AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2020-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.
Üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam etmişdir. Son əməliyyatlara, COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, iri qurğuların qaldırılması proqramının başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti thissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılmış, uğurla dənizə yola salınmış və platformanın dayaq blokunu qəbul etmək üçün dənizdibində quraşdırılmışdır. Dayaq blokunun və sualtı qurğuların inşası davam etmişdir.
2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq Azərbaycana doğru hərəkət etməkdədir.
Hasilat
Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (36 000), Mərkəzi Azəri (115 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (97 000) və Qərbi Çıraq (52 000) platformalarından birlikdə – gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17.9 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2020-ci ilin ilk üç rübü ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılmışdır.
Səmt qazı
2020-ci ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
2020-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 milyon tondan artıq (3,52 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4595 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk üç rüb ərzində isə BTC vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
2020-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri 35 milyon dollardan artıq, əsaslı xərclər isə 8 milyon dollardan artıq olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
İlin ilk 9 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,6 milyon kubmetr olmuşdur.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2020-ci ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,6 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
· bp və tərəfdaşları iki il davam edən və 2020-ci ilin avqust ayında sona çatan “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkləmişdir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutmuşdur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitmiş və həmin ilin iyul ayında layihə ikinci fazaya keçmişdir. İkinci fazada iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı genişləndirilmişdir. Layihə çərçivəsində bp Azərbaycan şirkəti xüsusi təcrübə proqramı yaradıb və layihənin birinci fazasından seçilmiş 9, ikinci fazasından seçilmiş dörd iştirakçıya beynəlxalq iş mühitində bp-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənmək və layihədə öyrəndiklərini işə tətbiq etmək imkanı yaradılmışdır. Bundan əlavə 2020-ci ilin iyul ayında layihənin ikinci fazasında iştirak edən 95 nəfərə iş tapmalarına kömək etmək üçün virtual iş yarmarkası təşkil edilmişdir.
· bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2020-ci ilin ilk üç rübündə proqrama 40 yerli şirkət qəbul edilərək mövcud iştirakçılara qoşulub və beş şirkət isə proqramı bitirib.
· bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnologiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək vermişdir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanıb. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib. Yeni kurikulum əsasında 10-cu və 11-ci siniflər üçün yeni tədris və təlim materialları, o cümlədən dərsliklər hazırlanmış və çap edilmişdir.
· bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 315 şagirdin 282 nəfəri (t90%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələri və ümumi uğurunu nəzərə alaraq bp və rəfədaşları layihəni gələn il də davam etdimək qərarına gəlib.
· bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110000-dən çox nektar ağacı əkməkdir. Bu günədək 60000-dən çox nektar ağacı artıq əkilmiş və 400 nəfərdən çox yeni layihə benefisiarı seçilmiş və təlim almışdır.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində bp-nin yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstək olmuşdur. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxil olmuşdur.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək verir. Layihə təhsil potensialının artırılmasına yardım edir, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək verir. Bu vaxtadək 18 ingilis dili müəllimi “Təlimçilərin təlimi” kurslarını uğurla başa vurub. Proqrama seçilmiş 200 tələbə üçün məşğələlər bu ilin üçüncü rübündə onlayn formada davam etmişdir.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaratmaqla kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Heyəti işə götürülmüş və təlim almış bu klub həmçinin həssas təbəqədən olan qadınların uşaqlarına gündəlik qayğı xidmətləri göstərəcək. Bu vaxtadək layihə çərçivəsində 20 qadın öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə təlimlər almış və kiçik səviyyəli gəlir yaradan fəaliyyətlərini qura bilmələri üçün müvafiq avadanlıqlarla təchiz edilmişdir .
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılacaq, habelə Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzi əlavə inkişaf etdiriləcək. Bu dərəcə proqramı beş semestrdən ibarət olacaq ki, bunların da üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçiriləcək. Birinci semestr üçün 20 tələbə seçilmişdir və onların təhsilləri onlayn keçiriləcək.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 10-dan çox yerli universitetin layihə idarəetmə bacarıqlarını gücləndirmək üçün yeni sosial layihənini dəstəkəlyir. Layihə iştirakçıları beynəlxalq sertifikatlı layihə idarəetmə mütəxəssisinə (Sertifikatlı Beynəlxalq Layihə İdarəetmə Mütəxəssisləri, D səviyyəsi) çevrilmək və öz müvafiq universitetlərində layihə idarəetmə qrupları formalaşdırmaq üçün təlim alırlar. Layihə çərçivəsində həmçinin layihələrin idarə olunmasına dair Azərbaycan dilində dərslik də hazırlanıb.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəbəqədər təhsil layihəsin dəstəkləyir. Bu layihə valideynlər, uşaq inkişafı üzrə mütəxəssislər və məktəbəqədər təhsil müəllimləri üçün tədris materialı hazırlayacaq bir qrup yerli mütəxəssisi bir araya gətirmişdir. 12 bölmədən ibarət olacaq bu tədris materialında uşaqlara doğulduğu andan məktəb yaşına qədər olan dövrdə effektiv qayğı barədə tövsiyələr və təlimatlar öz əksini tapacaq.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında inkluziv təhsili dəstəkləmək üçün yeni sosial layihəyə başlamışdır. Layihə çərçivəsində məktəbəqədər və məktəb müəllimləri inkuziv təhsilə aid 10 mövzu üzrə təlim materialları ilə təmin ediləcək və təlim alacaq.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial laihəyə başlayıb. Ölkə daxilində uşaq inkişafı xidmətlərinin qovşağını yaratmaq üçün yerli peşəkarlara ABŞ-ın Corctaun Universitetini ilə əməkdaşlıq edərək yerli universitetlərdən birində praktiki təlim mərkəzi yaradılacaq.
· bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) tələbələrə düzgün karyera seçimi etmələrinə dsətək olmaq üçün ərsəyə gətirilən layihəni dəstəkəlyir. Layihə çərçivəsində təxminən 500 tələbəyə üçün şəxsi maraqlarını, çatışmazlıqlarını müəyyənləşdirmək, həmçinin öz karyera hədəflərinə çatmaları üçün lazım olan bilik və bacarıqları əldə etmələri məqsədilə təlim və mentorluq imkanları ilə təmin ediləcəklər. Layihənin digər məqsədi də ixtisas təhsilinin vacibliyi haqda ictimai fikrin təşfiq etməkdir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci ilin birinci yarısında 1,1 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:
· bp davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq. Bu vaxtadək altı kitabın tərcüməsi tamamlanıb və həmin kitablardan üçü yerli universitetlərə və kitabxanalara bağışlanıb.
· bp Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu tərəfdaşlığın bir hissəsi olaraq bp bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə bp şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini
· bp tələbə və gənclərin öz xəyallarını gerçəkləşdirmələrinə və fərdi keyfiyyətlərini inkişaf etdirmələrinə yardım etmək üçün “Yüksəl” layihəsinə dəstək verir. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr və nailiyyətlər əldə etməyə həvəsləndirməkdir. Layihə çərçivəsində gənclər üçün nümunə olacaq görkəmli şəxslər və tanınmış mütəxəssislər hər həftə Bakı Kitab Mərkəzində seminarlar keçirir və öz auditoriyalarına seminarlarda əhatə etdikləri mövzulara həsr edilmiş, bp tərəfindən alınmış kitabları təqdim edirlər.
· bp Bakı Ali neft Məktəbi üçün “Gənc mühəndislər üçün menecment və biznes bacarıqları” proqramını maliyyələşdirir. Bu, daxili və xarici əməliyyatların təkmilləşdirilməsi üçün gənc mühəndisləri analitik vasitələr və üsullarla təmin edəcək geniş təlim proqramıdır. Tələbələr mürəkkəb biznes problemlərinin təhlili və qiymətləndirilməsi üzrə bacarıqları inkişaf etdirəcəklər və problemlərin həlli və qərarların verilməsi üzrə metodoloji yanaşmaya yiyələnəcəklər. Kurikulum səkkiz əsas moduldan ibarətdir.
· bp həmçinin tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığı təşviq edən Enactus Azərbaycan Qış Məktəbinə sponsorluq etmişdir. Bu ilki Qış Məktəbində ümumilikdə 150 nəfər olmaqla Azərbaycanın 23 universitetini təmsil edən Enactus komandaları iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir.
· bp bu yaxınlarda onlayn keçirilən 14-cü illik ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Yay Enerji Məktəbini dəstəkləyib. Tədbir qlobal və Xəzər enerji nə ətraf mühit məsələlərini müzakirə etmək üçün və daha yaxşı anlayış əldə etmələri üçün Azərbaycan və Avropa, Yaxın Şərq, Minali və Cənubi Amerika ölkələrindən olan 40 iştirakçını bir araya gətirib. Müzakirə olunan mövzulara regional boru kəməri və enerji təhlükəsizliyinin inkişafı, enerji və enerji hüququ və iqtisadiyyatının əsasları, ətraf mühit məsələləri, neft və qqz sənayesinin idarə edilməsi daxil edilib.
· bp Azərbaycan şirkəti Cənub Qafqaz Boru Kəmərinin (CQBK) əhəmiyyətindən bəhs edən araşdırma kitabını ərsəyə gətirilməsini dəstəkləyib. Kitab SOCAR və ADA Universiteti ilə birgə ictimaiyyətə təqdim edilib. Bu boru kəməri Xəzərin qaz yataqlarını Avropa bazarları ilə birləşdirən ilk əlaqədir. 11 bölümdən ibarət olan kitaba müxtəlif ölkələr haqda, CQBK-ya aid bazar və işlənmələrə aid dərin bilik və anlayışı olan on məhşur müəllif töhfə vermişdir, Hər bölüm fikri CQBK və geniş cənub-şərq Avropa regionuna aid qlobal qaz və LNG-nin (maye halına salınmış qaz) müxtəlif cəhətləri üzərində cəmələşdirir.
· bp 2019-cu ilin sonunda öz təqaüd proqramını təkrar işə saldı. Proqramın məqsədi neft-kimya sahəsi üzrə universitetlərin 2-ci kurs tələbələri üçün ingilis dili biliklərini təkmilləşdirməkdir. Bu, təkmilləşmiş ingilis dili biliklərinə malik olmaqla tələbələrin öz karyera hədəflərinə doğru daha inamla irəliləməsinə imkan yaradacaq.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895