AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2021-ci iin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.
COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.
Birinci rübün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatmışdır. İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Ağır yüklərin qaldırılması proqramı irəliləmişdir və bura aşağıdakı əməliyyatlar daxildir: alt göyərtənin bütün seksiyalarının quraşdırılması, üst göyərtənin ilk seksiyalarının öz mövqelərinə qaldırılması və bir neçə əsas qazma modulunun qaldırılması. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləmişdir, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanmışdır. Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam etmişdir, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləmişdir. Yaşayış modulları İsveçdən yola salınmışdır və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam etmişdir. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də davam etmişdir.
Rüb ərzində həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olmuşdur. Bunlara lay sularının idarə olunması ilə bağlı Mərkəzi Azəri platformasında aparılan işlər və Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə 2021-ci ilin ikinci rübündə başlanması üçün hazırlıqlar daxildir. Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
Hasilat
İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci rübü ərzində AÇG-də 3 neft hasilatı və 2 suvurma quyusu qazılmışdır.
Səmt qazı
Birinci rübdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11,6 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.
Rüb ərzində terminal 60 milyon bareldən çox neft və kondensat, o cümlədən 52 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 56 milyon standart kubmetrdən çox (1 milyard 987 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.
Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə 41 milyon dollardan artıq, əsaslı xərclərə isə 6 milyon dollardan artıq xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4729 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Ceyhan terminalında rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təqribən 688 milyon dollar əməliyyat xərcləri və 181 milyon dollardan çox əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. 31 dekabr 2020-ci il tarixində başlanan Avropa bazarlarına qazın çatdırılması 2021-ci ilin birinci rübündə də davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 5,1 milyard standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
İlin birinci rübü ərzində Şahdəniz 2 layihəsi dərinsulu şərq-cənub cinahından (suyun 540m dərinliyində) ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail oldu. Hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur.
Qazma əməliyyatları
Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərini bitirib və SDF04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 17-sini tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində üç quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu, şimal cinahda bir quyu, şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olmuşdur.
İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olmuşdur.
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və potensial olaraq bir yanlülə qiymətləndirmə quyusu da daxil olmaqla qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlandı. Sənədin müzakirəsi bitdikdən sonra bu ilin yanvar ayında hökumət tərəfindən təsdiqləndi və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınmış oldu.
D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.
Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2021-ci ilin birinci rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 0,3 milyon ABŞ dollarından çox xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci ilin birinci rübündə təxminən 0,3 milyon ABŞ dolları vəsait xərcləmişdir.
Bu layihələr aşağıdakılardır:
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895