1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. bp Azərbaycanın sponsorluğu ilə "World Net Summit" onlayn konfransı keçirilir

bp Azərbaycanın sponsorluğu ilə "World Net Summit" onlayn konfransı keçirilir

COVİD-19 pandemiyasının yaratdığı çətinlikləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün 11-15 may tarixlərində pandemiya sonrası innovasiyalar sahəsində virtual konfrans keçirilir. 


bp Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəyi ilə 11-15 may tarixlərində keçiriləcək “World Net Summit” onlayn konfransının baş sponsorudur.
 
“World Net Summit”  texnologiya şirkətlərinin qurucularının və rəhbərlərinin, sürətlə böyüyən startapların, siyasəti formalaşdıran tərəflərin və dövlət başçılarının texnologiyaların gələcəyini birləşdirmək və qurmaq üçün bir araya gəldikləri yerdir.
 
Bu konfrans yeni insanlarla görüşmək və yeni texnologiyalar və biznes sahəsindəki ən son innovasiyalar haqqında aparıcı İT mütəxəssisləri ilə ünsiyyət qurmaq üçün unikal imkan yaradır.
 
Konfrans COVİD-19 pandemiyası səbəbindən onlayn formatda keçiriləcək və konfransda pandemiya sonrası innovasiya strategiyaları, investorların atacağı addımlar, bu dövrdə meydana çıxmış problemlər və digər bu kimi mövzular üzrə çıxışlar olacaq. Konfrans ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Creathink”, “Corporate Innovation Forum”, “Influencer Summit” üzrə 9 fazadan ibarətdir və onlayn formatda keçiriləcək bu tədbirdə 15 ölkədən 30-dan artıq spikerin çıxışı nəzərdə tutulur. 
 
Tədbirdə bir sıra nazirlər və yüksək vəzifəli dövlət nümayəndələri iştirak edir. Bu tədbirdə bp şirkətini 12 may tarixində (16:30-18:00 saatlarında) hökumət rəsmilərinin çıxışı olan sessiya çərçivəsində çıxış edəcək bp-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil edəcək.
 
bp şirkəti olaraq biz daim müasir bilik və təcrübələrdən, eləcə də innovativ tendensiyalardan istifadə etməklə, inkişaf etməkdə olan dünyaya daha təmiz enerji təchiz etməyin yollarını axtarırıq. Aparıcı enerji şirkətlərindən biri kimi biz öz fəaliyyətimizdə innovasiyanı təşviq etmək öhdəliyi götürmüşük və buna görə də, biz gələcəkdə də bunun kimi tədbirlərə dəstək verməyə davam edəcəyik.
 
Siz hər bir sessiyanı BURADAKI linkə daxil olmaqla canlı şəkildə izləyə bilərsiniz
 
PANEL ÇIXIŞLAR HAQQINDA İNFORMASİYA VƏ SESSİYALARIN VAXTI BARƏDƏ MƏLUMAT