə qədər tələbə faydalanacaq.
 

Tərəfdaşlarımızla birlikdə yerli icmaların və ölkədə müxtəlif sahələrin inkişafına yönəlmiş sosial investisiya layihələrinə dəstəyimizi davam etdiririk!

Bəzi möhtəşəm nəticələr haqqında videoya baxın

bp və tərəfdaşları Azərbaycanda inklüziv cəmiyyətin inkişafını dəstəkləyən müxtəlif təhsil layihələri və sosial təşəbbüslər həyata keçirirlər.

 

Bu layihələrimiz haqqında qısa videoya baxın

"Gələcəyini qur" gəncliyə dəstək layihəsinin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır.

 

Layihə barədə bu qısa videoya baxın

 

 

İnklüzivliyi əməldə dəstəkləyirik

Tərəfdaşlarımızla birlikdə əlilliyi olan şəxslərin peşə və ixtisas artımına dəstək oluruq


 

Beynəlxalq iqtisadi bilikləri Azərbaycana gətiririk 

 

Beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və  mikroiqtisadiyyat haqqında dünyada geniş yayılmış üç kitabdan birbaşa istifadə imkanı

 

 
 

Tərəfdaşlarımızla birgə 2017-ci ildə başladığımız “Şirin Qızıl” layihəsi uğurla başa çatıb. 

 

Layihənin yerli icmalara gətirdiyi bir sıra davamlı faydalar barədə ətraflı videomuzda