1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. Beynəlxalq Qadın Mühəndislər Günü

Beynəlxalq Qadın Mühəndislər Günü

Tarix:
23 iyun 2023-cü il

Əməliyyatlarımız etibarlı əllərdədir: bp-nin qadın mühəndisləri

 
Əməyin təhlükəsizliyi bp-də prioritet məsələlərdən biridir. Məhz elə bu səbəbdən bu il hamımız Beynəlxalq Qadın Mühəndislər Gününün mövzusu olaraq seçilmiş #TəhlükəsizliyinƏhəmiyyətiniGöstər (#MakeSafetySeen) şüarına qoşuluruq.  Bu günü qeyd etmək üçün biz  istər Aydahoda 80 metr hündürlüyü olan külək turbinimizdə, istərsə də Xəzər sahillərindən çox-çox uzaq dəniz obyektimizdə əməliyyatların təhlükəsiz davam etməsinə kömək edən dörd qadın mühəndislə görüşdük.

Korroziyanın qarşısının alınması

Günay

Azərbaycanda böyüyən Günay heç təsəvvür də etmirdi ki, bir gün bp-də korroziya üzrə mühəndis işləyəcək.

 

“O dövrdə müəllim və həkim peşələri qadınlar üçün daha ənənəvi sahələr idi”, Günay söyləyir. Günay əvvəllər məktəbdə köməkçi işləyib. Universitetdə kimya üzrə təhsil aldıqdan və magistr dərəcəsi əldə etdikdən sonra isə o, bp-də mühəndis vəzifəsi üçün müraciət edib. 

 

Günay bp-də fəaliyyətinə 2013-cü ildə yay təcrübəsindən başlayıb, daha sonra isə dənizdə korroziya ilə mübarizə komandasına qoşulub.

 

2022-ci ildə o, təyinatla Bakıdan Londona göndərilib və hazırda

Günay sahə səfərlərinin birində qulaq və göz üçün qoruyucu vasitələrdən istifadə edərkən

Günay bp-nin Böyük Britaniyadakı Sanberi ofisində öz iş masasının arxasında

bp-nin dünyanın müxtəlif yerlərindəki neft və qaz obyektlərində korroziya və ya eroziya ilə mübarizə üçün həllər tapmağa kömək edir, eləcə də az karbonlu xalis sıfır Teesside layihəsində işləyir.

 

“Korroziya və eroziya obyektlərdə mövcud olan ən böyük problemlərdən biridir və o, ciddi fəsadlara səbəb ola bilər. Mən bu problemləri həll etməyə kömək etməkdən və əməliyyatların təhlükəsizliyinə töhfə verməkdən çox qürur duyuram”, Günay deyir.

 

Günay gələcək nəsli həvəsləndirməyə çox maraq göstərir və tələbələrlə ünsiyyət qurmaq üçün təhsil müəssisələrinə baş çəkir və seminarlarda iştirak edir.

“Mühəndislik insanlara kömək etməyin möhtəşəm bir yoludur.
Zaman keçdikcə bu işi daha da çox sevirəm.”

Yeni baxış

Fərizə

bp-nin Bakı ofisində qiymətləndirici mühəndis işləyən Fərizə problemləri həll etməyə öyrəncəlidir.

 

Hazırda o, bp-nin Xəzər dənizindəki platformasının gələcək illər ərzində də təhlükəsiz və etibarlı fəaliyyətinin davam etdirilməsi üçün platformanın modifikasiyası və təkmilləşdirilməsi üzərində çalışır.

 

“Biz hələ də yerin altında olan ehtiyyatlara çatmaq, eləcə artıq mövcud olan infrastrukturumuzdan istifadə etmək niyyətindəyik”, deyə o, qeyd edib. “Bizim işimiz müxtəlif ideya və konsepsiyaları yoxlayıb  nəticədə ən təhlükəsiz və ən səmərəli iş üsulunu tapmaqdır.”

