bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından, məmnuniyyətlə elan edir ki, Bakıda və ətraf ərazilərdə ingilis dilini öyrənən istedadlı gəncləri dəstəkləməyə yönəlmiş yeni bir təhsil layihəsi uğurla başa çatmışdır.
Bu layihə xüsusi olaraq yüksək keyfiyyətli və intensiv ingilis dili tədrisindən istifadə imkanı olmayan ailələrin uşaqları ilə yanaşı, bu sahədə yüksək akademik göstəricilərə malik şagirdlər üçün nəzərdə tutulmuşdu.
Layihə bp və tərəfdaşlarının Azərbaycanda təhsilin və gənclərin inkişafına davamlı dəstək vermək öhdəliyinin bir hissəsidir.
“Misli görünməmiş qlobal dəyişikliklər və sürətli rəqəmsallaşma dövründə ingilis dili rəqəmsal dünyada düzgün istiqamət almaq, dəyişən şəraitə və proseslərə uyğunlaşmaq üçün vacib vasitəyə çevrilib. İngilis dili öyrənən istedadlı Azərbaycan gənclərinin daha əminliklə bu transformasiya ilə ayaqlaşmasına və məktəb proqramlarının qoyduğu bünövrənin üzərinə yeni bilik bazası əlavə edə bilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Ümid edirik ki, öyrəndikləri biliklər onların gələcək elmi və ixtisas uğurları üçün möhkəm zəmin yaradacaq, eləcə də onların qlobal imkanlardan daha dolğun faydalanmaq və öz cəmiyyətlərinə dəyərli töhfələr vermək bacarıqlarını gücləndirəcək.”
Proqram vasitəsilə 2024/2025-ci tədris ili ərzində 6–17 yaş arası 60 şagirdə əyani ingilis dili dərsləri təqdim edilib. Dərslər iki yaş qrupu proqramları əsasında aparılıb: 6–10 yaşlı uşaqlar üçün Primary Plus və 11–17 yaşlılar üçün Secondary Plus.
Müvafiq kurs səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 8–17 yaşlı şagirdlər üçün onlayn qiymətləndirmə əsasında seçim və yerləşdirmə aparılıb. 6–7 yaşlı uşaqlar isə yaşlarına əsasən yerləşdirilib. Proqram çərçivəsində hər dərs 90 dəqiqə olmaqla ümumilikdə 32 həftə ərzində 96 saatlıq tədris həyata keçirilib.
Layihə dövründə bütün iştirakçılara 2025-ci ilin fevral və iyun aylarında öz irəliləyişləri ilə bağlı hesabatlar təqdim olunub. Kursu uğurla bitirən bütün iştirakçılara sertifikatlar verilib.
Layihənin icraçısı “British Council” təşkilatıdır.
Layihənin ümumi dəyəri, şagirdlərin seçilməsi və yerləşdirilməsi testləri, qeydiyyat, dərs materialları və 96 saatlıq ingilis dili kursunun tam keçirilməsi xərcləri daxil olmaqla, 99 153 AZN (təxminən 58 325 ABŞ dolları) təşkil edib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün http://www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95