1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə təchizatçıları üçün etik normalar və tələblərə uyğunluq üzrə forum

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə təchizatçıları üçün etik normalar və tələblərə uyğunluq üzrə forum

Tarix:
18 oktyabr 2021-ci il

bp 3 noyabr 2021-ci il tarixində, Bakı vaxtı ilə saat 13.30-dan 16.30-dək Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə öz təchizatçıları üçün Etik normalar və tələblərə uyğunluq (EN və TU) üzrə onlayn forum keçirəcək.

 

Forumda bp-nin yüksək vəzifəli mütəxəssisləri və xarici ekspertlər biznes əməliyyatlarımızda EN və TU-nun əhəmiyyəti, tələblərə uyğunluq sahəsindəki əsas və əlaqədar risklərin idarə edilməsində qlobal tendensiyalar və şirkətlərdə EN və TU mədəniyyətini gücləndirmək üçün gündəlik tədbirlər barədə danışacaqlar. Tədbir həmçinin təchizatçıların və bp-nin bu sahə üzrə əməkdaşları arasında əlaqələrin genişlənməsinə də yardım edəcək.

 

Əgər siz də bp AGT-nin mövcud təchizatçısısınızsa və bu tədbirdə iştirak etməkdə maraqlısınızsa, lakin EN və TU qrupumuzdan elektron dəvət məktubu almamısınızsa, xahiş edirik aşağıdakı imeyl ünvanı vasitəsilə bizimlə əlaqə saxlayasınız: AGTEthics@bp.com.

 

Sizi forumda görəcəyimizə ümid edirik.