Fərizə Azərbaycandakı Səngəçal terminalında keçirilən modernləşdirmə və transformasiya tədbirində çeviklik haqqında təqdimat edir

Fərizə Azərbaycandakı Azəri-Çıraq-Dərinsulu Günəşli layihəsi çərçivəsində gördüyü işə görə əməyin təhlükəsizliyi üzrə nümunəvi liderlik mükafatı alıb

35 yaşlı Fərizə mühəndis ailəsindən olduğundan bu sahəni seçməyi heç kimi təəccübləndirmədi. Universitetdə mühəndis ixtisası üzrə təhsil aldıqdan sonra o, 2009-cu ildə bp-də işə başlayıb və şirkət daxilində obyektlərin gündəlik idarə edilməsindən biznesin strateji inkişafına kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 

 

Həmin vəzifələrdə Fərizə dənizdə də işləyib və bəzən qazma qurğusunda işləyən yeganə qadın olub. 

“Son bir neçə ildə çox şey dəyişib”, o deyir. “İndi mühit daha fərqlidir və bir çox qadın həmkarlarımız bir zamanlar kişilərin üstünlük təşkil etdiyi iş yerinə yeni baxış gətirirlər.”


Onun müxtəlif bacarıqlarına bp layihələrində ehtiyac var və Fərizə bu geniş imkanlardan istifadə edir.


“Bu gün bu, mövcud platformaların modernləşdirilməsi və karbohidrogen yataqlarının işlənməsi, sabah isə günəş panellərinin quraşdırılması və ya hidrogen istehsalı qurğuları ola bilər”, deyə o, qeyd edir.

Amma dəyişməz olan bir şey var –  Fərizənin öz işinə həvəsi.

“Son bir neçə ildə çox şey dəyişib”, o deyir.
“İndi mühit daha fərqlidir və bir çox qadın həmkarlarımız bir zamanlar kişilərin üstünlük təşkil etdiyi iş yerinə yeni baxış gətirirlər.”

Turbinlərin dayanmadan fırlanmasını təmin edərək

Miranda

Külək enerjisi texnologiyaları sürətlə inkişaf edir. Miranda bu inkişafın təhlükəsiz həyata keçirilməsini təmin edən insanlardan biridir.

 

O, bp-nin qaz və az karbonlu enerji komandasında layihə mühəndisidir. Mirandanın işinin bir hissəsi turbinlərin, avadanlıqların və enerji təminatının yenilənməsi layihələrində işləyən insanların təhlükəsizliyinin qorunmasını təmin etməkdir. Enerji təminatının yenilənməsi dedikdə köhnə turbinlərin daha yeni və daha səmərəli modellərlə əvəz edilməsi nəzərdə tutulur.

Miranda fərdi qoruyucu geyimdə generator komponentlərinin yerləşdiyi turbin qondolasının üzərində dayanır

Miranda turbinin yuxarı hissəsindən İndianadakı Fauler külək elektrik stansiyasına baxır

“Hazırda siz məni ya ofisdə risklərin idarə edilməsi üzərində işlədiyim zaman, ya da sahədə podratçıların işinə nəzarət edərkən, avadanlıqları yoxlayarkən və ya təhlükəsizlik yoxlamaları həyata keçirərkən görə bilərsiniz” deyə Miranda qeyd edir.

 

26 yaşında olan Miranda bp-də yay təcrübəsi keçdikdən sonra 2021-ci ilin iyun ayından şirkətimizdə işə başlayıb və hazırda o, müxtəlif vəzifələrdə təcrübə imkanını verən üçillik proqramda iştirak edir.

 

Məktəbdə riyaziyyat və elm fənlərini sevən biri üçün mühəndislik karyerası təbii seçim idi. “Universitetin birinci kursunda bərpa olunan enerji sənayesində külək turbinlərinin layihələndirilməsi ilə məşğul olan bir qadınla tanış oldum və dərhal karyera seçimimi etdim. Birbaşa elmi rəhbərimin ofisinə getdim və hansı ixtisası seçəcəyimi bildirdim”, deyə Miçiqan Universitetində oxuyan Miranda qeyd edir.

İndi, o, turbinlərdə işləyərkən ətraf mənzərədən həzz alır, xüsusilə də Aydaho ştatında yerləşən Qoşen külək elektrik stansiyasının turbinlərindən buludsuz havada “Qrand Teton” Milli Parkına açılan gözəl mənzərədən.


