BP və tərəfdaşları biznes sahəsində təhsil üzrə beynəlxalq təcrübənin beynəlxalq səviyyədə tanınmış Adaptiv Strateji İcra Proqramı vasitəsilə ölkəyə gətirilməsinə dəstək verir. Həmin proqram Bakıdakı ADA Universitetinin bazasında həyata keçiriləcək.
Tərəfdaşları ilə birlikdə BP şirkəti, 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupun ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmalarına dəstək olmaq üçün "Öz gələcəyini qur" layihəsində iştirak edir. Layihə iştirakçıları aztəminatlı ailələrdən seçilir.
BP və tərəfdaşları 11 laboratoriyada kimyəvi təcrübələrin aparılması üçün materiallar almaqla və yeni avadanlıq quraşdırmaqla Bakı Mühəndislik Universitetinə dəstək olur. Həmin laboratoriyalar sözügedən universitetdə daha öncə BP və tərəfdaşları tərəfindən təşkil olunmuşdu. Layihədən hər il 400 nəfərdən çox tələbənin faydalanacağı gözlənilir.
Daha ətraflı