AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2017-ci ilin birinci rübündə AÇG layihəsinə təqribən 111 milyon dollar əməliyyat məsrəfləri və 304 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birinci üç ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (124 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (75 000), Dərinsulu Günəşli (121 000) və Qərbi Çıraq (94 000) platformalarından birlikdə – gündə orta hesabla 581 000 barel və ya ümumilikdə 52 milyon bareldən artıq, yəni 7,1 milyon tondan artıq təşkil edib.
Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci üç ay ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılmışdı
Səmt qaz
2017-cı ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12,1 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Rüb ərzində terminal 69 milyon bareldən artıq neft və kondensat, o cümlədən 60,5 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kub metr (936 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Rüb ərzində terminal 69 milyon bareldən artıq neft və kondensat, o cümlədən 60,5 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kub metr (936 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.
Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 113 milyon dollar əməliyyat xərcləri və 835 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.
Hasilat
2017-ci ilin ilk üç ayı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
Rüb ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 4,6 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.
Qazma əməliyyatları
Birinci rübdə Şahdəniz Mərhələ 1-in mövcud platformaında (Alfa) SDA10 qaz hasilatı quyusunun dərin hissələrində aparılan qazma işləri bitmiş və tamamlanma işlərinə başlanmışdır. Bu işlər hazırda davam edir.
İstiqlal qazma qurğusu birinci rübdə SDC03 və SDC02 quyularını tamamlayaraq SDC01 quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçib.
Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02 quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.
a qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
2017-ci ilin birinci rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Mart ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan yola çıxaraq Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsində uğurla suya salındı və quraşdırıldı. Payaların quraşdırılması və son tamamlanma işləri isə hələ davam edir.
Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir. Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla keçdi. Gəmi 2017-ci ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində başa çatdırılmış ən iri işlərdən biri olacaq.
ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin yayına planlaşdırılır.
Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.
2017-ci ilin birinci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 milyon dollar əməliyyat xərcləri və 191 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.
Birinci rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
2017-ci ilin birinci rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 89%-i artıq tamamlanıb
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir - təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatdı.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 96%, 2-cidə isə 70% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların emalı davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək.
Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.
Birinci rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2017-ci ilin 1-ci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,51 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57