“Mühəndislik ixtisası bir çox fərqli fəaliyyət istiqamətlərinə qapılar açır”, Miranda deyir. “Mən bu cür çevikliyi sevirəm – bu, “öz macəranı seç” üslubunda karyera seçməyə bənzəyir. Tam əminliklə tövsiyə edirəm!”

“Mühəndislik ixtisası bir çox fərqli fəaliyyət istiqamətlərinə qapılar açır”, Miranda deyir. “Mən bu cür çevikliyi sevirəm – bu, “öz macəranı seç” üslubunda karyera seçməyə bənzəyir. Tam əminliklə tövsiyə edirəm!”

Sahədə təhlükəsizliyinin təmin edilməsi

Rut

Pərakəndə satış üzrə işçilərimizin, podratçılarımızın və müştərilərimizin təhlükəsizliyini təmin etmək Rutu hər gün işə həvəslə gəlməyə sövq edir.

 

Rutun sənaye mühəndisliyi üzrə təhsili və əməyin təhlükəsizliyi üzrə magistr dərəcəsi var. O, 25 ildən artıqdır ki, bp-də işləyir və bu müddət ərzində bir neçə fərqli sahələrdə fəaliyyət göstərib. 

 

Hazırda Rut Madriddə texniki xidmət üzrə menecerdir və bp-nin İspaniya, Portuqaliya və Türkiyədəki pərakəndə satış məntəqələrində 

Rut podratçı qurğusundakı örtükdə işləri yoxlayır

Rut Türkiyədə podraçılarla keçirilən əməyin təhlükəsizliyi üzrə məlumatlandırma tədbirində

əməyin təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsinə görə cavabdehdir.

 

O, hər üç ölkədəki komandalara rəhbərlik edir və bu ərazilərdəki çənlərdən, nasoslardan, mağazalardan və avtoyuma məntəqələrindən tutmuş talvarlar və kiçik həyətlərə qədər bütün avadanlıqlara texniki xidmətin göstərilməsinə nəzarət edir.

“Bu vəzifədə hər gün fərqli olur”, deyə o bildirir. “Mən gah ofisdə həmkarlarımla müxtəlif mövzuları müzakirə edirəm, gah da digər ölkələrdən olan komandalarla onlayn görüşlərə qoşuluram. Və yaxud Lissabona, İstanbula və ya İspaniyaya səfər edərək, oradakı obyektlərimizə baş çəkərək podratçılarla risklərin aradan qaldırılmasına yönəlmiş proseslərimizi necə təkmilləşdirə biləcəyimizi müzakirə edirəm.”

 

İstər hündürlükdən kiçik həyət talvarını yoxlayarkən, istərsə də yeraltı 

anbarın girişinə nəzarət edərkən, Rut gördüyü işdən çox qürur duyur.

 

“Vəzifəm 100% təhlükəsizliklə bağlıdır – sahədə heç bir iş ciddi təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmədən yerinə yetirilə bilməz. Hər gün evə, ailələrimizin yanına sağ-salamat qayıtmaq ən vacib məsələdir”.

 

Lakin Rut etiraf edir ki, o, heç də həmişə özündən əmin olmayıb.

 

“Karyerama bir gənc, həm də bir qadın kimi başlamaq asan deyildi. 

Obyektlərə baş çəkərkən işçilərin mənə hörmət etmələri və məni dinləmələri üçün çoxlu səy göstərməli olurdum”, o deyir. “Bu, özümə inanmağıma və hər gün daha da çox çalışmağıma kömək etdi.”

 

“Hər gün evə, ailələrimizin yanına sağ-salamat qayıtmaq ən vacib məsələdir”

 

 

 

 

 

Beynəlxalq Qadın Mühəndislər Günü haqqında

Beynəlxalq Qadın Mühəndislər Günü ilk olaraq Qadın Mühəndislik Cəmiyyəti (WES) tərəfindən qadın mühəndislərin rolunu artırmaq və daha çox gənc qadın və qızları mühəndislik karyeraları seçməyə təşviq etmək üçün milli kampaniya olaraq təsis edilmişdi.

 

On il keçdikdən sonra bu əlamətdar gün mühəndislik sahəsində işləyən qadınların nailiyyətlərini qeyd etmək məqsədilə interaktiv onlayn tədbirlər və panel müzakirələri əhatə edən beynəlxalq tədbirə çevrilib.