1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2019-ci ilin birinci rübünün yekunları

2019-ci ilin birinci rübünün yekunları

Tarix:
13 may 2019

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  


2019-cu ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 138 milyon dollar əməliyyat məsrəfləri və  279 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma  gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.


Hasilat


2019-cu ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (43 000), Mərkəzi Azəri (146 000), Qərbi Azəri (128 000), Şərqi Azəri (100 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (58 000) platformalarından birlikdə – gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton olub.

 

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.


Səmt qazı


Rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 milyon kubmetr, ümumilkdə isə 0,5 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

2019-cu ilin birinci rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 69 milyon bareldən çox neft və kondensat, o cümlədən 61 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 milyon standart kubmetr (təqribən 1656 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 




BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.


Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 6 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 425 milyon ton (təqribən 3,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4159 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Rüb ərzində isə BTC vasitəsilə 8 milyon tondan çox (təqribən 61 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 74 tankerə yüklənib.

 

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

İlin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 191 milyon dollar əməliyyat xərcləri və 267 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Birinci rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
Rüb ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barel) kondensat hasil edilmişdir.
Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə təqribən 20 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

 

2019-cu ilin birinci rübündə Şahdəniz Alfa platformasından quyu qazılmamışdır.
İstiqlal qazma qurğusu şərq cinahda bir sualtı quyunu tamamlamışdır, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. Maersk Explorer qurğusu bir quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilmişdir.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2019-cu ilin birinci rübündə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat xərcləri və 17 milyon dollar əsaslı xərclər sərf edilib.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

 

 

2019-cu ilin birinci rübü ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olmuşdur.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

2019-cu ilin ilk rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Birinci rüb ərzində BP Azərbaycan şirkətinin üç yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

2019-cu ilin ilk rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

Birinci rüb ərzində BP Azərbaycan şirkətinin üç yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.

 

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2019-cu ilin birinci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,8 milyon dollar xərcləmişlər.

 

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • BP və tərəfdaşları “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkəlyir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitmişdir. Birinci fazadakı 22 iştirakçı müxtəlif təşkilatlarda işə düzəlib və ya öz işlərini qurub; 8 iştirakçı Bakının müxtəlif otellərində təcrübə proqramlarına cəlb edilib; 10 nəfərə yaxın iştirakçı evdən işləmək üçün ilkin təkliflər alıblar. Layihənin ikinci fazasına 2019-cu ilin üçüncü rübündə başlanması planlaşdırılır.
  • Bundan əlavə, BP Azərbaycan şirkəti layihənin seçilmiş iştirakçıları üçün xüsusi təcrübə proqramı yaradıb. Proqram iştirakçıları beynəlxalq iş mühitində BP-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənəcəklər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2019-cu ilin birinci rübündə 14 şirkət BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçirilən bacarıqların inkişaf etdirilməsi fəaliyyətlərində iştiraklarını davam etdirib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanır. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 91%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə 3-cü fazaya keçib. Bu faza   86 məktəblini əhatə edir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş bir layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir. Hazırda layihənin 3-cü fazası davam edir və bu faza əvvəlki mərhələlərdə ixtisaslaşmış 22 müəllimin iştirakıyla 11 bölgənin (Ağstafa, Samux, Şəmkir, Goranboy, Tovuz, Kürdəmir, Hacıqabul, Qaradağ, Yevlax, Ucar, Ağdaş) 330-dək icma nümayəndəsini əhatə edir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır. Hazırda layihənin 3-cü fazası həyata keçirilir. 2016-2018-ci illərdə həyata keçirilən 2 faza ərzində 13 rayonda erkən müdaxilə xidməti yaradılmış və işlək vəziyyətə gətirilmiş, üç rayonda məktəbəqədər xidmətin gücləndirilməsi işləri görülmüşdür. Layihə, yaradılmış erkən müdaxilə xidmətləri və məktəbəqədər qruplar arasında sinerji yaradaraq inkluziv təhsilin təşviq edilməsinə töhfə verir.  
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayondan – Ağstafa və Tovuz, seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsi çərçivəsində arıçılığın inkişafı məqsədilə 60000 nektar ağac da əkiləcək.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı  yeni ətraf mühitlə bağlı layihəni dəstəkləyir. Layihə çərçivəsində yaşayış sahələrində təmizlənib abadlaşdırıldıqdan sonra idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyətlərin salınması planlaşdırılır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından)  autizm pozuntuları olan şəxslərin müalicəsi sahəsinə beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalardan birini gətirmək məqsədilə 2018-ci ilin noyabr ayında yeni bir layihəyə başladı. Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinə yardım etmək, onları əsas təhsil sahələrinə yönəltmək, ixtisas və peşələr üzrə iş mühitinə cəlb etmək və ailə həyatına hazırlamaq məqsədləri daşıyır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) “Uşaq sağlamlığı, təhsili və sosial inkişafı kursu” fondunun yaradılması təşəbbüsünü dəstəkləyir. Layihə sağlamlıq, təhsil və sosial xidmətlər sahəsində olan mütəxəssislərə təlim imkanları təklif etməklə əlilliyi olan uşaqlara və onların ailələrinə olan qayğının keyfiyyətini artırmaq üçün ərsəyə gətirilib. Layihə ABŞ-ın Cocrtaun universitetinin sertifikatı ilə yeni təlim proqramını yaratmaq üçün və ABŞ  və Azərbaycandan olan ali təhsil mütəxəssislərini bir araya gətirəcək.  
  • Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin birinci rübündə ildə 0,14 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:
  • BP İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə monitorinq və qiymətləndirmə üçün elektron infrastrukturun modernlədirilməsinə dəstək verir. Layihə çərçivəsində Mərkəzə müasir proqram təminatlarının yaradılmasında kömək göstəriləcək və bu yeni proqramlarla hökumətin Strateji Yol Xəritələri çərçivəsində ölkənin sosial və iqtisadi inkişafı üçün həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi həyata keçiriləcək. Hazırda proqram təminatının yaradılması davam edir, eyni zamanda yaradılacaq proqram təminatından istifadə üçün təlimlər də keçirilir. Layihənin 2019-cu ilin ikinci rübündə tamamlanması gözlənilir.  
  • BP davamlılıq və tədarük təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq.      
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində və Azərbaycan Dövlər Neft və Sənaye Universitetində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəblərdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb

 

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: (+994 12) 525 5895